Medianın İnkişafı Agentliyinin layihəsi
Martın 26-da "Qarabağ"la "Qalatasaray" arasında Bakıda keçirilən qardaşlıq oyunu ölkəmizdə böyük insan kütləsini bir araya gətirən idman tədbirlərindən oldu. Görüşə ilk 1,5 saat ərzində 25 mindən çox biletin satılması, yekunda stadiona 62 min 500 nəfərdən çox şəxsin gəlməsi də bunun göstəricisidir.
Hər iki komandanın həm idman, həm də qardaşlıq prinsiplərinə sadiq qaldığı görüşün sadəcə bir yoldaşlıq oyunu, yoxsa avrokubok matçı olduğunu seçmək çox çətin idi. Çünki Ağdam klubu da, İstanbul təmsilçisi də tribunaları dolduran insanlara əsl futbol zövqü yaşatmaq üçün əllərindən gələni etdilər.
Amma maraqlı və qürurlandırıcı olan təkcə bu görüşün idman tərəfi deyildi.
Qardaşlıq matçına gedən yol...
Mart ayının əvvəllərindən Türkiyə mətbuatında və yerli mediamızda "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçiriləcəyinə dair məlumatlar yayılsa da, martın 14-də bu 2 türk klubunun Bakıda "əl sıxacağı" məlum olmuşdu. Necə deyərlər, "randevu"nun əsas səbəbi təxminən 2 ay əvvəl hamımızın ürəyinə köz basan Türkiyədəki o zəlzələdən zərər çəkənlərə yardım etmək idi.
Macarıstan və Almaniya klublarına yox, "Qarabağ"a "hə"...
"Qarabağ"ın direktoru Emrah Çelikelin də bildirdiyi kimi, "Qalatasaray" Azərbaycan klubu ilə anlaşmaq üçün Macarıstan və Almaniya klublarına "yox" cavabı verib. Superliqa təmsilçisi məhz "Qarabağ"ın qardaşlıq oyunu təklifinə isti yanaşıb və üstün tutub.
Fasiləsiz 12 gün...
Klubların anlaşmasından dərhal sonra "Qarabağ" bu matç üçün hərəkətə keçib. Elə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin də qeyd etdiyi kimi, həmin müddət ərzində yatmağı belə unudub, bu mötəbər oyuna hazırlaşıblar. Matç günü stadiondakı ab-havadan, tribunalardakı bayraqlardan, arenadakı bannerlərdn bunu sezmək mümkün idi. Çünki bu cür qısa müddətdə hər kəsin könlünü xoş etməyi bacarmaq heç də asan deyildi.
"Qalatasaray" oyundan 1 gün əvvəl, gecə saatlarında Bakıya gəlsə də, burada yalnız buraxılmadı. Onlar Heydər Əliyev adına Beynəlxalq hava limanında böyük azarkeş izdihamı ilə qarşılandılar.
Görüş günü "Qarabağ"ın prezidenti Tahir Gözəl və "Qalatasaray"ın prezidenti Dursun Özbek Şəhidlər Xiyabanını ziyarət etməklə iki ölkənin bir-birinə hörmətini, sayğısını sübut etdilər.
...Və 26 mart, qardaşlıq oyunu
Ən tükürpədici məqamlardan biri də bu idi ki, həmin oyunda qardaşlıq adı altında birləşənlər yalnız "Qarabağ" və "Qalatasaray" azarkeşləri deyildilər. Stadionda "Neftçi", "Fənərbaxça", "Beşiktaş" və daha bir neçə klubun fanatları var idi. Onlar zəlzələdən zərər zəkənlər üçün öz töhfələrini vermək, bu qardaşlıq oyununa tamaşa etmək üçün Bakı Olimpiya Stadionunda öz yerlərini tutmuşdular. Tərəfdarların həm "Qarabağ"ın, həm də "Qalatasaray"ın hücumlarını, qollarını alqışlaması oyuna düzgün olaraq qardaşlıq adı verildiyini göstərdi. Çünki ortada qardaşlıq ədaləti var idi. El arasında bir deyim də var axı, "qardaş malı kimi".
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın "Qarabağ" - "Qalatasaray" matçını stadiondan canlı izləməsi, qarşılaşmadan əvvəl klub prezidentləri Tahir Gözəl və Dursun Özbeklə görüşməsi qardaşlıq oyununun yaddaqalan tərəflərindən oldu. Dursun Özbekin ölkə başçısına "Qalatasaray"ın 10 nömrəli formasını hədiyyə etməsini də qeyd etməmək olmaz.
Bütün bunların xülasəsi ona gətirib çıxarır ki, "Qarabağ" - "Qalatasaray" oyunu bir futbol matçı yox, ağlımıza gələn bütün xoş sözlərin təcəssümü idi. Zövq, jest, fərəh, qürur, yardımlaşma, bağlılıq... və qardaşlıq! Bu, qədimdən gələn, bütün zərbələrə tab gətirib, itməyən, daha da güclənən Azərbaycan - Türkiyə qardaşlığının daim var olacağının tablosudur.
