Medianın İnkişafı Agentliyinin layihəsi
Artıq futbol üzrə Azərbaycan 2-ci liqasında 3 tur arxada qalıb. 27 illik fasilədən sonra yenidən keçirilən 2-ci liqada hazırda 14 komandanın mübarizə aparır. Turnir maraqlı matçları ilə diqqəti cəlb etməklə yanaşı bölgələrdə futbola da marağı artırır.
Bəs 2-ci liqa Azərbaycan futbolunun gələcəyi üçün nə vəd edir?
Bu mövzu ilə əlaqədar mütəxəssislərin fikirlərini öyrəndik.
Futbol mütəxəssisi Yunis Hüseynov 2-ci liqa matçlarının daha da gərgin və maraqlı keçəcəyini qeyd edib: "2-ci liqanın olması yaxşı bir haldır. Bilirsiniz ki, bəzi futbolçular kənarda qalırdılar. Amma 2-ci liqada mübarizə olacaq. Hər bir komanda can atacaq ki, 1-ci liqaya vəsiqə qazansın. Bilirsiniz ki, indi 1-ci liqada 1-ci yeri tutanlar Premyer Liqaya yüksəlirlər. Ona görə də hazırda 2-ci liqada olanlar 1-ci liqaya, 1-ci liqada olanlar isə Premyer Liqaya yüksəlmək istəyirlər. Düşünürəm ki, 2-ci liqa həddindən artıq maraqlı keçəcək. Buna əminəm. Çünki bəzi komandalarla söhbətimiz oldu. Rayonlarda ajotaj var. Azarkeşlər matçları səbrsizliklə gözləyirlər. Futbolun gözəlliyi elə azarkeşlərdir. Bir çox bölgəmizdə çoxdandır futbol yox idi. Futbolçular azarkeşləri qarşısına özlərini yaxşı tərəfdən göstərə bilərlər və artım da ola bilər. Hər bir futbolçunun yaxşı bir dönəmi olur. Ümid edirəm ki, 2-ci liqadan çox yaxşı futbolçular çıxacaq və komandalarına kömək edəcəklər".

O, bölgə komandalarının Azərbaycan çempionatlarında iştirakının futbolumuzun inkişafına səbəb ola biləcəyini vurğulayıb: "Bölgə komandaların iştirakı futbolumuzun inkişafına çox böyük bir təkan verəcək. Sumqayıtdakı, Qəbələdəki, Gəncədəki oyunları izləmişik. Bilirik ki, oradakı azarkeşlərin sayı Bakıda keçirilən matçlardakı azarkeşlərin sayından qat-qat çox olur. Özüm də futbolçu olmuşam. Futbolçular azarkeşlərin qarşısında oynayanda məsuliyyətləri ikiqat artır. Biri var boş tribuna önündə çıxış edəsən, biri də var ki, çoxlu azarkeşin qarşısında oynayasan. Futbolçuların özlərinin yaxşı tərəfdən göstərmələrinin əsas səbəblərindən biri azarkeşlərdir. 2-ci liqa matçlarında çox azarkeş olacaq. Bu da futbolun inkişafına təkan verəcək. Ümumilikdə regionlarda futbolun olmağı çox yaxşı haldır".
Y.Hüseynov 2-ci liqada Lənkəran təmsilçisinin mübarizə aparmamasına təəccübləndiyini deyib: "Mən Lənkəranda da işləmişəm. Orada azarkeşlərin komandanı necə dəstəklədiyinin şahidi olumşam. Lənkəranda azarkeşlər həddindən artıq çoxdur. Lənkəranın 2-ci liqada təmsil olunmağını, hətta yenidən yüksək liqada mübarizə aparmasını çox istərdim. Lənkəran azarkeşləri buna layiqdirlər. Onların meydanı, bazası, hər bir şəraiti var. Amma nəyə görə 2-ci liqada mübarizı aparmadıqlarrını deyə bilmərəm. Çempionata rəng qatardılar".

Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov da 2-ci liqanın Azərbaycan futboluna faydalarından danışıb: "2-ci liqa Məşqçilər Komitəsinin sayəsində yarandı. Biz bunu çoxdandır ki, istəyirdik. Axır ki, qəbul olundu. Əgər biz futbolu inkişaf etdirmək istəyiriksə, hər bir rayonumuzda futbol olmalıdır. Olmasa, inkişaf yoxdur. Bunu açıq deyirəm. Ona görə də 2-ci liqa yaradılıb. İndi görün, 2-3 il sonra futbolçu sayı nə qədər artacaq. İngiiltərə, Almaniya çempionatlarına baxanda görürsən ki, orada 6-7 liqa var. Amma meydanların sayı azdır. Bunları da artırmaq lazımdır. Düşünürəm ki, həm Bakıda, həm rayonlarımızda meydanların sayı artacaq. Məşq meydançası ayrı, oyun üçün meydan ayrıdır. Məncə, Qarabağ dirçələndən sonra Ağdam, Füzuli, Cəbrayıl təmsilçiləri öz rayonlarına qayıdacaqlar. Fikriimcə, hər bir bölgəmizdə futbol olacaq".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?