“Çox istərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun".
QOL.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun final görüşündən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis çox ciddi rəqibə qarşı oynayacaqlarını bildirib: “Zirə”yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də, son matçlarda. Çox yaxşı formada olan komandaya qarşı oynayacağıq. Rəqibimiz ikinci yeri tutub. Bu, "Zirə" üçün çox yaxşı, böyük nəticədir. Sabah da meydana rahat çıxacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyirdilər, amma onları bu oyuna tam hazır etməyə çalışdıq. Ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oyun sərgiləməyə çalışacağıq".
Qurbanov qeyd edib ki, artıq Avroliqaya vəsiqəni təmin etməsi "Zirə" üçün üstünlükdür: “Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə onlara qalib gəlmişdik. Elə o vaxtı da "Zirə"nin qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə oyunlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. İkinci yeri tutmaları, "Zirə"nin oyuna daha rahat, güvənli çıxmaqlarına kömək olacaq. Əgər komanda avrokuboklara çıxırsa, bu da tituldur. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin ikinci yeri tutması "Zirə"nin üstünlükləridir”.
“Qarabağ”ın çalışdırıcısı penaltilərə hazırlaşmadıqlarını söyləyib: “Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm”.
“Finalların taleyini nə həll edir?” sualını Qurbanov belə cavablandırıb: “Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də, avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Almaniyaya baxın, ikinci Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsinlər. Belə oyunlarda futbolçularımı psixoloji hazırlaşmağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuz da hazırdırlar. Psixoloji məqama üstünlük verirəm. Sərbəst və soyuqqanlı şəkildə bu oyunları düzgün oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq”.
Qurban Qurbanov qeyd edib ki, Çempionlar Liqasına birinci deyil, ikinci təsnifat mərhələsindən başlamaq üçün bu axşam "Real"a azarkeşlik etməyəcək: “Qarabağ”a azarkeşlik edəcəyəm. Qoy birinci mərhələdən başlasın (gülür). Layiqli olan qalib gəlsin. Hər zaman çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Əgər bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Bu halda proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdilər. Oturub gözləyəcəyik”.
O, qapı xəttində rotasiya etmək barədə düşünmədiyini söyləyib: “Oyundan qabaq heç vaxt qapıda kimin dayanacağını deməmişəm. Amma üstünlük Andrey Lunyovdadır”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı