Medianın İnkişaf Agentliyinin layihəsi
Ötən həftə Misli Premyer Liqasında 2023/24 mövsümü start götürdü. İlk turda "Turan Tovuz" "Araz-Naxçıvan"a (3:0), "Sumqayıt" "Səbail"ə (4:1), "Zirə" "Qarabağ"a (1:0), "Kəpəz" "Neftçi"yə (1:0), "Sabah" isə "Qəbələ"yə (5:0) qalib gəldi.
Bəs bu matçlarda komandalar oyun baxımından özlərini necə göstərdilər?
Mövzu ilə əlaqədar futbol mütəxəssisi Yunis Hüseynovun fikirlərini öyrəndik.

Y.Hüseynov mövsümün açılış matçında böyükhesablı qələbənin qeydə alınmasını debütant "Araz-Naxçıvan"ın heyətinin tam formalaşmaması ilə əlaqələndirib: "Həmişə çempionat başlayanda, təlim məşq toplanışından sonra hər iki komandanın gücü eyni səviyyədə olur. Amma təəssüf ki, bu dəfə belə olmadı. İlk oyunlar həmişə gərgin keçir. Səhv etmirəmsə, heç vaxt açılış matçlarında 4-5 qollu qələbələr olmayıb, minimal hesablar qeydə alınıb. Bu dəfə nədənsə, böyük hesab qeydə alındı. "Araz-Naxçıvan" çempionatın başlamasına az qalmış transferlər etdi. Yəqin ki, gələcəkdə yaxşı olar. Hal-hazırda komandalar haqqında nəsə demək bir az çətin olar. Amma yəqin ki, gələcəkdə "Araz-Naxçıvan" komanda olaraq formalaşacaq. Güclənə bilərlər. Amma belə baxanda yeni transferləri özlərini o qədər də yaxşı tərəfdən göstərmədi. "Turan Tovuz" isə yaxşı çıxış etdi. Ona görə də 3:0 hesablı layiqli qələbə qazandılar. "Araz-Naxçıvan"da fərdi səhvlər də çox oldu. Bunun nəticəsində də komanda uduzu".
Mütəxəssis "Sumqayıt"ın "Səbail"lə oyunda layiqli qələbə qazandığını vurğulayıb: "Bilirsiniz ki, hər iki komanda eyni səviyyədə idi. Ötən il də belə idi. Sadəcə olaraq biz bu komandaların yay toplanışını, yoxlama oyunlarını görməmişdik, heç bir oyununu izləməmişdik. Sadəcə sizin saytdan oxuyurduq ki, transferlər ediblər. Yeni transferlər nə dərəcədə uğurlu olacaq, bunu zaman göstərəcək. Amma "Sumqayıt" yaxşı çıxış etdi. Mən belə düşünürəm ki, 4:1 elə oyuna görə idi. Düzdür, "Səbail"in imkanları var idi. O imkanlardan istifadə etsəydilər, oyun tam başqa cür ola bilərdi. Buna baxmayaraq, hər bir komanda təlim-məşq toplanışından sonra eyni səviyyədə olmalıdır. Təəssüf ki, burada da bir az çatışmazlıqlar oldu. İnanıram ki, "Səbail" də özünə gələcək. Ola bilər ki, oyun alınmadı. Məncə, gələcək matçlarda komanda özünü yaxşı tərəfdən göstərə biləcək".
Y.Hüseynovun fikrincə, "Qarabağ" - "Zirə" görüşündə hesab oyuna görə olmayıb: "Qarabağ"da Çempionlar Liqası oyunlarından sonra yorğunluq var idi. Hər bir futbolçuya istirahət vermək lazımdır. Bilirsiniz ki, "Qarabağ" elə qrafikdə oynayır ki, onlar üçün çətindir. "Qarabağ"da əsas heyət və ehtiyat oyunçu anlayışı yoxdur. Orada demək olar ki, bütün futbolçular eyni səviyyədədir. Bir az fərqlər var. Buna baxmayaraq, sıx qrafikə görə futbolçuların hamısına istirahət vermişdilər. "Zirə"də isə ehtiyatda olan bütün futbolçular oynadı. Maraqlı oyun oldu. Gözlənilən maraqlı matçlardan biri də elə "Qarabağ" - "Zirə" görüşü idi. "Zirə" yeni transferlər edib. Onlar yaxşı oynadılar. Hər iki komanda demək olar ki, 90 dəqiqə mübarizə apardı. "Qarabağ"ın şansları oldu, amma şanslardan istifadə edə bilmədi. "Zirə" avrokuboklara vəsiqə qazanmaq gücündə olan bir komandadır. Lakin bu matçda məncə, hesab oyuna görə deyildi. Bərabərsəviyyəli oyun keçdi. Sadəcə olaraq "Zirə" əlinə düşən şansdan yararlandı. "Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Amma yenə deyirəm, bərabərsəviyyəli bir oyun keçdi".
