"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın championat.com saytına verdiyi geniş müsahibədə "Qarabağ"la bağlı sualları da cavablandırıb.
Qol.az müsahibənin həmin hissəni oxucularla bölüşür.
- Şəxsən sizin neçə qızıl medalınız var - altı, ya yeddi? Bu haqda məlumatlar fərqlidir...
- Yeddi. Son Azərbaycan çempionatında sona iki tur qalmış qalib gəldik.
- Qeyd etdiniz?
- Təvazökar formada. Biz hər il bu məqsədə doğru irəliləyirik. Bitdi, növbəti birinə keçirik - Çempionlar Liqasına. Biz həqiqətən qrupa düşmək istəyirik.
- “Qarabağ” Azərbaycan standartlarına görə “Zenit” kimidir?
- Hegemonluq baxımından bəli. O, son 10 ildə Azərbaycan futbolunun simasıdır.
- Yəqin ki, Rusiya çempionatında maaşların səviyyəsini təsəvvür edə bilərsiniz. Azərbaycanda daha aşağıdır?
- Ümumiyyətlə, müqayisə olunmayan rəqəmlərdir. Arada böyük boşluq var. Hətta Rusiya Premyer Liqasının sonuncu komandaları, "Fakel"lə müqayisədə belə. Mən büdcəsi az klublar olan “Sumqayıt”ı, “Səbail”i yox, “Qarabağ”ı müqayisə edirəm. Hesab edirəm ki, büdcəsinə görə 10 qat Azərbaycan çempionu Rusiyada ilk 10-luğa düşə bilməz.
- Hətta bu qədər fərq var?
- Bəli, bəli, Rusiyada çox yüksək maaş verilir. Azərbaycan futbolunda pul Rusiyadakından qat-qat azdır. Mən bilirəm ki, orada oynayanların nə qədər pulu var, ona görə deyirəm. Hətta birinci liqada çox ciddi büdcəsi və yüksək maaşı olan klublar var - “Rubin”, “Arsenal" Tula kimi. Klubların heyətində İvanov, Dzaqoyev, Belenov, Düpin kimi futbolçuları saxlamaq imkanı var.
- Çempionlar Liqasında, Avropa Liqasında, milli komandada oynaya-oynaya Rusiya birinci liqasındakı komandaların ödədiyindən az pul qazanmaq sizə eyib gəlmir?
- Heç bir inciklik və paxıllığım yoxdur. Hər kəs öz qazandığına qanedir. Çox adam sərf olunan əməyi başa düşmür. Amma onlar aldıqları pula layiqdirlər. Əgər futbolda bir adam 40 min rubl qazanırsa, deməli, buna layiqdir. Mən ancaq o zaman sevinirəm ki, insan yaxşı pul qazanır, normal yaşayır, ətrafa, ailəsinə, valideynlərinə kömək edə bilir.

- Komfort yaşamağımız üçün sizi nə qədər pul lazımdır?
- Hər şey nisbidir. Məsələn, "Şahdağ"da mənim üçün otaq kirayələyib həftədə də bir dəfə yemək verirdilər (2013-cü ildə - red.). 450 manat maaş alırdım. Bu isə üçümüz - həyat yoldaşım, qızım və mənim üçün kifayət edirdi. İnsan nə qədər çox qazanırsa, bir o qədər də tələbatı artır. Hər kəs imkanları çərçivəsidə yaşayır.
- Azərbaycanda qiymət səviyyəsi Rusiyadan aşağıdırmı?
- Aşağı deyil. Bakı ciddi şəhərdir, o cümlədən qiymətlər baxımından. Həyat yoldaşım deyir ki, Moskva və Bakıda ərzağın qiyməti fərqlənmir.
- Daim Bakıdasınız?
- Bəli, bəli. Komandanın bazası buradadır. Axı, Ağdam 30 ildir işğal altında idi. İndi orada hər şey bərpa olunur. Hətta bizə söz veriblər ki, bir neçə ildən sonra orada, heç olmasa bir neçə matçda oynaya biləcəyik. Artıq stadionun layihəsi var. Ağdam azad olunduqdan sonra komanda olaraq ora getdik. Hər şey dağıdılıb, həyat yoxdur, yalnız xarabalıqlardır. Hər yer minalanıb... Ümid edirəm ki, zamanla evə qayıdıb Ağdamda oynayacağıq.

