"Bu, mövsümün son oyunudur. Kubokun finalı həmişə bayram əhval-ruhiyyəsində keçir. Çox şadam ki, biz də bu bayramın bir parçası olacağıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sabah keçiriləcək Azərbaycan kubokunun finalından öncə təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis “Qarabağ”ın çətin rəqib olduğunu bildirib: “Finalla bağlı böyük ajiotaj var. Bunu satılan biletlərdən bilirik. Hiss olunur ki, azarkeşlər oyuna böyük maraq göstərir. Bu da matçın daha da maraqlı keçməsinə səbəb olacaq. İki il əvvəldə finalda oynamışdıq. O vaxtı da maraqlı, gərgin mübarizə getmişdi. Oyun penaltilər seriyasına qədər uzanmışdı. İstərdik ki, sabah da eyni ab-hava olsun. Başa düşürük ki, "Qarabağ" ciddi rəqibdir. Bu mövsüm avrokuboklarda 1/8 finalına qədər irəliləyib. Öz oyunumuzu nümayiş etdirmək istəyirik ki, sonda sevinən tərəf olaq”.
O bildirib ki, oyundan qabaq danışmaq həmişə çətindir: “Çünki bu dəfə oyundan qabaq danışıram. Oyundan sonra danışmaq daha asandır. Bütün fikrimiz sabahkı matçdadır. Çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək, gərgin oyun getsin. Allah qoysa, sonda sevinən tərəf biz olarıq”.
R.Sadıqov qeyd edib ki, bu, finaldır və hər şey ola bilər: “Sabah necə olacaq, proqnoz vermək çətindir. Həmin oyunu da xatırlayırıq ki, nə çatmadı. Bu dəfə uğurlu nəticə ilə ayrıla bilərik”.
“Zirə”nin baş məşqçisi hazırda Avropa Liqasındakı potensial rəqiblər barədə düşünmədiklərini qeyd edib: “Əvvəlcədən nəsə demək çətindir. Bugünkü finaldan sonra ya 6, ya da 4 potensial rəqib qalacaq. Amma indi onlar haqda düşünmürük. Bütün fikrimiz sabahkı matçla bağlıdır. Təbii ki, uğurlu oynadığın halda, rəqiblərin sənə daha ciddi yanaşacaqlar”.
Rəşad Sadıqov heyətdəki itkilərdən də söz açıb: “Rüstəm, Məqsəd, Cibrilla İsanın uzun müddət zədəsi olub, tam formalarını bərpa etməyiblər. Halbuki hər üçünün də yaxşı formada olmasına ehtiyacımız var. Futbol zədəsiz, cəzasız olmur. "Qarabağ"ın da itkiləri var. İtkilər o qədər də önəm kəsb etməyəcək”.
Sadıqov iki il əvvəl finalda oynayan “Zirə” və “Qarabağ”la indiki komandaları belə müqayisə edib: “İki il əvvəllə müqayisədə hər iki komanda inkişaf edib. “Qarabağ”ın hücum xəttində Ramil Şeydayev, Abdulla Zubir, Kadi, Vadfi kimi təhlükəli oyunçular var idi. Bu mövsüm "Qarabağ" avrokuboklarda rekord nəticə əldə edib. "Zirə" də tarixin ən yaxşı nəticəsini göstərib. 2015-ci ildə ikinci yer olmuşduq. Amma indi finala da çıxmışıq. Hər iki komanda inkişaf edib, daha yaxşıdır”.
“İkinci yeri artıq tutmusunuz. Bu sizə rahatlıq verəcək?” sualını Sadıqov belə cavablandırıb: “Bəzən görürsən,xeyri olur, bəzən fərlqi olur. Onu oyundan sonra dəyərləndirə biləcəyik”.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət