Medianın İnkişafı Agentliyinin layihəsi: "Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Son illər azərbaycan paralimpiyaçıları uğurlu çıxışları ilə gündəmə gəlirlər. Onlar qatıldıqları beynəlxalq turnirlərdən medallarla qayıtmağı bacarırlar.
Sözsüz ki, bu inkişafın arxasında bütün sahələrdə olduğu kimi, zamanında ulu öndər Heydər Əliyevin verdiyi tapşırıqların rolu var. İllər öncə Ümumilli Liderin Azərbaycan Milli Paralimpiya Komitəsinə göstərdiyi diqqət və qayğı bu gün öz bəhrəsini verir.
Heydər Əliyevin bu yöndə əməyi, paralimpiyadakı inkişaf özünü faktlarla sübut edir. Ona görə də gəlin keçmişə nəzər salaq.
Hələ 1996-cı ildə Milli Paralimpiya Komitəsi yarandıqdan qısa müddət sonra Azərbaycanda paralimpiya idman növləri üzrə baza quruldu. Həmin vaxt qurumun təsis edilməsindən cəmi 6 ay sonra ölkəmiz Yay Paralimpiya Oyunlarında debüt edib. Azərbaycan 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində 2 idmançı ilə təmsil olunub. Növbəti dəfə isə Azərbaycan 2000-ci ildə Sidney Paralimpiya Oyunlarında 3 növdə 7 idmançı ilə təmsil olunub, 1 qızıl və 1 gümüş medal qazanıb.
Bundan sonra Prezident Heydər Əliyev 2000-ci ilin 15 noyabrında paralimpiyaçılarımızla görüşüb. Ulu öndər onlara diqqətini bu sözləri ilə ifadə edib: “Fiziki imkanları məhdud insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq haldır. Bu, bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki məhdudiyyətinizə baxmayaraq həm öz səhhətinizi daha da möhkəmləndirmək, həm də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək üçün nə qədər əzmkar olduğunuzu göstərir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yüksək qimətləndirməliyik. Ölkəmizin olimpiyaçılarının, o cümlədən paralimpiyaçılarımızın keçdiyi bu imtahan onu göstərir ki, Azərbaycan gəncləri, idmançıları böyük potensiala malikdir”.
Heydər Əliyevin bu sözləri illər sonra da özünü doğrultmaqda davam edir. Artıq bir neçə paralimpiyaçımız dünyada nüfuza malikdir.
Həmçinin Heydər Əliyev üçün əsas məsələlərdən biri də paralimpiyaçıların nüfuzlu idman yarışlarına və olimpiadalara hazırlaşması üçün idman qurğularının inşası idi.
Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında 39 nəfərlə təmsil olunub və 19 medal qazanıb. Bunlardan 14-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olub. Komandamız ümumi hesabda 10-cu pilləni tutub. Bu, ümumilikdə, Azərbaycan Paralimpiya tarixinin ən yaxşı nəticəsidir.
Bu həm də ölkədə idmanın inkişafı, həmçinin paralimpiyaçıların öz potensiallarını ortaya qoyması üçün Heydər Əliyev tərəfindən qəbul olunan Dövlət Proqramı, sərəncamların nəticəsidir. Elə Ümumilli liderin göstərdiyi diqqət estafetini hazırda onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daşıyır.
İllər ərzində sürətlə gedən inkişaf artıq özünü təkcə Paralimpiya oyunlarında deyil, bütün beynəlxalq yarışlarda göstərir. Paracüdo üzrə ikiqat Paralimpiya çempionu, dünya və Avropa çempionatlarının qalibi İlham Zəkiyev bunun bariz nümunəsidir. O, 2 dəfə dünya, 8 dəfə Avropa çempionu adını qazanıb, dəfələrlə müxtəlif turnirlərin medallarına sahib çıxıb.
O, artıq 43 yaşının olmasına baxmayaraq xalqımızı sevindirməkddə davam edir. 1999-cu ildə cəbhə bölgəsində snayperlə başından vurulduqdan sonra görmə qabiliyyətini itirmiş və bundan sonra cüdo ilə ciddi məşğul olmuş Zəkiyev bir neçə gün əvvəl Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.
Ölkə başçısı İlham Əliyev də paralimpiyaçılardan qayğısını əsirgəməmiş, daim onlarla maraqlanmışdır. Maraqlı bir məlumatı da diqqətə çatdıraq ki, İ.Əliyev 2005-ci ildə İ.Zəkiyevin toyu ərəfəsində ona məktub göndərib və toydan sonra avtomobil hədiyyə edib.
Bu, Heydər Əliyevin bünövrəsini qoyduğu Paralimpiyanın inkişafı yolundan sadəcə bir misal idi. Lakin həmin əməyin bəhrəsini saymaqla bitməz. Şübhəsiz ki, dünən və bugün olduğu kimi, qarşıdakı illərdə də biz paralimpiyaçılarımızın uğurunun sədasını eşidəndə Heydər Əliyevin verdiyi töhfələri xatırlayacağıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı