Medianın İnkişafı Agentliyinin layihəsi: "Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cül il Azərbaycanda “Heydər Əliyev” ili elan olunub. Bu il may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür.
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə bütün sahələrində olduğu kimi idmanın inkişafına da böyük töhfə verib.
Heydər Əliyevin diqqətdə saxladığı idman sahələrindən biri də voleybol idi. Ulu Öndər Azərbaycanın müstəqillik dövründə daim voleybola qayğı göstərər, komandalarımızın oyunlarını izləyər, onlara dəstək olardı.
Azərbaycan Voleybol Federasiyasının Baş Koordinatoru Zöhrab Gözəlbəyli bu məsələlərlərlə bağlı Qol.az saytına danışıb. Zöhrab Gözəlbəyli 2002-ci ildə vaxt Avropa TOP-Komandalar Kubokunu qazanan "Azərreyl" voleybol komandasının icraçı direktoru olub.
Z.Gözəlbəyli Heydər Əliyevi xatırlayarkən bu sözləri deyib: "Mənim Ulu Öndər Heydər Əliyev haqqında təəssüratlarım çoxdur. Çalışırsan ki, Heydər Əliyevin qayğısını sözlərlə ifadə edəsən, amma bu, çox çətin olur. O qədər məqam, o qədər hisslər var ki... Hansını danışasan? Heydər Əliyev bizim üçün həmişə olub, həmişə var və həmişə olacaq".
Z.Gözəlbəyli qeyd edib ki, məşhur voleybol məşqçimiz Faiq Qarayevin Azərbaycana qayıtmasında, "Azərreyl"i çalışdırmasında Heydər Əliyevin birbaşa rolu olub: "Bilirsiniz ki, Azərbaycanın böyük idman ənənələri var. Heydər Əliyevin dövründə həmin ənənələrin davam etməsi üçün gözəl şərait yaradıldı. Faiq Qarayevin Türkiyədən Azərbaycana qayıdışı həm Ulu Öndərin, həm də bizim hazırkı Prezidentimiz İlham Əliyevin təşəbbüsü əlaqədardır. Onların səyi nəticəsində Faiq müəllim Azərbaycana qayıtdı, bununla da voleybolumuzda yeni dövr başladı. Həmişə imkan yaranan kimi Heydər Əliyev komandamızla maraqlanıb, onlarla görüşüb. Faiq Qarayevin də Ulu Öndərlə çox vacib görüşləri olub. Bilirsiniz ki, Faiq müəllim 9 ilə yaxın müddətdə Türkiyənin voleybol komandalarında çalışıb. Görün Ulu Öndər nə qədər uzaqgörən olub ki, Faiq müəllim Türkiyədə olanda onu Azərbaycana qaytarmışdı. Heydər Əliyev voleybolun inkişaf etməsi, Faiq müəllimin əməyinin bəhrəsini görməsi üçün önəmli işlər aparıb".

Həmsöhbətimiz Heydər Əliyevin oyunlara gələrək, voleybolçularımıza dəstək verdiyini bildirib: "Siz özünüz fikir verin ki, ən mötəbər yarışlarda diqqəti həmişə hiss olunub. Ancaq bizim voleybolçu qızlarımız da qeyd edirdilər ki, Heydər Əliyevin, İlham Əliyevin oyunlara gəlməsi böyük məsuliyyət hissi deməkdir. Onsuz da bütün matçlar məsuliyyətlidir. Ancaq onların qarşısında çıxış etmək... Deyirdilər ki, bu, həm böyük diqqət, həm də etimaddır".
