Medianın İnkişaf Agentliyinin layihəsi
Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş üzrə milli komandası bu ay Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu nəticəyə imza atıb. Yığmamız turniri 4 qızıl, 3 bürünc medalla başa vurub.
Azərbaycan medalların əyyarına görə bütün ölkələri qabaqlayıb. Komandamız xal hesabında isə 155 xalla 2-ci olub.
Avropa çempionatında qızıl medal qazananlardan biri də Hacı Kərimovdur. 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə Ermənistan təmsilçisi Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gəlib və Avropa çempionu olub.
Bugünkü həmsöhbətimiz də elə Hacı Kərimovdur. Onunla güləşdəki ilk addımlarına, Avropa çempionatının final matçına və digər bir sıra məsələlərə toxunduq.
Kərimov əvvəlcə güləşlə məşğul olmağa başlamasından danışıb: "Mənim hazırda 16 yaşım var. Güləşə 9 yaşım olarkən öz istəyimlə başlamışam. Çünki məhəlləmizdə yaşayan uşaqlar da güləşlə məşğul olurdular. Mən də onlara baxaraq həvəsləndim. Atama dedim. O, 8 yaşım olanda məni "Zenit" İdman Cəmiyyətinə apardı. Amma hələ yaşım az idi deyə məni qəbul etmədilər. 1 il sonra yenidən getdim və artıq məşq etməyə başladım".
Hacı Avropa çempionu olanadək keçdiyi yoldan da söz açıb: "Avropa çempionu olmamışdan qabaq yeniyetmələrin Azərbaycan çempionatında 2-ci yerə çıxmışdım. Həmin il dünya çempionatına da getmişdim. Amma təəssüflər olsun ki, medalsız qayıtmışdım. 1 il sonra isə yeniyetmələrin Azərbaycan çempionatında 3-cü oldum və yarışlardan kənarda qaldım. Özüm özümə söz verdim ki, bunu bacaracağam. 1 il sonra Azərbaycan çempionu oldum, sonra da Avropa çempionluğu qazandım".
H. Kərimov qeyd edib ki, növbəti hədəfi dünya çempionluğudur: "İnşallah, qarşıdakı hədəfim dünya çempionu olmaqdır".
İdmançımız Avropa çempionatının finalında Samvel Gevorqyana qarşı keçirdiyi görüşdən də danışıb: "Erməni rəqiblə görüşdən 1 gün qabaq axşam düşünürdüm ki, bu, idmandır, hər şey ola bilər. Udmaq da mümkündür, uduzmaq da. Özümü kökləyərək erməni rəqibimə 13:0 hesabı ilə qalib gəldim. Qələbədən sonra keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Gərək, onu yaşayasan. Təsəvvür edin ki, bütün tribunanı ayağa qaldırırsınız. Onların içində düşmənlər də var. Məcbur edirsiniz ki, onlar sizin himniniz səslənəndə ayağa qalxsınlar. Bu hissləri izah etmək çox çətindir. Unudulmaz anlar yaşandı".
H.Kərimov bunu da qeyd edib ki, Azərbaycanın sərbəst güləş üzrə dördqat Avropa çempionu Hacı Əliyevi özünə kumir hesab etdiyini deyib: "Hacı Əliyevi özümə kumir görürəm. Onun güləşlərinə tez-tez baxıram. Onun nailiyyətlərini mən də qazanmaq istəyirəm. Bunun üçün də çalışacağam".
Hacı sonda uşaqları güləşlə məşğul olmağa və çox çalışmağa səsləyib: "Güləşin insanın inkişafında böyük rolu var. Bu, həm sağlamlıq baxımından yaxşıdır, həm də özünü müdafiə edə bilirsən. Bunu tək mən demirəm. Balaca güləşçilərə məsləhət görürəm ki, çoxlu məşq etsinlər və heç vaxt həvəsdən düşməsinlər, çalışsınlar".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Konfrans Liqasının ilk yarımfinalçısı müəyyənləşdi
"Çelsi" Kaysedonun müqaviləsini yeniləyir
“Mingəçevir”in qələbəsindən - Video
"Barselona" yenidən UEFA-ya şikayət etdi
"Marsel"ə baha başa gəldi
"Real" komandada balansı qoruyacaq məşqçi axtarışında
Messi klub sahibi oldu
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
1-ci liqa: "Mingəçevir" 2-ci pilləyə yüksəldi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
"Bu, bəlkə də ədalətsizlikdir"
Azarkeşlər meydana axışdı, yaralananlar var - Video
"Liverpul"da qalacaq
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
"Mançester Siti"də Bernardo Silva dövrünün sonu - Rəsmi
2-ci liqada 12 oyunun vaxtı açıqlandı
Millinin qızları azarkeşlərlə görüşdülər - Şəkillər
Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
42 yaşında karyerasını bitirdi
Fransa millisinə şok zərbə - DÇ-2026-nı buraxacaq
"Çelsi" Uortona göz dikdi
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı
Arda Güler üzr istədi
"Real"ın tarixində ilk dəfə
Azərbaycanın 16 yaşlı pilotu Portuqaliyada qalib oldu
Mbappe ÇL tarixində ilkə imza atdı
Simeonenin ürəyinin az qala dayanacağı o an… - Video
"Real" Arbeloanı qova bilər
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
“Bavariya”da futbolçular yox, baş məşqçi cəzalı duruma düşdü
Çempionlar Liqasında yarımfinalın cədvəli açıqlandı
ÇL-də son yarımfinalçılar müəyyənləşdi
Millinin futbolçuları azarkeşlərlə görüşəcəklər
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı