Azərbaycan U-21 millisinin Slovakiya və Bolqarıstana qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
QOL.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız Slovakiya ilə iyunun 7-də Bratislavada, Bolqarıstanla isə 11-də isə Bakıda qarşılaşacaq.
İyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.
U-21-in heyəti belədir: Amin Ramazanov, Nəriman Axundzadə (ikisi də "Qarabağ"), Xəyal Fərzullayev ("Sumqayıt"), Yusif İmanov, Seymur Məmmədov, Xəyal Əliyev (hamısı "Sabah"), Süleyman Damadayev, Qurban Səfərov, Samir Məhərrəmli (hamısı "Şamaxı"), İbrahim Ramazanov, Eşqin Əhmədov, Şahin Şahniyarov (hamısı "Qəbələ"), Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Abdulla Rzayev, Ramin Nəsirli, Mirəli Əhmədov ("Araz-Naxçıvan"), Rüfət Əhmədov, Mahir Həsənov (ikisi də "Kəpəz"), Rüfət Abbasov, Elcan Əbilov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Murad Vəliyev ("Nomme United", Estoniya), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (ikisi də "Səbail"), Fərid Yusifli ("Turan Tovuz")
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video