Z.Gözəlbəyli bunu da vurğulayıb ki, Heydər Əliyev bu idman növünü bilən bir şəxs idi: "Özü də idmanda elə nüanslar var, onu yalnız idmanı hiss edən adam bilir. Yəni, deməli, bu adam idmanın içində olub. O, bilir ki nə nədir, nə nə deyil, hansı şərait yaradılmalıdır. Ulu Öndərin voleybolçulara qəbul edərkən Alla Həsənovaya topu atanda "Alla, sən niyə topu qəbul etmirsən?" deməsini biz hələ də xatırlayırıq (gülür). Artıq bu cümlə bizim bütün voleybol tariximizə daxil olub. İndi də biz həmişə Allanı görəndə deyirik ki, Alla, sən niyə topu qəbul etmirsən? (gülür). Doğrudan da biz bunu yaxınlıq hissi, eyni zamanda da etimad kimi başa düşürük".
Z.Gözəlbəyli "Azərreyl"in Avropa TOP-komandalar Kubokunu qazanmasının ardından Heydər Əliyevin komandanı qəbul etməsindən də danışıb. O deyib ki, qadın volybolçularımız görüşdən sonra təssüratlarını bölüşərkən Ulu Öndərin dahi və səmimi insan olduğundan söz açırdılar: "Müstəqillik dövründə komanda idman növləri üzrə ilk kuboku biz qazanmışdıq. "Azərreyl"lə Avropa TOP-Komandalar Kubokunu əldə etmişdik. Ulu Öndər komandanı qəbul edəndə çox böyük təəssüratlar yaranmışdı. Bizim qızlar görüşdən çıxandan sonra o qədər müsbət məqamlardan danışırdılar ki... Özünüz təsəvvür edin ki, həm ölkənin rəhbəri, həm də idman ailəsinin rəhbəri ilə görüşürsünüz. Bunu hiss etmək, o hissləri bölüşmək çox çətindir. Çalışırsan ki, Heydər Əliyevi sözlərlə ifadə edəsən, amma bu, çox çətin olur. Gərək, həmin vaxt o qızların gözlərinə baxasan ki, onlar hansı hissləri keçiriblər".
Z.Gözəlbəyli deyib ki, Heydər Əliyevin dövründə idmana diqqət ayrılması indi də özünü göstərir: "Bilirsiniz, o vaxtdan başlanan dəstək hal-hazırda da var. İndi də Ulu Öndərin davamçısı, Prezidentimiz İlham Əliyevin bizə göstərdiyi qayğı, oyunlarda bizə dəstək olması, bizimlə birlikdə olması gözəldir. Söhbət təkcə voleyboldan getmir. Ümumiyyətlə, siz də gördünüz ki, olimpiya komplekslərinin tikintisi o vaxtdan başlamışdı. Heydər Əliyevin dövründə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti idi. Ulu Öndər həmişə idmana bir başqa cür qayğı göstərib. İdman da bir siyasətdir. Çünki idmançı qalib gələndə bayraq qaldırılır, himn səsləndirilir. Biz həmişə çalışmışıq ki, həm idmanda, həm də siyasətdə birinci olaq, Azərbaycan bayrağını yuxarılara qaldıraq".

Z.Gözəlbəyli Faiq Qarayevin komandalarla görüşlər zamanı daim Heydər Əliyevdən danışdığını, idmançılarla bu haqda söhbətlər apardığını deyib: "Faiq Qarayev milli komandalarla görüşməyə, söhbətlər aparmağa önəm verirdi. O, oyunlardan əvvəl psixoloji tərəfdən heç olmasa, bir neçə saat komanda ilə söhbətləşirdi. Bu görüşlərdə çox vaxt həm Ulu Öndərin göstərdiyi qayğıdan, təssüratlardan söhbət gedirdi. Nəyə görə? Çünki oyuna çıxanda o qızların gözləri yanırdı. Çünki onlar başa düşürdülər ki, onlar təkcə özlərini, komandanı yox, bütün Azərbaycanı təmsil edirdilər. Azərbaycanda yaşayırsansa, kim olursan ol, bu anlayış özünü göstərir. Biz bir millətik, azərbaycanlıyıq. Ona görə də bu, idmanda çox önəmli hisslər keçirməyə imkan verib".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?