"Əsgərin fikri nədir? General olmaq. Məşqçinin fikri nədir? Yaxşı nailiyyət qazanmaq, yaxşı komandada çalışmaq, millinin baş məşqçisi olmaq. Artıq onların qarşısına qadağa qoyulur ki, səndən baş məşqçi ola bilməz, sən azərbaycanlısan. Bu düzgün deyil".
QOL.az xəbər verir ki, bu sözləri ARB 24-ə açıqlamasında Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev deyib.
O, hazırda Azərbaycan millisinin baş məşqçi vəzifəsinin boş olmasına toxunub. R.Musayev bildirib ki, bu vəzifəyə mütləq əcnəbi yox, yerli mütəxəssis gətirilməlidir:
"Bir də deyirəm, gəlin baxaq, görək, hansı əcnəbi məşqçi gəlib Azərbaycan millisinə kömək oldu? Bu gün nəticəyə gələ bilmirlər ki, kimi baş məşqçi qoyaq.
Mən buradan deyirəm. Tərlan Əhmədovu baş məşqçi təyin etsinlər. O, nəticə qazanmasa, mən Azərbaycanı tərk edəcəm. Sözümü deyirəmsə, ona cavabdehəm. Amma mane olmamaq şərti ilə. Vaxtilə "Neftçi" axırıncı pillədə olanda, məşqçi axtaranda mən zəmanət verdim. Tərlan Əhmədov "Neftçi"yə baş məşqçi təyin olundu, avrokuboklara vəsiqə də qazandı. Amma sonra onu işdən çıxardılar. Niyə çıxardılar? Çıxartdırdılar! Yenə də AFFA-dan zəng getdi ki, Tərlan göndərilməlidir. Niyə? Çünki Ramin Musayevin adamıdır".
Qeyd edək ki, Azərbaycan millisinin son baş məşqçisi Canni de Byazi ilə yollar ötən ilin noyabr ayında ayrılıb. Komandanı yoxlama oyunlarına millinin məşqçisi Arif Əsədov çıxarıb.
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov
"Sumqayıt" - "Qəbələ": Heyətlər açıqlandı
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir
Azərbaycana millilərinin toplanışı başladı
"İnter" üçün ağır xəbər
Neymardan açıqlama: Karyerasını başa vura bilər
"Turan Tovuz" - "Zirə": Heyətlər
Misli Premyer Liqası bundan sonra 2 kanalda - Rəsmi
Azərbaycanda bu federasiyanın adı dəyişdirildi
"Yuventus"un yeni formaları - Şəkillər
Azərbaycan klubunda 27 yaşlı baş məşqçi
AFFA bölgə klubunun baş məşqçisini cəzalandırdı
FİFA Qəzzada futbol layihələrinə yatırım edəcək
"İnter" UEFA-ya şikayət etdi
13 il, 80-ci qol
Azərbaycan boksçuları üçün ilin ilk beynəlxalq sınağı
PSJ və Mbappe arasındakı qalmaqalda yeni irəliləyiş
Kante: "Qələbə qazanacağımıza inanmalıyıq"
Tedesko: "Məğlubiyyətə layiqik"
Azərbaycan çempionatında medal görüşləri başlayır
Qrizmann Anrini geridə qoydu
Millimiz Moldova ilə qarşılaşacaq
Azərbaycan millisi Özbəkistanla üz-üzə
"Samsunspor" "Şkendiya"ya belə qalib gəldi - Video
"İmişli"də yeni yarımmüdafiəçi
Azərbaycan UEFA reytinqində gerilədi
"Fənərbaxça"nın buraxdığı 3 qol - Video
Əliyar Ağayevdən 1 qırmızı, 2 sarı vərəqə
Konfrans Liqasında pley-off mərhələsi başladı
“Fənərbaxça” pley-offa böyükhesablı məğlubiyyətlə başladı
"Arsenal" Saka ilə müqaviləni uzatdı
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi