Medianın İnkişafı Agentliyinin layihəsi
Məlumdur ki, 2025-ci ildə Azərbaycanda Müstəqil Dövlətlər Birliyi (MDB) oyunları keçiriləcək. Bu mötəbər yarış ölkəmizin Gəncədə təşkil olunacaq.
Yaxın keçmişdə böyük yarışlara ev sahibliyi edən Azərbaycanın MDB oyunlarının öhdəsindən də layiqincə gələcəyi şübhəsizdir. Elə 8 il əvvəl - 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının ev sahibi olmuşdu. Yarışın ən yüksək səviyyədə təşkil edilməsi Avropaya səs salmışdı.
Bundan 2 il sonra - 2017-ci ildə ölkəmizdə 4-cü İslam Həmrəyliyi Oyunları keçirildi. Bu yarışda ən müasir idman qurğularından istifadə olunması, ölkəmizə gələn qonaqların mehribancasına, ən yüksək səviyyədə qarşılanması da bütün dünyanın marağını və diqqətini yenidən Azərbaycana yönəltmişdi.
Ümumiyyətlə, son illər Azərbaycanda dünyanın ən önəmli yarışlarından "Formula 1" Qran-priləri, güləş, cüdo, gimnastika, boks, karate, taekvando, şahmat və başqa idman növləri üzrə saysız-hesabsız mötəbər yarışlar təşkil olunub. Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən Avropa, dünya çempionatları artıq silsilə xarakter daşıyır.
Uzun illər görülən işlərin nəticəsində beynəlxalq idman qurumları ən önəmli yarışları Azərbaycana etibar edirlər. Və artıq tam əminliklə deyə bilərik ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakı zamanı MDB Oyunları haqqında danışması, Belarusun 2-ci MDB Oyunlarına yüksək səviyyədə ev sahibliyi ediyini vurğulaması bu yarışın Azərbaycan üçün çox önəmli olduğunu göstərir:
"Humanitar sahə bizim Birliyin çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir. Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirmək istərdim.
Əminəm ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq. Fürsətdən istifadə edərək, Belarus Prezidenti, hörmətli Aleksandr Qriqoryeviç Lukaşenkonu ikinci MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim".
Artıq Azərbaycanda 3-cü MDB Oyunlarının təşkili üçün işlərə də start verilib. Ölkə başçısı İlham Əliyev yarışın keçiriləcəyi Gəncə şəhərində Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.
Bu, Azərbaycanın ona etibar edilən bütün yarışlara ciddi hazırlaşdığını və bu tədbirlərin ən yüksək səviyyədə təşkili üçün bütün istiqamətlərdə işlər apardığının göstəricisidir.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən etibarən əzəli və əbədi torpaqlarını erməni işğalından azad etməsi dünya miqyasında ölkəmizə etibarı daha da artırıb. Artıq Azərbaycan bütün dünyada müzəffər, qətiyyətli ölkə, xalq kimi də öz sözünü deyib.
Həmçinin ölkəmizdəki əmin-amanlıq, dinindən, dilindən, irqindən aslı olmayaraq bütün xalqların nümayəndələrinin burada rahat və təhlükəsiz şəkildə yaşaya bilməsi də Azərbaycana gələcək idmançıların, qonaqların, nümayəndələrin rahatlığına, təhlükəsizliyinə təminat verir. Beləliklə, Azərbaycan bütün sferalarda parlamağı bacarır.
Sözsüz ki, Azərbaycan idmançılarının bütün beynəlxalq yarışlarda medallar, titullar qazanması idmanın inkişafını sürətləndirir, dünyanın diqqətini yenidən Azərbaycana yönəldir. 1-ci Avropa Oyunlarında 2-ci, 4-cü İslam Həmrəyliyi Oyunlarına isə 1-ci yeri tutan Azərbaycan idmançılarının 3-cü MDB yunlarında da bayrağımızı yüksəklərdə dalğalandıracağına, himnimizi dəfələrlə səsləndirəcəyinə inamımız böyükdür.
3-cü MDB Oyunlarına ev sahibliyi isə heç şübhəsiz, Azərbaycan üçün yeni təcrübə, idmansevər xalqımız üçün isə yeni həyəcan olacaq.
Və sonda...
Bir neçə gün öncə Xankəndidə dalğalanan Azərbaycan bayrağının bu müqəddəs torpaqda, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq bir yarışda, idmançılarımızın qələbələri sayəsində, himnimizin müşayiəti ilə yüksəyə qalxmasını arzulayırıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

İlin ən güclü klubu bəlli oldu
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu oldu
Dünyanın ən yaxşı hücumçusu bilindi
İngiltərə klubu baş məşqçisi ilə yollarını ayıra bilər
PSJ-nin 2 futbolçusu ilin ən yaxşısı seçildi
İlin komandasında kimlərin adı var?
Hoylund dubl etdi, "Napoli" qalib gəldi
Millidən gələn təklifi rədd etdi
"O, topa zərbə vura bilmirdi"
Hakimi zədəsini sağaltdı, kubok oyununda meydanda olacaq
"Bavariya" 2 futbolçusunun müqaviləsini uzadır
“Qarabağ”ın qapıçısı Almaniyadan təklif alıb
Klubun 40 azarkeşi həbs olundu
Sinenkadan rekord, Şahrudindən uğurlu seriya
"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı
“Əl-İttihad” rəsmisindən Vinisius açıqlaması
"Valensiya"nın məşqçisi 3 övladı ilə gəmidə batdı
40 yaşında 40 qol vurdu
"Qarabağ" Braziliya klubu ilə razılaşmadı
İsko 1 ay oynamayacaq
Roman Qriqorçuk qayıdır
Ronaldonun dubl etdiyi oyun - Video
WKF-dən Rafael Ağayevlə bağlı paylaşım - Şəkillər
“Atletiko”nun sabiq futbolçusu Braziliya klubunda
111 ildən sonra 11 qələbə rekordu
Kenan qol vurdu, "Yuventus" qalib gəldi - Video
"Bavariya" onunla yeni müqavilə imzaladı
"Aston Villa" "Çelsi"ni belə məğlub etdi - Video
Ronaldo dubl etdi, "Əl-Nəsr" qalib gəldi
"Mançester Siti" və "Liverpul"dan qələbə, "Çelsi" uduzdu