- “Qarabağ” son Avropa mövsümündə yaxşı çıxış etdi. Bunu özünüzdən gözləyirdiniz?
- Əla. Hər yerdən uçduq, ha ha... Hər yerdə son anda şansı əldən verdik.
- Qulaq asın, siz real olaraq uzağa getdiniz.
- Bizim üçün bu, şok deyildi. Biz buna hazırlaşır və bunu istəyirdik. Belə bir şey yox idi ki, vau, filan komandaları keçdik. Çox ciddi komandalarla oyunda mərhələ adladıq - "Lex", "Sürix", "Ferensvaroş". Yalnız sonda "Viktoriya" ilə matçda büdrədik.
- Yəqin ki, bütün bu klublar iqtisadi cəhətdən “Qarabağ”dan güclüdür. Komandanız nəyin hesabına onları keçə bildi?
- Məşqçimizin qurduğu komanda sisteminə görə. Bunun artıq sirr olduğunu düşünmürəm. Bizim necə oynadığımızı hamı görür. Bütün Avropa "Qarabağ"ı tanıyır. Əvvəllər bizi çox da ciddi qəbul etmirdilər. İndi isə həmin “Nant” və ya “Frayburq” bizə daha hörmətlə yanaşır.
- Qurban Qurbanov 15 ildir komandaya rəhbərlik edir. O, "Qarabağ"ın əfsanəsidir?
- Tək klubun deyil, bütün ölkənin əfsanəsidir. O, komandanı Çempionlar Liqasının qrupuna da çıxarıb və Azərbaycan futbolu üçün çox şey edir.
Baş məşqçiyə görə klubdan getməyə hazırlaşır
“Qarabağ” - “Sabah” oyununun hakimləri bilindi
Superliqanın ən məhsuldar transferləri bəlli oldu
"Tottenhem" İqor Tudorla sağollaşır?
"Everton" sabiq futbolçusunu geri qaytara bilər
PSJ-dən "Barselona"ya keçə bilər
"Öz oyun planımızı rəqibə qəbul etdirməliyik"
"Arsenal" azarkeşlərinin səfər xərclərini ödəyəcək
Rusiya millisi ilə oynamaqdan imtina etdilər
Xavi millinin baş məşqçisi ola bilər
UEFA "Benfika"nın şikayətini rədd etdi
"Şəfa"dan 8 qollu qələbə - Video
Premyer Liqa klubları cərimələndi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
Mövsümün matçına hazırsınız? - Video
Caner Erkin intizamsızlığına görə klubdan göndərildi
Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycan idmançılarının Olimpiya medalları dəyişdirilir
"Şəfa"dan qol yağışı
Ançelotti Neymarı milliyə çağırmaqdan imtina etdi
Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
Azərbaycan klubu ev oyunlarını bu stadionda keçirəcək
1-ci liqada 15 oyunun vaxtı məlum oldu
Gün gələcək, "Qarabağ" onları çırpacaq...
Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı
Azərbaycan cüdoçuları Avropa kubokunda
AFFA nümayəndələri UEFA-nın seminarında
"Bodo-Qlimt"in baş məşqçisi sensasiyadan danışdı
Azərbaycandan 4 klub o siyahıdadır - Son 5 ilin reytinqi
Azərbaycanlı Zidan erməniyə qalib gəldi
Bugünkü avrokubok oyunlarını yayımlayacaq kanallar
ÇL tarixində ilk - 6 ingilis klubu 1/8 finalda
Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu
"İmişli" kolumbiyalı futbolçu transfer etdi - Rəsmi
Azərbaycan çempionatında 250-ci avtoqol
UEFA “Qarabağ”lının qol ötürməsini fərqləndirdi - Video
"İnter"in baş məşqçisi "Bodo-Qlimt"ə məğlubiyyətdən danışdı
Milanda sensasiya - Video
"Qarabağ"ın ÇL-dəki vida oyunu - Video
Zubir: "Əsl "Qarabağ"ı göstərmək istədik"