Medianın İnkişafı Agentliyinin layihəsi
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür!
Elə ona görə də bugünkü həmsöhbətimiz Azərbaycanın qadınlardan ibarət milli komandasının və Rusiya "Zenit"inin futbolçusu Nigar Mirzəliyevadır.
- Əvvəlcə, sizi 8 mart - Beynəlxalq Qadınlar Günü Münasibəti ilə təbrik edirəm.
- Çox sağ olun. Minnətdaram.
- Həm zərif, həm də güclü olmaq necə hisdir?
- Bu hissi sözlərlə ifadə edə bilmirəm.
- Nigar xanım, futbola marağınız necə yaranıb?
- Futbola uşaqlıqdan böyük həvəsim var idi. Həmişə həyətdə oğlanlarla futbol oynayırdım. Zaman keçdikcə futbolu daha çox sevməyə başladım və üzərimdə çox çalışdım. İndi isə milli komandanı üzvüyəm. Həmçinin "Zenit"də oynayıram.

- Bu yolda sizə ən çox kim dəstək olub?
- Bu yolda mənə ən çox anam dəstək olub. Hər zaman mənə motivasiya verib, məni dəstəkləyib, arxamda dayanıb. Ona "çox sağ ol" deyirəm. Hal-hazırda bu yerlərlə olmağımı və güclü olmağımı anama borcluyam.
- Qadın futbolçu olmağın ən çətin və ən yaxşı tərəfləri hansılardır?
- Çətin tərəfləri bunlardır ki, ölkəmdən, ailəmdən, sevdiklərimdən ayrı yaşayıram. Futbolçu bir xanım olaraq ailəmdən kənarda yaşamaq mənim üçün futbolun ən çətin tərəflərindən biridir. Həmçinin futbolun zədə almaq tərəfi də var.
Yaxşı tərəfi isə odur ki, sevdiyim işi görürəm, ölkəmi təmsil edirəm. Ən əsası, sağlamlıq üçün idmanla məşğul oluram.

- Bu gün sizə güc verən məqam nədir?
- Gənc yaşımdan legioner həyatı yaşayıram, öz ayaqlarım üzərində dururam. Bu, mənə güc verən məqamlardandır. Ölkəmi təmsil edirəm, A milli komandasında yer alıram.
- Rusiyada legioner həyatı yaşayırsınız. Klub baxımından hər şey yolunda gedirmi? "Zenit"dən ayrılmağı düşünürsünüzmü?
- Bildiyiniz kimi, "Zenit" Rusiya çempionu olmuş komandadır, məşq və şərait baxımından çox yaxşı klubdur. "Zenit"lə müqaviləm bu il başa çatacaq. Ola bilsin ki, 2 illik yeni müqavilə imzaladım. Başqa klublardan da təkliflər almışam, amma dəyərləndirməyi düşünmürəm.

- Futbolçu olmaq istəyən gənc qızlara nə məsləhət görərdiniz?
- Onlara demək istəyirəm ki, əgər həqiqətən də futbolçu olmaq istəyirlərsə, arzularının arxasıyca getsinlər.
- Avro-2025-in seçmə mərhələsindəki rəqibləriniz müəyyənləşdi. Rəqiblər barədə nə deyə bilərsiniz? Qarşıya hansı hədəf qoyulub?
- Qrupda çox güclü komandalar var. Heç belə olacağını gözləmirdik. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hədəfimiz C qrupunda olduğu kimi, B qrupunda da 1-cilik əldə etmək və qrupdan lider kimi çıxmaqdır.
- Sonda Azərbaycan qadınlarına nə arzu edirsiniz?
- Mən düşünürəm ki, hər bir Azərbaycan xanımı öz ayaqları üzərində durmalıdır. Mən xanımlara güclü olmağı arzulayıram.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı