"Neftçi" ilə danışıqlar bir neçə həftə əvvəl başladı. Uzun gedən danışıqlardan sonra gəlməyə qərar verdim".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu klubun televiziyasına müsahibəsində deyib.
Əvvəlcə paytaxt klubuna təyinatından danışan rumıniyalı mütəxəssis daha çox təklif olunan layihə onu cəlb etdiyini bildirib: "Zəng gəldikdən sonra komanda haqqında daha dərindən araşdırmalara başladım və "Neftçi"nin klub olaraq nə anlam verdiyimi öyrəndim. Klubu çox bəyənirəm, bilirəm ki, ölkənin ən çılğın azarkeş qrupunda malik böyük komandadır. Hər şeydən çox cəlb edən isə təklif olunan layihə oldu".
Ötən illərin məşhur futbolçusu ondan əvvəl "Neftçi"ni çalışdıran həmyerlisi Laurentsiu Regekampfla "Neftçi" haqda danışdığını qeyd edib: "Regekampfla uzun müddətdir, dostuq, Eyni zamanda da birlikdə millinin şərəfini qorumuşuq. Ondan "Neftçi" haqda soruşdum və cavabında olduqca yaxşı informasiyalar verdi. Amma ətraflı danışmadıq, çünki şəxsən araşdırmaq istədim. Çalışacam ki, məndən əvvəl baş verənlər unudulsun. Yeni layihəyə başlayırıq. Burada olduğum üçün xoşbəxtəm və uğurlar qazanmaq üçün istəkliyəm. Əminliklə deyə bilərəm ki, uğurlar üçün 200 faiz işləməyə hazıram. Səmimi deyim, Adrian Neaqa ilə danışmamışıq. Baxmayaraq ki, bir-birimizi çoxdan tanıyırıq. "Neftçi" haqda onunla danışmağa imkan olmadı. Həm də bunu münasib görmürəm. Çünki "Neftçi" adi deyil, böyük klubdur".
44 yaşlı mütəxəssis komandanın mövcud durumuna da toxunub. O, zamana ehtiyaclarının olduqlarını bildirib:
"Üzərində işləməli olduğumuz çox şey var. Bu, olduqca vacibdir. Bizim böyük istəyimiz var. Hansı mövqeyə oyunçuların tələb olunduğu ilə bağlı danışmaq tezdir. Zamana ehtiyacımız var, düzgün dəyərləndirməliyəm. Yeni oyunçular lazımdır. Çünki qarşıda Konfrans Liqası da daxil olmaqla bir neçə yarış var. Sağlam rəqabət aparmaq üçün geniş heyətimiz olmalıdır. Bu çağırışa yüz faiz hazıram. Baxmayaraq ki, 7 il məşqçilik, 20 ildən də çox futbolçu karyeram var. Futbol oynamağa başlayanda evimi tərk edəndən sonra bir çox ölkə və mədəniyyətlə tanış olmuşam. Bu baxımdan özümü bəxtəvər hesab edirəm. "Neftçi"yə uyğunlaşmaqda problemim olmayacaq. Ona görə bayaq da qeyd etdim ki, bura istirahət etməyə gəlməmişəm, qələbələr üçün buradayam. "Neftçi"ni layiq olduğu yerə qaldırmağa hazıram".
Adrian Mutu "Neftçi"nin Konfrans Liqasındadakı potensial rəqibləri haqda da danışlb: "Jelezniçar" - "Dinamo" (Minks) görüşü haqda çox danışa bilmərəm. Onların cavab oyununu canlı izləyəcəyik. Bundan sonra fikir bildirə bilərəm. Çox vaxtım yoxdur, amma bu, bəhanə deyil. Burada olduğum müddətdə əlimdən gələni edəcəm ki, komanda hazır vəziyyətdə olsun. Bir sözlə, mövcud heyətdən maksiumum yararlanmağa çalışacağam".
Rumıniyalı məşqçi sonda təzyiqdən qorxmadığını və döyüşkən komanda yaratmaq istədiyini qeyd edib: "Azarkeşlərlə dediyim əlaqə nəticələrlə gələcək. "Neftçi" Azərbaycanın ən böyük klubudur. Qərarımı verəndə hansı təzyiqlərlə üzləşəcəyimdən xəbərim var idi. Qorxmuram, təzyiq məni işimə daha çox kökləyir. Ümid edirəm ki, futbolçular da belədir. Təzyiqdən qaçmaq lazım deyil. Bütün böyük klubladla belə hallar olur. Bunu üçün meydanda bütün gücünü qoymalısan. Hesab və nəticələrdən asılı olmayaraq, meydandan əzmkarlıqla döyüşərək, alnı açıq çıxmaq üçün hər şeyi etməliyik".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər