Bu mövsümün yekununda Misli Premyer Liqasında sonuncu yeri tutacaq komanda çempionatın sonuncu turunda müəyyənləşəcək.
Qol.az xəbər verir ki, 10-cu yeri ya “Səbail”, ya da “Şamaxı” tutacaq. Bu gün keçirilən 35-ci turda “Sumqayıt” səfərdə “Qarabağ”a qalib gəlməklə (2:1) təhlükəli zonadan uzaqlaşıb. “Şamaxı” “Qəbələ ilə, “Səbail” isə “Turan Tovuz”la görüşdə heç-heçə edib.
Beləliklə, sona 1 tur qalmış “Səbail” 26 xalla 9-cu, “Şamaxı” isə 25 xalla 10-cu yeri tutur. Maraqlıdır ki, mövsümün bu həftə keçiriləcək son turunda “Səbail” “Şamaxı”nı qəbul edəcək. Bu görüşdə “Səbail”ə heç-heçə də sərf edir. “Şamaxı”ya isə mütləq qələbə lazımdır. Oyun mayın 27-də “ASKO Arena”da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Neymarın cəzası bilindi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər