Medianın İnkişafı Agentliyinin layihəsi
Bu mövsüm 2019-cu ildən sonra ilk dəfə Azərbaycan Basketbol Liqası təşkil olundu. Koronavirus pandemiyası səbəbindən yaranan fasilənin ardından ölkə çempionatında maraqlı, gərgin mübarizənin şahidi olduq. Baasketbol həvəskarlarının həsrətlə gözədiyi turniri "Sabah" komandası qazandı.
Budəfəki mövzumuz da məhz Azərbaycan basketbolu, Azərbaycan Basketbol Liqasının yenidən təşkil olunmasıdır. Mövzumuzla əlaqədar Azərbaycan Basketbol Federasiyasını mətbuat xidmətinin rəhbəri Sənan Əliyevlə söhbətləşdik.
- Azərbaycan Basketbol Liqasının 2022/23 mövsümü necə keçdi?
- 2019-cu ildə pandemiyaya görə yarımçıq qalmış mövsümdə “Zirvə Astara” çempion olmuşdu. Həmin vaxtdan çempionat keçirilmirdi. 2022/23 mövsümü üzrə çempionat o vaxtdan sonra ilk oldu. Turniri “Sabah” qazandı. Azərbaycan Basketbol Liqasının oyunları gərgin mübarizə şəraitində keçdi. 8 komanda iştirak edirdi. Onlardan 3-ü bölgələrimizi təmsil edirdi: “Olimpik Şəki”, “Zirvə Astara” və “Gəncə”. Qalanları isə paytaxt klubları idi. “Xırdalan” komandası da onların daxilində idi. 1-4-cü yerləri tutan komandalar pley-off-da mübarizə apardılar. Çox maraqlı mübarizə oldu. “Sabah” finaldakı super seriyada “Gəncə”yə 3:2 hesabə ilə qalib gəldi və çempion oldu. Bu, ümumilikdə 28-ci Azərbaycan çempionatı idi.
- Azərbaycan Basketbol Liqasının bərpası çoxdan planlaşdırılırdı?
- Basketbol liqalarının bərpası onsuz da planda var idi. Beynəlxalq yarışlara hazırlaşmaq istəyiriksə, çempionatın olmağı mütləqdir. Problemi ötən il Avropa çempionatında yaşadıq. Malta ilə görüşdə məğlubiyyətə uğradıq. Oyunçuların praktikası, təcrübəsi çatışmırdı. Onlar uzun müddət idi ki, liqada çıxış etmirdilər. Bu il çempionat yaradıldı. Səbəblərdən biri isə basketbolun Azərbaycanda daim gündəmdə olması, aşağı yaş qruplarının basketbolçuları üçün məqsədin olmasıdır. Yəni, yeniyetmələr düşünməlidilər ki, mən gələcəkdə bu çempionatda oynaya biləcəyəm, sonra Avropaya, digər ölkələrə gedəcəyəm, karyeramı inkişaf etdirəcəyəm. Bu səbəbdən çempionatın bərpası önəmli idi. Liqanın inkişafı Azərbaycan basketbolunun, yığmasının inkişafı deməkdir.
- Nəticə olaraq bu mövsü bizə nə verdi?
- Nəticə olaraq bu mövsüm bizə onu verdi ki, komandalarımızın avrokuboklara getməsi gözlənilir. Liqa olmalıdır ki, qalib gələn komanda Avropada oynaya bilsin. “Sabah”ın avrokuboklarda iştirakı gündəmdədir. Nəticə bu ola bilər. Həm də çempionatın keçirilməsi gənc basketbolçuların komandalarla birlikdə məşq etməsinə şərait yaratdı. Elə uşaqlarımız var ki, U-18, U-20- millilərində çıxış edirlər. Onlar da komandaların heyətində praktika qazandılar.
- Klub səviyyəsində yaxın gələcək üçün hansı plalar qurulub?
- Gələcək planlarımız elə hansısa bir komandamızın avrokuboklarda iştirakıdır. Çox güman ki, bu, “Sabah” olacaq. Amma hər şey tam dəqiq olaraq növbəti aylarda bilinəcək.
- Növbəti mövsüm üçün komanda sayının artırılması planları var?
- Bəli. Növbəti mövsüm komandaların sayı 10-a çatdırıla bilər. Federasiyamızın prezidenti, cənab nazir Emin Əmrullayev bu haqda öz çıxışında bildirmişdi. 2 komandanın artımı gözlənilir.
- Sizcə, Azərbaycanda basketbola kifayət qədər maraq varmı?
- Azərbaycan Basketbol Liqasına maraq kifayət qədər yaxşıdır. Final seriyasında pley-off mərhələsində “Sərhədçi” İdman Mərkəzi demək olar ki, tam dolmuşdu. Əhalinin əksəriyyəti basketbola maraq göstərir. Müəyyən məsələlər var ki, onların üzərində işləyirik. Zalların bərpasına çalışırıq. Azərbaycan Texniki Universitetinin, Azərbaycam Memarlıq və İnşaat Universitetinin zallarında müəyyən təmir-bərpa işləri görülür. Bu universitetlərdə gənclər arasında liqa, uşaq liqaları, həvəskarlar liqası, Qadınlar arasında kubokun finalı keçirildi.
- Bəs, azarkeşləri matçlara cəlb etmək üçün hansı işlər görülür?
- Azarkeşləri cəlb etməyin əsas yollarından biri yaxşı legionerlər gətirməkdir. Biz də həqiqətən də yaxşı, keyfiyyətli legionerlər gətirmişik. İstər aşağı pillədə qərarlaşmış “Olimpik Şəki”də, istərsə də 1-ci yeri tutan “Sabah”da - bütün komandalarda 4-5 legioner var idi. Onların atletik hərəkətləri tamaşaçıları cəlb edir. Legionerlər maraq yaradırlar, şouya meyilli oyun nümayiş etdirirlər.
- Sizcə, basketbol Azərbaycanda aktual idman növünə çevrilməyi bacaracaq?
- Bunu zaman göstərər. Dünyada 1 nömrəli idman növü futbol sayılırsa, dünya əhalisinin bir qisminə görə də basketbol komanda idman növləri arasında 2-cidir. Qarşıdakı illərdə hər şeyi görəcəyik. İnkişafa yönələn işlər görülübsə, yəqin ki, basketbol Azərbaycanda aktual idman növünə çevrilə bilər. Mənə gələn valideyn zəngləridən, müraciətlərdən belə başa düşürəm ki, artıq uşaqlarınə basketbola yazdırmaq istəyən insanlar artıq tapılıblar.
- Bir az da milli komandalarımızdan danışaq. Yığma səviyyəsində işlər necə gedir?
- Qızlardan ibarət U-16 millisi yaradılıb. Türkiyəli mütəxəssis Evren Alkaya bu komandanə çalışdırır. Oğlanlardan ibarət U-16 komandamızın baş məşqçisi Tahir Baxşıyev, köməkçi məşqçisi isə Polad Həsənovdur. Həmin komandalar qarşıda beynəlxalq turnirlərdə iştirak edəcəklər. U-18 yığmamızın da baş məşqçisi Tahir Baxşıyevdir. Bakıda kiçik ölkələr arasında Avropa çempionatının C divizionu keçiriləcək və U-18 millimiz orada mübarizə aparacaq. Artıq heyət də müəyyənləşib, məşqlər təşkil olunub. B divizionunda U-20 komandamız mübarizə aparacaq. Onları çətin sınaq gözləyir. Bu komandamızın baş məşqçisi Anar Sarıyev, məşqçisi isə Fərid Əmirovdur.
- Bəs əsas milli?
- Əsas millimizin bu mövsüm yarışları gözlənilmir, növbəti mövsüm olacaq. Onlar 2022-ci ildə kiçik ölkələr arasında Avropa çempionatının C divizionda 3-cü yer uğrunda mübarizədə Maltaya uduzaraq 4-cü yerə çıxmışdılar.
- Ümilikdə Azərbaycan basketbolunun inkişafı üçün qarşıya hansı hədəflər qoyulub?
- Yaxın və uzun müddət üçün plan, hədəf birdir: Azərbaycanda uşaq basketbolunu inkişaf etdirmək. 10 illik perioddan sonra biz uşaqlarımızın inkişafını və onların yığmada oynamasını görmək istəyirik. Milli komandanın inkişafını hədəfləmişik.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Lerik" qalib gəldi, "Füzuli" 2-ci liqanı tərk etdi - Video
"Mançester Yunayted" onu hədəflədi
"Şimal"ın qələbəsindən - Video
"Barselona" Rafinya ilə anlaşdı
5 qol vuruldu, "Ağdaş" qalib gəldi - Video
Alvares "Atletiko"dan gedir, ya qalır?
"Lerik", "Şimal" və "Ağdaş"dan qələbə
Dünya çempionu karyerasını başa vurur
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Macarıstan millisinin Azərbaycan ilə oyun üçün heyəti
"Barselona"dan Haaland açıqlaması
"Real"ın sabiq futbolçusu karyerasını bitirdi
"Məqsədimiz Çempionlar Liqasının qrupudur" - Kadi
Santuş bu tarixdə millinin heyətini açıqlayacaq
Nigar yenə Rusiyada rəmzi komandaya düşdü
Salah 300-ü keçən 4-cü afrikalı oldu
"Atletiko"nun yeni formaları - Şəkillər
"O klubun mayasında başqasına haqsızlıq var" - Video
Amorim hər gün 14 saat işləyir
"Əsl futbol bayramı alındı" - Kurban Berdıyev
Mourinyodan "Qalatasaray"a sərt sözlər
Maradona, Ronaldinyo, Messi, indi də Yamal
"Zarafatlaşdıq, keçmiş günləri xatırladıq" - Qurban Qurbanov
"Rəşad Sadıqov harada olubsa, lider olub" - Orxan Məmmədov
Klopp "Roma"nı çalışdıra bilər
Alonsonun Modriçlə bağlı planı
"Liverpul" uduzdu
Vüsalın komandası pley-off matçında böyük hesabla uduzdu
Azərbaycan futbolunun əfsanələri arasında oyun keçirildi
"Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın"
Rakitiç karyerasını bitirir
Həlledici turun hakim təyinatları açıqlandı
Fliklə bu həftə müqavilə imzalanacaq
Ten Haq "Ayaks"a qayıdır?
"Qızıl top" nə vaxt veriləcək?
Kloze Mahirin ayrılıq qərarından danışdı
Azərbaycan - Macarıstan oyununun biletləri satışda
"Ayaks"da baş məşqçi istefası
Azərbaycan badmintonu tarixində ilk!
"Qarabağ"da qalıb-qalmayacağı sualını belə cavablandırdı
Mahir Emreli həftənin rəmzi komandasında - Şəkil