Dursun Özbek görüşdən sonra Türkiyə mətbuatına açıqlamasında dəfələrlə Türkiyə-Azərbaycan münasibətini vurğulayaraq, Azərbaycan xalqına təşəkkür edib: "Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram. Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini orada keçirilən oyunda göstərdik".
Millət vəkili, yazıçı-publisist Aqil Abbas Qol.az saytına görüşün əhəmiyyətini şərh edərkən bunun futbolumuz adına da atılan yaxşı addım olduğunu deyib: "Belə oyunlar vacibdir. Bu, futbolumuzun inkişafına kömək ola bilər. Çünki Türkiyə klubları daha çox tanınırlar. Bu mənada görüş vacib idi. Oyunda qardaşlıq qələbə qazandı. Sözün düzü, "Qarabağ" "Qalatasaray"dan yaxşı oynadı. Şans gətirmədi, məğlub olduq. Penalti bəxtəbəxt olan şeydi. Bu oyun futbolçularımızın Türkiyədə tanınmasına da vəsilə oldu. Gələcəkdə "Qalatasaray" da "Qarabağ"ı İstanbula dəvət edəcək.
Azərbaycanla Türkiyənin qardaş ölkə olduğu hər kəsə məlumdur. Amma bu matç bir daha göstərdi ki, Türkiyə Azərbaycanda nə qədər sevilir. "Qalatasaray"ın Bakıdakı azarkeşləri Türkiyənin özündəkindən çox idi (gülür). Belə oyunların tez-tez keçirilməsi çox yaxşı olardı".
Bütün bu xoş təəssüratlardan, hadisələrdən sonra yalnız bir şeyi görmək, istəmək qalır, sıradakı qardaşlıq oyununa Qarabağda tamaşa etmək!
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
Bu dəfə onu “Real” istəyir
“Səbail” “Zaqatala”ya minimal hesabla qalib gəldi - Video
Kapitan “Bayer”lə oyunda PSJ-yə kömək edə bilməyəcək
Vinisius “Real”dan rekord məbləğdə maaş tələb edir
“Borussiya”nın müdafiəçisi “Liverpul”un transfer hədəfində
“Səbail” 3 xalı 1 qolla qazandı
AFFA Region Liqasında mövsümün püşkü atıldı
“Yuventus”un yeni hədəfi - Milan Şkrinyar
Premyer Liqada 12-ci turun oyun cədvəli açıqlandı
Maradonanı geridə qoydu
Paratiçi yenidən "Tottenhem"in idman direktoru oldu
2029-cu ilə qədər “Barselona”da
Misli Premyer Liqasında 11-ci tur "Zəfər turu" adlanacaq
Azərbaycan kubokunda oyunların vaxtı bilindi
Messi gənc futbolçular üçün turnir təşkil edir
AFFA baş məşqçini yenə cəzalandırdı - 4 oyunluq
İspaniya millisi 29 oyundur uduzmur
Donnarumma: "İtaliya DÇ-2026-da olacaq"
Futzal millimizin heyəti açıqlandı
Ayxan Abbasov onu millidən göndərdi - Qalmaqal
"Kəpəz"dən yeni transfer
Oleq Baklov: "Turan Tovuz"da özümü çox yaxşı hiss edirəm”
"Atletik" - "Qarabağ": düşərgələrdən son yeniliklər
2-ci liqada 6 oyunun vaxtı açıqlandı
Messidən növbəti uğur
Yeni dünya rekordu müəyyənləşdirdilər
Ərdoğan millinin futbolçuları ilə görüşdü - Video
İngiltərə millisindən mundial tarixinin rekordu
28 oldu!
Montella Gürcüstan üzərindəki qələbədən danışdı
U-21 millimizin Şotlandiya ilə oyununda 6 qol - Video
DÇ-2026-ya vəsiqə qazandılar
"Qaradağ Lökbatan"ı lider edən qələbə - Video
U-21 millimizin Şotlandiya ilə oyununda məhsuldar heç-heçə
Mahir Emreli: “Hazırda mənim üçün asan dövr deyil”
"Azərbaycan millisi bizi yordu"
Azərbaycanın U-17 millisi Rumıniyaya böyük hesabla uduzdu
İsveç millisinin baş məşqçisi istefaya göndərildi
Neymar A seriyasında oynaya bilər
"Şəmkir" uduzdu, "Qaradağ-Lökbatan" qalib gəldi
Şahmat millimiz Avropa çempionu ola bilmədi
"Fənərbaxça" Benzemanı transfer etmək istəyir
Levandovski ciddi zədə alıb