"Qarabağ"ın U-13 komandası çempion oldu

"Qarabağ"ın U-13 komandası çempion oldu
ÖLKƏ FUTBOLU 15 İyun 2024 / 11:00 1890
-  A +

AFFA U-13 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

QOL.az xəbər verir ki, ötən gün “ASCO Arena”da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:0 hesablı qələbə qazanan “Ulduz” kollektivi yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Qarabağ“ “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək çempion olub. “Neftçi” isə gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar.
 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner