Medianın İnkişafı Agentliyinin layihəsi
Bir neçə gün əvvəl Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı yekunlaşdı. Azərbaycanın yunan-Roma güləşi üzrə millisi komanda hesabında bu turnirin qalibi oldu. 2 qızıl və 3 gümüş medal qazanan yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu adını qazandı.
Mundialda fəxri kürsünün 1-ci pilləsinə qalxan yunan-Roma güləşçilərimizdən biri Eldəniz Əzizlidir. 55 kq-da mübarizə aparan idmançı qızıl medal əldə etməklə karyerasında 3-cü dəfə dünya çempionu oldu.
E.Əzizli ümumilikdə dünya çempionatlarında 3 dəfə qızıl, 2 dəfə bürünc, Avropa çempionatlarında isə 2 dəfə qızıl, 1 dəfə gümüş və 4 dəfə bürünc medal qazanıb.
Bugünkü həmsöhbətimiz də məhz Eldəniz Əzizlidir.
- Eldəniz bəy, üçqat dünya çempionu olmaq necə hisdir?
- Həqiqətən də üçqat dünya çempionu olduğum üçün qürurluyam. Bu, çox sevindirici haldır. Allaha həmd olsun.
- İdmanı, güləşi sevən hər kəs sizi tanıyır. Ona görə də düşünürəm ki, sizin güləşə gəlməyiniz, ilk addımlarınız hər kəsə maraqlıdır. Eldəniz Əzizli güləşlə məşğul olmağa necə başladı?
- İdmana 1999-cu ildə Beyləqan rayonunda başlamışam. O vaxt bizim məktəbimizin yanında güləş zalı açılmışdı. Məktəbdən çıxdıqdan sonra daim məndən böyük uşaqların güləş zalına getdiyini görürdüm. Atamdan xahiş etdim ki, məni güləş məşqlərinə yazdırsın. Beləliklə, güləş karyeram başladı.
- İlk böyük uğurunuz hansı idi?
- İlk böyük uğurum 2007-ci ildə yeniyetmələr arasında Avropa çempionu olmağımdır. Orada heç kimə xal vermədən qələbə qazanmışdım.
- 3 dəfə dünya çempionu, 2 dəfə dünya 3-cüsü, 2 dəfə Avropa çempionu, 1 dəfə Avropa çempionatının gümüş medalçısı və 4 dəfə Avrop çempionatının bürünc medalçısı olmusunuz. Bəs sizin üçün bu titullardan hansı daha xüsusidir?
- Təbii ki, bu titulların hamısı mənim üçün əziz və önəmlidir. Amma 3-cü dünya çempionluğum məni daha çox sevindirir.

- Karyeranızın ən yaddaqalan güləşini bizim üçün xatırlayarsınızmı?
- Mənim üçün çox yaddaqalan görüşlər var. Ona görə xüsusilə 1 görüşü, uğuru qeyd edə bilmərəm.
- Hansı məğlubiyyəti özünüzə bağışlaya bilmirsiniz?
- Bu idmandır. Burada bağışlanmayacaq bir şey yoxdur. Udmaq da var, uduzmaq da. Lakin 2021-ci ildə Polşada keçirilən Avropa çempionatının yarımfinalında rusiyalı idmançıya qalib gəldiyim halda son 10 saniyədə xal verməyimi hələ də unuda bilmirəm.
- Karyeranızla bağlı hələ reallaşmayan arzunuz var?
- Allaha şükürlər olsun ki, həm Avropa, həm də dünya çempionluğu hissini yaşamışam. Sadəcə Olimpiya Oyunlarının qalibi olmamışam. Olimpiya Oyunlarının medalını qazanmağı arzulayıram.
- Son dünya çempionatına necə hazırlaşmışdınız. Yarış çətin keçdi?
- Çox yaxşı hazırlaşmışdım. Müəyyən zədlər var idi. Çox çətin proseslərdən keçdim. Sinə nahiyəmdə sınıq var idi. Buna baxmayaraq, demək olar ki, karyeramını ən yaxşı formasında idim.

- Eldəniz bəy, gələcəkdə güləş məktəbi yaratmağı və ya Azərbaycan güləş millisində çalışmağı planlaşdırırsınızmı?
- Sözün açığı, məşqçi kimi çalışmağı düşünmürəm. Amma istəyərəm ki, öz adıma güləş məktəbim olsun, qazandığım təcrübələri gənclərə aşılaya bilim.
- Buradan güləş yolunda ilk addımlarını atan gənclərimizə nə demək istəyərdiniz?
- Əvvəlcə qarşıya məqsəd qoysunlar. Məqsədlər üçün bəzi şeyləri qurban vermək lazımdır. Bunu bacarmalıdırlar. İstər məğlub, istərsə də qalib olanda dissiplindən çıxmamalıdırlar, müəyyən rejimlə hərəkət etməlidirlər. Ən əsası isə, öz işlərini sevməlidirlər.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu