Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov təlim-məşq toplanışının proqramı barədə məlumat verib və açıqlanan heyətlə bağlı fikirlərini bildirib.
QOL.az xəbər verir ki, mütəxəssis AFFA-nın saytına açıqlamasında hazırlığa mayın 30-da başlanılacağını deyib. Ancaq o, ilk günlərdə tam heyətin bir arada olmayacağını söyləyib:
“Bütün ölkələrdə mövsümün sonudur. Azərbaycan Premyer Liqasında da mübarizə iki gün əvvəl bitdi. Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədə oynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzi oyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqları çempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun 1-nə kimi toplanışa qatılacaqlar. İyunun 2-si istirahət günü olacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin oyunçuları, eləcə də müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivə qoşulacaqlar. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərimizin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar”.
53 yaşlı məşqçi əlavə edib ki, U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün A milliyə çağırıla bilər: “Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik”.
Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənarda qaldığını sözlərinə əlavə edib: “Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.
O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib: “Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. “Sumqayıt”da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir”.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi