"Futbolçularımı təbrik edirəm. İlk hissədə meydanda taktiki savaş getdi. Son zamanlar "Qarabağ" əlinə düşən ilk epizodu qola çevirir. Bu gün də belə oldu. İlk təhlükəli epizodları qolla nəticələndi. İkinci yarıda hücumameyilli oynadıq, rəqibə təzyiq edirdik. İkinci hissədə açıq futbol getdi. Azarkeşlər xüsusən ikinci hissədən zövq aldılar".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.
Oyunu şərh edən mütəxəssis matçın onlar üçün faydalı olacağını bildirib: "Doğru yanaşsaq, bu oyun bizə çox kömək olacaq. 40 gündən sonra bu səviyyəyə yaxın komanda ilə oynayacağıq. Orada da bu istək, eyni ustalıq, iradəyə ehtiyacımız olacaq. Futbolçularım da bu oyunu yaxşı analiz etməlidirlər. Titul olanda "Qarabağ" kimi rəqiblər maksimumu edir. Oyunçularım layiqli mübarizə apardılar. Oyunu əlavə dəqiqələrə apara bilərdik. Futbolçularımla fəxr edirəm".
R.Sadıqov meydana gözlənilməz ilk 11-lik buraxması ilə bağlı sualı da cavablandırıb: "Çox məşqçilər bu tip oyuna üstünlük verib. İlk yarıda rəqibə qarşı etibarlı oynamaq istəyirdik. "Qarabağ" kimi komandalar qol vurduqdan sonra rahatlaşıb, daha özünəinamlı oynayırlar. Biz də ikinci yarıda hücum potensialını artırmağı düşünürdük. İki il əvvəl oynadığımız eyni oyun sistemidir. Sadəcə futbolçular fərqli idi. Planımız eyni idi. "Qarabağ"ı mərkəzdə qarşılayıb, aqressiv oynayaraq, rəqibə oynamağa imkan vermək istəmirdik. Rəqib 43-cü dəqiqədə qol vurubsa, demək ki, planımız işlədi. Qapımıza zərbə vurmaqda çətinlik çəkirdilər. Bu gün əsas heyətdə olmayan futbolçularla da danışmışdıq ki, 60-cı dəqiqədən hücumameyilli oyunçuları meydana buraxacağıq".
"Zirə"nin çalışdırıcısı Avropa Liqası öncəsi komandasının mütləq gücləndməli olduğunu da qeyd edib: "Hər bir komandanın mövsümün əvvəlində yenilənməyə, güclənməyə ehtiyacı var. Seleksiyalarımızı aparırıq. Çalışacağıq ki, heyətimizi gücləndirək. İndi seçim etmək üçün qıtlıqdır. Mütləq şəkildə güclənməliyik. Necə olacağını zaman göstərəcək".
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz