Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün “MEDİAlab” layihəsi çərçivəsində xarici mütəxəssislərin cəlb edilməsi ilə silsilə seminarlara başlanılıb.
Qol.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Rəqəmsal “storytelling”: Rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?” mövzusunda ilk seminar təşkil olunub.
Seminar müddətində yeni informasiya- kommunikasiya texnologiyalarının inkişafının media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək məzmun yaratmaq, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması kimi mövzulara toxunulub. Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcək.
Yuxarı
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu