Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 34-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
Misli Premyer Liqasında 34-cü turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində qonaq komandanın futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Kəpəz” 1500 manat cərimə edilib.
Misli Premyer Liqasında 34-cü turun “Zirə” – “Qarabağ” oyununun 89-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilib.
“Zirə” – “Qarabağ” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimə edilib.
Misli Premyer Liqasında 34-cü turun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimə edilib.
Misli Premyer Liqasında 34-cü turun “Qəbələ” – “Sabah” oyununun 65-ci dəqiqəsində qonaq komandanın futbolçusu Davit Volkov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sabah” 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur