U-21 millisinə yeni futbolçu dəvət edildi

U-21 millisinə yeni futbolçu dəvət edildi
ÖLKƏ FUTBOLU 2 İyun 2024 / 17:40 1852
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu cəlb edilib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi”nin oyunçusu Rəvan Kazımov düşərgəyə dəvət olunub.

Qeyd edək ki, U-21 iyunun 7-də Bratislavadakı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da Slovakiya ilə, iyunun 11-də “Liv Bona Dea Arena”da, saat 20:00-da isə Bolqarıstanla yoldaşlıq görüşü keçirəcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner