Bu gün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2024-ci ilin birinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.
QOL.az xəbər verir ki, Əhməd İsmayılov maliyyə yardımının göstərilməsində əsas məqsəd onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi olduğunu qeyd edib.
O bildirib ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün müqavilə üzrə öhdəliklərin tam icra olunması, xüsusilə maliyyə yardımına dair hesabatlılığın vaxtında təmin edilməsi zəruridir. Vurğulanıb ki, maliyyə yardımı göstərilən veb-saytların infrastrukturu gücləndirilməli, dil imkanları genişləndirilməli, təhlükəsizliyi tam təmin edilməlidir.
Görüş zamanı onlayn media subyektlərinin rəhbərləri tərəfindən bildirilib ki, ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemləri həll edilib, bir sıra veb-saytlar tamamilə yeni tərtibata keçib, habelə müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin nizama salınması təmin olunub.
Görüş mövzu ətrafında müzakirələrlə davam edib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"