Medianın İnkişafı Agentliyinin layihəsi
Artıq uzun illərdir ki, "Qarabağ" davamlı şəkildə olaraq ölkəmizi Avropada təmsil edir. Ağdam təmsilçisi bu mövsüm Avroliqanın pley-off mərhələsinə yüksəlməklə Azərbaycan futbolunda yeni tarix yazdı. Necə ki, uzun illərdir, yazır.
Bəs "Qarabağ"ın tarixi uğurlarının Azərbaycanda futbola marağa nə cür təsir edir?

“Qarabağ” klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev komandanın uğurlarının digər klublarımıza da stimul verdiyini deyib: “Bu cür qələbələr ictimaiyyəti daha da ruhlandırır. Düşünürəm ki, belə nailiyyətlər digər klublarımız, məşqçilər, futbolçular üçün də bir stimuldur. Ölkə futbolu haqda mənfi fikir olanlar üçün sübutdur ki, bizdə futbolçular, məşqçilər, komandalar var. Belə qələbələrin sayı artdıqca digər klublarımız daha da həvəslə səy göstərirlər. Bunun faydaları tək mənim dediklərim deyil. Bir çox faydalar var. Həmçinin bunun vasitəsi ilə Qarabağın Azərbaycanln ərazisi olduğundan xəbərsiz olan ölkələr də fikirlərini dəyişəcəklər. Bu, böyük bir hadisədir. Məncə, futbolumuz ildən-ilə inkişaf etmək üçün daha çox cəhd göstərir. Ancaq, təbii ki, bir klub deyil, digər klublarımız da uğurlu yarışsalar, milli komandamız da dünya, Avropa çempionatlarına qatıla bilsə, futbolumuz haqda daha yaxşı fikirlər formalaşar. Hər bir klub bu cür qələbələrin, oyunların arzusundadır. Hər bir məşqçi, futbolçu bu cür turnirlərdə iştirak etmək üçün hər gün çalışır. Məncə, bir idmançı üçün bundan gözəl stimul ola bilməz. Bunu da canlı olaraq “Qarabağ” bizə göstərir”.
A.Hacıyev bu cür uğurların uşaq futboluna təsirindən də söz açıb: “Uşaqlar da oyunları canlı izləyirlər. Bəziləri stadiondan baxırlar. Bəzi top daşıyan uşaqlar akademiyamızdan olurlar. Mütəmadi olaraq məşqçilər onlarla danışırlar. Bunun akademiyaya bir çox tərəfdən təkanı ola bilər.
Futbolçular uğurları görərək inkişaf edə bilərlər. Biz tək danışıqlarla öyrətmirik. Vizual olaraq da görmək lazımdır. Uşaqların belə vacib oyunları izləməsi onların inkişafına çox kömək edə bilər. Düşünürəm ki, bu oyunlar uşaqların gözündə adiləşsə, gələcəkdə onların meydanda belə matçlarda özlərini daha sərbəst hiss etməsinə səbəb olacaq”.
O, belə nailiyyətlərin valideynləri uşaqlarını futbola yazdırmağa cəlb etdiyini bildirib: “Biz öz akademiyamızdan hiss edirik ki, belə oyunlardan sonra bir çox valideynlər uşaqları akademiyaya gətirməyə çalışırlar. Onların istəklərini artırır. Təbii ki, akademiya istədiyimiz səviyyədə olmasa da, gələcəkdə bu yöndə yaxşı işlər görməyə planlaşdırırıq”.
Mütəxəssis akademiyadakı uşaqlar ilə əsas komanda arasında görüşlərin keçirildiyini də qeyd edib: “Arada görüşlər olur. Artıq bu ildən çalışırıq ki, yuxarı yaş qruplarımızdakı uşaqları tez-tez əsas komandanın məşqlərinə göndərək. Yəni, əsas komanda ilə belə bağlantı var”.

AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov isə qeyd edib ki, bu cür uğurlar ümumi ölkə futbolunun inkişafına böyük təkan verir: “Qarabağ”ın uğurları ölkə futboluna müsbət təsir edir. “Qarabağ” təkcə bu il yox, son illərdə ilklərə imza ataraq Azərbaycan futbolunun nüfuzunu Avropada artırır. Azərbaycan futbolçularına Avropada marağın artmasıda səbəbsiz deyil. Hesab edirəm ki, getdikcə “Qarabağ”la rəqabət aparmağa çalışan komandalar da bu yöndə işlər görürlər. İnanıram ki, gələcəkdə “Qarabağ” kimi Azərbaycanı təmsil edən klubların sayı artacaq. İnşallah, komandamıza bundan da böyük uğurlar arzulayıram. İnanıram ki, elə də olacaq. Bunların hamısı bir birinə bağlı olan məsələlərdir. Belə şeylər hansısa işdə inkişafa təkan verir. Təkan da “Qarabağ”ın Avropada uğurlu çıxışıdır. Bu, göz qabağındadır".
O, Ağdam təmsilçisinin uğurlarının həm də siyasi əhəmiyyət daşıdığını vurğulayıb: "Biz hamımız başa düşməliyik ki, “Qarabağ”ın uğuru önəmlidir. Komandanın gözəl oyunu və nəticələri vadar edir ki, UEFA “Qarabağ” adını yüksəklərdə səsləndirsin və digər ölkə və klublarla müqayisə etsin. Bu gün “Qarabağ” həm idman, həm siyasi tərəfdən Azərbaycanı təmsil edir. Hər bir yerdə Qarabağın Azərbaycan olduğunu sübut və təsdiq edir”.
V. Sadıqov nailiyyətlərin insanlara və yeni nəsilə təsirindən də danışıb: “Ümumiyyətlə, cəmiyyət arasında olanda “Qarabağ”ın uğurunun onlara necə təsir etdiyini görürük. Ondan başqa bizim gənc nəslimiz də “Qarabağ” futbolçularının uğurları ilə yetişirlər. Bu gün onların adı ilə, gözəl oyunu ilə böyüyürlər. Yəni, bu, adi bir şey deyil. “Qarabağ”ın oyunları aşağıdan yuxarı inkişafa təkan verən amildir. Bu gün eşidirik ki, Bəhlul, Zubir, Elvin və ya Juninyo kimi olmaq istəyənlər var. Mən uşaqların arasında olan insanam və hər dəfə bunun səsləndiyini şahidi oluram. Hər biri özünə bir kumir seçib və ona çatmağa çalışırlar. Bu, bizim istəyimizdir”.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?
Konate klubunu dəyişə bilər
FİFA prezidenti narazılıqlara aydınlıq gətirdi
"Sabah" - "Zirə" : Heyətlər
Millimiz Türkiyədə yoldaşlıq oyunu keçirəcək
“Neftçi”nin qızlar komandası yenə Azərbaycan çempionu oldu
PSJ davadan sonra onu hədəfə aldı
"Napoli"dən gedir
Dibaladan yeni müqavilə iddialarına cavab
Meksika millisinin DÇ-2026 üçün geniş heyəti
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
ABŞ İraq millisinin beş futbolçusuna viza vermir
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
"İnter"də 5 illik müqavilə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi oldu
Künc zərbəsinə görə VAR - İngiltərədə tətbiq ediləcəkmi?
Məşhur serialın ulduzu peşəkar futbolçu oldu
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı
İsveç millisinin DÇ-2026 üçün ilkin heyəti
Nərimanın illik maaşı açıqlandı - Rəsmi
Elitaya yüksələn komanda Madzarriyə tapşırıldı
21 il sonra yenidən Çempionlar Liqasında
Premyer Liqaya vəsiqə üçün finalda oynayacaqlar
"Əl-Nəsr" - "Əl-Hilal" oyununda dava - Video