Dadaşovun qolu "Dinamo"ya bəs etmədi

Dadaşovun qolu "Dinamo"ya bəs etmədi
ÖLKƏ FUTBOLU 6 Avqust 2023 / 18:34 3458
-  A +

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 2-ci turunda “Altqlınike” ilə qarşılaşıb. Matç “Dinamo”nun 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydana start heyətində çıxan Dadaşov 37-ci dəqiqədə komandasının yeganə qolunu vurub. O, 70-ci dəqiqdə əvəzlənib.


Son xəbərlər
topaz banner