O, "Kəpəz" - "Neftçi" görüşü haqda danışarkən qeyd edib ki, Gəncə təmsilçisi doğma meydanda, azarkeşlərinin önündə oynadığı üçün qələbəyə sevinə bilib: "Mətbuatda yazılırdı ki, "Kəpəz"in maddi problemləri var. Toplanışı Bakıda keçirmişdilər. Açığı, mən də "Kəpəz"in yoxlama oyunlarını görməmişdim. Eşidirdim, oxuyurdum ki, zəifdirlər. Amma buna baxmayaraq, "Kəpəz"ə qarşı Gəncədə oynamaq həmişə çətindir. Rəqibin kimliyindən, hansı komanda olmasından asılı olmayaraq, Gəncə azarkeşləri önündə meydana çıxanda "Kəpəz"də 2-ci həvəs oyanır, özlərini həddindən artıq yaxşı tərəfdən göstərirlər. Həmin görüşdə azarkeşlərin istəyi o qədər yüksək idi ki, "Kəpəz" istənilən komandaya qalib gələ bilərdi. Həm də ilk görüş idi, həvəs həddindən artıq çox idi. "Neftçi" özünü yaxşı tərəfdən göstərmədi. Deyim ki, gözəl oynadılar, xeyr, mən bununla razı deyiləm. Düzdür, "Neftçi" Konfrans Liqasında "Jelezniçar"la cavab matçında yaxşı təsir bağışladı, mərhələ adladı. Amma bu dəfə oyunları heç xoşuma gəlmədi. "Kəpəz" layiqli qələbə qazandı".
Y.Hüseynov "Sabah"ın "Qəbələ"ni darmadağın etdiyi görüş haqqında da fikirlərini bölüşüb: "Qəbələ" yaxşı komandadır. Həmişə ilk 15-20 dəqiqə ərzində nəticə qazanırlar. Onların oyunu xoşuma gəlir. Buna baxmayaraq, məncə, "Qəbələ" Konfrans Liqasında "Omoniya" ilə cavab matçından sonra özünə gəlməyib. Yorğunluq çox idi. Var güclərini Kiprdə ortaya qoymuşdular. İstəyirdilər ki. mərhələ adlasınlar, alınmadı. Yol yorğunluğu məsələsi də var. Bunu da nəzərə almaq lazımdır. "Qəbələ" "Sabah"la matça adaptasiya olmamışdı. Yorğun olduqları görünürdü. "Sabah" da yorğun idi. Amma "Sabah" Konfrans Liqasında RFS-lə matçlarda çox da çərtinlik çəkməmişdi, mərhələ adlamışdı. Ona görə də "Qəbələ"yə qarşı məhsuldar oyun alındı. "Sabah" hər bir imkandan məharətlə istifadə etdi. Fikrimcə, "Qəbələ" qarşıdakı oyunlarda yaxşı çıxış edəcək, toparlanacaq və Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparacaq".
Y.Hüseynov onu da qeyd edib ki, mövsümün sonunda çempionluğu "Qarabağ"ın qazanacağına inanır: "İlk turdan sonra vəd vermək bir az çətin olar. Yalan danışmayım. Desəm ki, filan komanda çox zəifdir, bu, düzgün olmur. Bəlkə də elə 3-4 turdan sonra özlərinə gələcəklər, yeni transferlər edəcəklər. 1 oyunla nəticə çıxarmaq düzgün deyil. Nəsə desəm, deyəcəklər ki, Yunis falçıdır (gülür). Amma düşünürəm ki, "Qarabağ" bu mövsüm də əlçatmaz olacaq, çempionluq qazanacaq. 2-3-cü yerlər haqqında nəsə demək çətindir. "Qarabağ"ın Çempionlar Liqasındakı, "Qəbələ", "Neftçi" və "Sabah"ın Konfrans Liqasındakı matçlarını izləmişəm deyə söyləyirəm ki, "Qarabağ"ın oyunu daha xoş təsir bağışlayır. Düşünürəm ki, yenə çempion olacaqlar".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər