AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Misli Premyer Liqasının bu həftəsonu keçiriləcək 1 və ya 2 oyunda VAR-da əcnəbi hakimlərin olacağını təsdiqləyib.
QOL.az xəbər verir ki, qurum rəsmisi bununla bağlı “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində danışıb.
S.Hacıyev bildirib ki, avrokuboklar zonasında gərgin mübarizənin getdiyini nəzərə alaraq AFFA bu cür addım atıb: “Qərara alınıb ki, hər hansısa bir fors-major hadisə olmayacağı təqdirdə ilk dəfə bu həftəsonu keçiriləcək 1 və ya 2 oyuna beynəlxalq VAR hakimi dəvət olunsun. Oyunlarda bizim meydanda hakimlərə köməklik etsin. Belə bir təcrübə VAR-la bağlı ilk dəfə həyata keçiriləcək. Bu günədək beynəlxalq VAR hakimi Azərbaycan Premyer Liqasında hər hansısa oyuna təyinat almayıb. Bunun da matçlara müsbət təsir edəcəyini düşünürəm. Nəzərə alsaq ki, yarışın bitməsinə 2 tur qalıb. Həlledici oyunlar var. Müəyyən komandaların avrokubok talelərini həll edəcək bir neçə matç qalıb".
O, VAR hakimlərinin hansı ölkədən olacağı ilə bağlı bu dəqiqə açıqlama verə bilmədiklərini söyləyib, O, hakimlərin adlarının turdan bir gün öncə açıqlana biləcəyini deyib.
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov
"Sumqayıt" - "Qəbələ": Heyətlər açıqlandı
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir
Azərbaycana millilərinin toplanışı başladı
"İnter" üçün ağır xəbər
Neymardan açıqlama: Karyerasını başa vura bilər
"Turan Tovuz" - "Zirə": Heyətlər
Misli Premyer Liqası bundan sonra 2 kanalda - Rəsmi
Azərbaycanda bu federasiyanın adı dəyişdirildi
"Yuventus"un yeni formaları - Şəkillər
Azərbaycan klubunda 27 yaşlı baş məşqçi
AFFA bölgə klubunun baş məşqçisini cəzalandırdı
FİFA Qəzzada futbol layihələrinə yatırım edəcək
"İnter" UEFA-ya şikayət etdi
13 il, 80-ci qol
Azərbaycan boksçuları üçün ilin ilk beynəlxalq sınağı
PSJ və Mbappe arasındakı qalmaqalda yeni irəliləyiş
Kante: "Qələbə qazanacağımıza inanmalıyıq"
Tedesko: "Məğlubiyyətə layiqik"
Azərbaycan çempionatında medal görüşləri başlayır
Qrizmann Anrini geridə qoydu
Millimiz Moldova ilə qarşılaşacaq
Azərbaycan millisi Özbəkistanla üz-üzə
"Samsunspor" "Şkendiya"ya belə qalib gəldi - Video
"İmişli"də yeni yarımmüdafiəçi
Azərbaycan UEFA reytinqində gerilədi
"Fənərbaxça"nın buraxdığı 3 qol - Video
Əliyar Ağayevdən 1 qırmızı, 2 sarı vərəqə
Konfrans Liqasında pley-off mərhələsi başladı
“Fənərbaxça” pley-offa böyükhesablı məğlubiyyətlə başladı
"Arsenal" Saka ilə müqaviləni uzatdı
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi