Səudiyyə Ərəbistanı klubu Qalyardonu göndərir

Səudiyyə Ərəbistanı klubu Qalyardonu göndərir
ÖLKƏ FUTBOLU 14 May 2024 / 14:21 1568
-  A +

Argentinalı mütəxəssis Marselo Qalyardo Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi vəzifəsindən ayrılacaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Mütəxəssis ötən ilin yayında klubla bu mövsümün sonunadək nəzərdə tutulan müqavilə imalamışdı. Tərəflər sözləşməni yeniləməmək qərarına gəliblər.

"Əl-İttihad" Qalyardonun rəhbərliyi altında 30 oyun keçirib, 14 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib, 13 dəfə isə məğlubiyyətlə üzləşib.

48 yaşlı mütəxəssis daha əvvəl yalnız iki komandada - Uruqvayın "Nasional" və Argentinanın "River Pleyt" komandalarında çalışıb. 

Daha çox


Son xəbərlər
20.02.26  13:07

13 il, 80-ci qol

topaz banner