Medianın İnkişafı Agentliyinin layihəsi
Ötən gün Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasından 100 il ötdü. Elə bu münasibətlə mayın 1-dən 6-dək paytaxt Bakıda “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri keçirildi.
Yarışda Azərbaycan yığması ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Serbiya, Gürcüstan, Çexiya, İtaliya, Fransa və Cənubi Afrika Respublikasının milli komandaları iştirak etdilər. Çexiyanın 1-ci, Serbiyanın 2-ci, Qazaxıstanın isə 3-cü olduğu turnirdə Azərbaycan yığması 4-cü yeri tutdu.
Budəfəki mövzumuz da məhz sözügedən turnirlə əlaqədardır. Ona görə də bu yarış haqqında təəssüratlarını öyrənmək üçün Azərbaycan minifutbol millisinin kapitanı Davud Kərimi ilə söhbətləşdik.
- Əvvəlcə Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan turnirdən danışaq. Yarış ümumilikdə necə keçdi?
- Ulu Öndər Heydər Əliyevə həsr olunan turnir necə keçməli olmalı idi ki? Turnir əla keçdi.10 komanda iştirak etdi. Çox mükəmməl bir yarış oldu. Hər kəs zövq aldı.
- Turnir necə təşkil olunmuşdu? Təəssüratlarınız necədir?
- Təşkilatçılıq əla idi. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Onlar az qüvvə ilə böyük bir iş görüblər. Çox möhtəşəm bir turnir keçdi. Avropadan gələn idmançılar da yarışın gözəlliyindən danışırdılar.

- 4-cü yer sizi qane etdi?
- Xeyr Əlbəttə ki, bu, bizi qane etmir. Çünki biz çempionluğa köklənmişdik. Avropa çempionatından sonra ilk dəfə bir turnirdə iştirak edirdik. Bu yarışın Azərbaycanda, öz azarkeşlərimiz önündə olması da bizi çox sevindirirdi. Həm də bu, məsuliyyətimizi ikiqat artırırdı. 4-cü olduq. Ama biz istəyirdik ki, çempion olaq və ya ilk 3 yerdən birini tutaq.
- Daha çox irəliləməyinizə nə mane oldu?
- Bəxtsizlik... Biz həqiqətən də komanda şəklində çox yaxşı oynadıq. Bəzən fürsətlərdən istifadə edə bilmədik, bəzən də rəqib qapıçılar çox yaxşı oynadılar. Avropa çempionu olandan sonra bizə qarşı ciddiyət daha da artıb. Bizimlə matçlarda ikiqat mübarizə aparırlar. Bu da bizə mane olur.
- Digər iştirakçı komandalar haqqında nə deyə bilərsiniz?
- Digər komandalar çox yaxşı formada idilər. Serbiya və Çexiya millilərinin hər ay turnirlərdə iştirak etdiyi açıq-aşkar görünürdü. Hiss olunurdu ki, onlar dünya çempionatına çox ciddi hazırlaşırlar. Bizim də fikrimiz var ki, daha çox yarışda iştirak edək.
- Qarşıdan dünya çempionatı gəlir. Sizcə H.Əliyev turniri mundiala hazırlaşmaq üçün yaxşı fürsət idi?
- Bəli. Bizim baş məşqçimiz dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu turnirə minifutbolçular dəvət etmişdi. Bu, yaxşı fürsət oldu ki, baş məşqçimiz oyunçuları yoxladı.
- Mundialda millimizdən nə gözləyə bilərik? Azarkeşlərə nə demək istəyirsiniz?
- Əlimizdən gələni edəcəyik ki, dünya çempionu olaq. Ən azından ilk "3-lük"də olmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Buna köklənmişik. Azarkeşlərimizə demək istəyirəm ki, biz var gücümüzlə vuruşacağıq. Onları sevindirməyə çalışacağıq. Yarışa çox ciddi hazırlaşırıq.

- Sizcə, Azərbaycan yığması dünya minifutbolunda hansı yeri tutur?
- Biz bunu stadionda göstərəcəyik. Oktyabr ayında dünya çempionatında öz sözümüzü deyib, nailiyyət qazanandan sonra bildirəcəyik ki, hansı yerə layiqik.
- “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirində azarkeş dəstəyindən razı qaldınız?
- Bizim azarkeşlərimiz bizi sevirlər. İlk oyunda tribunalar dolu idi, və çox insan ayağa qalxmışdı. Çox gözəl atmosfer yaratmışdılar. Onlara ancaq öz adımızdan minnətdarlığımızı bildirə bilərik.
- Milli komanda səviyyəsində futboldakı uğursuzluqlarımız bəlkə də uşaqları, gəncləri minifutbolla məşğul olmaqdan qorxuda bilər. Bu barədə nə deyə bilərsiniz?
- Minifutbolla məşğul olmaq üçün futbolçu olmaq, futbolun dilini bilmək lazımdır. Amma əgər böyük futbolda uğursuzluq yaşanıbsa, o demək deyil ki, minifutbolda da uğursuzluq olacaq. Məsələn, Azərbaycanda 17 komandadan ibarət minifutbol turniri keçirilir. Bir gənc gəlib hansısa komandada iştirak edə, özünü yaxşı tərəfdən göstərə bilər. Gənclərimiz ruhdan düşməsinlər.
- Minifutbolun inkişafı üçün hansı addımların atılmasını istəyərdiniz?
- Minifutbolun inkişafı göz qabağındadır. Avropa çempionu olandan sonra minifutbola qayğ artdı. Cənab Prezident İlham Əliyevin bizi qəbul etməsi də buna sübutdur. Minifutbol Federasiyası rəhbərliyi - Orxan Məmmədov, Taleh Nəsibov çalışırlar ki, bizim üçün baza yaratsınlar. Bizim standartlara uyğun məşq bazamızın, öz stadionumuzun olması üçün işlər gedir. Həmçinin rəhbərlik çalışacaq ki, bundan sona dünya və ya Avropa çempionatını Azərbaycanda təşkil etsinlər.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı