“Çempionatın başa çatmasına az qalıb. Biz futbolçular üçün bu, çox xoşdur (gülümsəyir). Gərgin oyunlardan sonra istirahətə ehtiyac var”.
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in kapitanı Yeqor Xvalko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Belaruslu futbolçu Misli Premyer Liqasında mübarizəni dəyərləndirərkən cari mövsümü “Kəpəz” üçün iki hissəyə bölüb: “Bizim üçün çempionat həddindən artıq çətin alındı. Xüsusən də ilk iki dövrədə istədiklərimizi həyata keçirə bilmədik. Qış fasiləsindən sonrakı çıxışımız isə gələcək üçün böyük ümidlər verdi. Fikrimcə, bu mövsüm çempionat bütün klublar üçün daha mübarizəli, rəqabətli alındı. Asan oyunlar olmadı. Yarışın həm aşağı, həm də üst hissəsində gərginlik vardı. Hazırda avrokuboklara düşmək uğrunda yarış davam edir. “Qarabağ”dan sonra qitəmiqyaslı turnirlərə vəsiqə qazanmaq üçün komandalar arasında maraqlı mübarizə gedir”.
Xvalko “Kəpəz”in mövsümün əvvəlində qarşıya qoyulan hədəfə finişdən daha tez çatdığını bildirib. Bu işdə hamının əməyinin olduğunu qeyd edib: “Məqsəd elitada qalmaq idi. Biz zəhmətimizlə buna nail olduq. Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var. Bazada, akademiyada işləyənlər - hamımız bir olduq. Bunu unutmaq olmaz. Klub rəhbərliyi də bizim rahatlığımız üçün maksimum şərait yaratdı. Belə olan vəziyyətdə futbolçular, məşqçilər korpusu olaraq əlimizdən gələnin ən yaxşısı etməyə çalışdıq. Allaha şükürlər olsun ki, bizdə alındı”.
Kapitan hədəfə çatmaqda azarkeşlərin rolunu, dəstəyini xüsusi ilə vurğulayıb: “Onları ayrıca qeyd eləmək istərdim. Fanatlar bizə əla motivasiya verdilər. Buna görə minnətdarıq. Komandaya münasibətləri olduqca əladır. Böyük hesabla uduzduğumuz oyunlarda belə fərqli münasibət görmədik. Bu uşaqlar komandanı çox sevirlər”.
Mərkəz müdafiəçisi qarşıdakı iki turla da bağlı fikirlərini bölüşüb: “Həftəsonu “Zirə” ilə keçirəcəyimiz oyun maraqlı alınacaq. Ümumiyyətlə, bizim onlarla matçlarımız həmişə gərgin keçir. “Neftçi” məğlubiyyətini unutdurmalıyıq. “Turan Tovuz” ilə görüşə gəlincə, bu, derbidir. Nəticə qazanmaq üçün xarakter göstərməli, yaxşı hazırlaşmalıyıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı