Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycan məktəblərində fiziki tərbiyə fənninin tədrisi, uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz 258 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Əli Kərimovdur.
O, əvvəlcə məktələrdə fiziki tərbiyə fənninin orta səviyyədə tədris olunduğunu söyləyib: "Fiziki tərbiyə fənninin tədrisini orta səviyyədə qiymətləndirmək olar. Onunla bağlı müəllimlərdə problem yoxdur. Əsas olan şey inventardır. Fiziki tərbiyəyə aid qaçışlara, oyunlara aid inventarımız olsa, lap yaxşı olar. Ümumilikdə isə orta qiymətləndirirəm".
Ə.Kərimov bildirib ki, dərslərin yüksək səviyyədə tədris olunması məktəbin şəraitindən asılıdır: "İdman müəllimlərimiz dərsləri müsbət şəkildə keçməyə çalışırlar. Əsasən müəllimin hazırlıq səviyyəsindən və məktəbin şəraitindən asılıdır. Bizim məktəbin şəraiti normaldır, dərslər də normal keçirilir".
Həmsöhbətimiz uşaqları əyləndirmək üçün onların müxtəlif idman növləri ilə məşğul olmasına şərait yaratmağın lazım gəldiyini söyləyib: "Uşaqları əyləndirmək üçün ən əsas müxtəliflik olmalıdır. İmkan daxilində məktəbdə tennis otağı, üzgüçülük hovuzu, gimnastika otağı, idman oyunları olarsa həm uşaqları əyləndirə bilərik, həm də gözəl nəticə əldə edə bilərik. Şükür ki, bizim məktəbdə şərait pis deyil. Zalımız da var, balaca həyətimiz də var. Çalışırıq uşaqları əyləndirək ki, narazı qalmasınlar, həvəslə gəlib dərslərdə iştirak etsinlər".
Ə.Kərimov məktəblərdəki idman avadanlıqlarının durumundan danışarkən Bakı Şəhər Təhsil İdarəsinə də səslənib: "Məktəblərdə idman zallarına və meydançalarına ümumi qiymət verə bilmərəm, amma bizdə ortadır. Qənaətbəxş hesab etmək olar. Sadəcə daha yaxşı olar ki, Bakı Şəhər Təhsil İdarəsi idman inventarlarını nəzərə alsınlar, daha çox maraqlansınlar ki, nə var, nə yox. Ümumilikdə isə vəziyyət qənaətbəxşdir.
O, şagirdlərinin iştirak etdiyi yarışlardan da söz açıb: "Məktəbimizin şagirdləri əsasən rayon Gənclər və İdman İdarəsi, Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsinin himayələrində keçirilən müxtəlif idman növləri üzrə yarışlarda iştirak edirlər. Bunların çox olması daha yaxşı olar. Bir təcrübəli müəllim kimi təklif edirəm ki, yarışlar daha genişəhatəli olsun, daha çox diqqət ayrılsın. Bu günlərdə “Abad məhəllə” layihəsinə uyğun olaraq 5-ci, 6-cı siniflər arasında məhəllələr arası futbol yarışı keçiriləcək. Sonra əsasən şəhidlər anım mərasimində, ad günlərində turnirlər keçirilir. Basketbol, futbol, stolüstü tennis olur. Bu yarışların müxtəlifliyi və genişliyi daha yaxşı olar".
Həmsöhbətimiz uşaqların və yeniyetmələrin idmana böyük həvəs göstərdiyini qeyd edib: "Hazırda yeniyetmələr və şagirdlər arasında fiziki hazırlıq çox yüksəkdir. Dərslərə böyük ruh yüksəkliyi ilə gəlirlər. Ancaq bunu daha da yaxşı etmək, daha da geniş əhatə etmək olar. Yəni şagirdlərimizin istəklərinə uyğun olaraq müxtəlifliyi çoxaltmaq olar. Bir 45 dəqiqə də yorucu olmasın deyə, tennis stolumuz, gimnastika otağımız ayrı olmalıdır. Bu cür olsa, daha yaxşı nəticələr əldə edərik".
O, şagirdlərin daha çox futbol, basketbol, cüdo, güləş və karate idman növlərinə maraq göstərdiyini vurğulayıb: "Bəli, dərs dediyimiz şagirdlərdə istedad var. Uşaqlar arasında əsasən futbola meyl çoxdur. Bizim təhsil nazirimiz Emin Əmrullayev Basketbol Federasiyası prezidenti seçiləndən sonra basketbola da maraq çoxalıb. Uşaqlar idmana daha həvəslə gedirlər. Əsasən qızların dərnəklərə getməsi bizləri sevindirir. Ən əsası da güləş, cüdo, karate kimi idman növlərinə maraq çoxdur".
Ə.Kərimov ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün daha çox yarışlar və müsabiqələr təşkil edilməli olduğunu deyib: "İşləri daha da konkretləşdirmək gərəkdir. Bütün təhsil və idman müəssəsilərlə birləşib gücümüzü bir yerə vurmalı, yarışları yaxşı təşkil etməli, obyektiv olmalıyıq. Şagirdlər də bunları görürlər, qiymətləndirirlər. Bunlar olsa, daha da yaxşı nəticələr qazanmaq olar. Birliyimiz, bərabərliyimiz olsun. Bunu dövlət naminə etməliyik. Çünki cənab Prezidentimiz də, bildiyimiz kimi, idmana böyük diqqət ayırır. Biz də dövlət səviyyəsində dəstək olmalıyıq. Hamı bilir ki, bütün idman növlərinə maraq orta məktəblərdən başlayır. Ona görə orta məktəb müəllimlərini də qiymətləndirmək lazımdır. Dünya, Avropa çempionu olan şagirdlərin yolu məktəbdən başlayır. Mən həmişə cənab Prezidentin idmana aid siyasətini dəstəkləyirəm, çünki böyük diqqət ayırır. Sadəcə bundan obyektiv istifadə etmək lazımdır. Aşkarlıq, düzgünlük şəraitində. İnsanların və şagirdlərin də gözü qabağında. Bunları etmək lazımdır ki, hər şey daha yaxşı olsun".
Ə.Kərimov deyib ki, uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq üçün idman daha çox təbbliğ olunmalıdır: "Bunun əsas yolu idmandır. Uşaqları müxtəlif dərnəklərə də cəlb etmək lazımdır. Musiqi, rəsm, texnologiya ilə məşğul ola bilərlər. Amma idmanın da rolu çoxdur. Məhəllələrdə daha çox idman qurğuları tikilməlidir. “Abad məhəllə” layihəsi müsbət nəticə verir. Qurğulardan yeniyetmələr və uşaqlar daha çox istifadə edirlər. Onlar daha da artırılsa, hər küçədə futbol və basketbol meydançası, 3 küçədən bir üzgüçülük hovuzu olsa, düşünürəm, daha da effektiv olar".
O, sonda uşaqların hər hansı bir idman növünə marağı ilə bağlı valideynlərlə söhbətlər apardıqlarını vurğulayıb: "Əgər şagirddə hansısa idman növünə inkişaf və həvəs varsa, biz artıq valideynlərlə söhbət edirik, yol göstəririk. İndi tədris ilimizdə görürük ki, aşağı yaş qruplarında basketbola daha çox həvəs var. Biz də onlara tövsiyə veririk. Eşidənlər, razı qalanlar olur. Bəzən valideynlər üstünlük verirlər ki, uşaqları güclü olsun, döyülməsin, söyülməsin. Ona görə də döyüş idman növlərinə daha çox yönəldirlər. Uşaqların sağlamlığına görə əsasən azyaşlı qruplara üzgüçülük və gimnastikanı məsləhət görürük. Birinci xanımımız Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən sonra bu idman növü üzrə görün nə qədər nailiyyətlərimiz oldu. Qızlarımız yaxınlarda Estoniyada qızıl medal aldılar. Yəni, respublikada qızların gimnastikaya marağı çoxdur".
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
Çempionlar Liqasında daha 6 oyun
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı