AFFA İntizam Komitəsi Misli Premyer Liqasında 36-cı-sonuncu turun “Neftçi” – “Sabah” oyunu ilə bağlı qərarları açıqlayıb.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasında 36-cı turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Dieqo Valdez təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Neftçi” 3000 manat cərimə edilib.
"Neftçi” – “Sabah” oyununun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun baş məşqçisi Miodraq Bojoviç hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Neftçi” 4000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” 800 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” 1000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyunundan əvvəl meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.
"Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kahim Parris təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilir (maddə 40.3, 32);
25.05.2024-cü il tarixində Misli Premyer Liqasında XXXVI turun “Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində “Sabah” klubunun 3 nömrəli futbolçusu Con İrasabal təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Sabah” klubu 3000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilib.
“Neftçi” – “Sabah” oyununun 90+1-ci dəqiqəsində qonaq komandanı futbolçusu Abdulax Xaybulaev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah” klubu 3000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda qonaq komandanın 3 futbolçusu qırmızı vərəqə aldığı üçün “Sabah” 3000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda qonaq komandnın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video