"Gent"in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la evdə keçirəcəkləri cavab oyunu barədə danışıb.
Qol.az xəbər verir ki, mütəxəssis görüşdən əvvəl təşkil olunan mətbuat konfransında öncə heyətdəki problemlər barədə danışıb: "Zədəli futbolçularımızın vəziyyəti yaxşıdır, lakin bu, onların hamısının oyunda iştirak edə biləcəyi anlamına gəlmir. Ümid edirik ki, Alessio Kastro-Montes sağalacaq. O artıq bu gün qismən məşq edə bildi. Joe Okumu nəşqdə da bir az iştirak etdi. Lakin bu gün yenidən həkimlərin nəzarətindən keçməlidir. Endryu Hülsager ümumiyyətlə, məşqdə deyildi. Buna görə də onun durumu çox qeyri-müəyyəndir. Digər oyunçular hələ də reabilitasiya mərhələsindədir. Bu dəfə biz Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratı yaratmaq üçün siyahımıza bir neçə gənc oyunçu əlavə etdik (gülür)".
Vanhazebruk vurğulayıb ki, "Qarabağ"a qarşı cavab oyunu çətin olacaq və ilk matçdakından daha diqqətli davranmalıdırlar: "Qarabağ" ilk oyunla müqayisədə son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə zədələr səbəbindən hazırda bunu edə bilmirik. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. "Qarabağ"ın statistikasını "Gent"in müqayisə etsək, bu, daha aydın görünər".
Mütəxəssisin sözlərinə görə, sabahkı oyunda "Qarabağ"a keyfiyyətli komanda olduqlarını göstərmək istəirlər: "İlk oyunda qapıya kifayət qədər zərbə endirə bilmədik. Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. İlk oyunda biz rəqibin yaratdığı qol vəziyyətlərinin yarısı qədər qol şansı yaratdıq. Bunun keyfiyyətlə əlaqəsi var. Mən demirəm ki, bizim keyfiyyətimiz yoxdur. Sadəcə olaraq fürsət qazananda həmin vəziyyətdən yararlanmalısan. Rəqibə keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik. Hədəf seçsəniz, siz də qol vura bilərsiniz. Növbəti mərhələyə keçmək üçün daha dəqiq davranmalıyıq".
Çalışdırıcı oyundan əvvəl komandanın azarkeşlərinə müraciət edib. O, fanatları stadiona bu cür səsləyib: “Əgər növbəti mərhələyə vəsiqə qazansaq, 1/8 finala çıxacağıq. Bu mərhələdə məşhur klublarla qarşılaşa bilərik. Çətin komandalar var, amma keçilə biləcək komandalar da var. Əgər belə bir klubla üz-üzə gəlsəniz, 1/4 finala çıxa bilərsiniz. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox vacibdir. Bu qələbə həm 600 000 avro gəlir gətirir. Bundan əlavə, belə uğurun klub üçün idman və nüfuz əhəmiyyəti var. Ona görə də sabah yolumuza davam etməliyik”.
Qeyd edək ki, sabah keçiriləcək "Gent" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Çempionlar Liqası oyunlarını ölkədən kənara köçürürlər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil
Leandro Andrade “Qarabağ”dan ayrıldı - Bu kluba keçdi
Muslera üzr istədi
Portuqaliya millisindən duyğusal jest - Video
İngiltərə millisində itki: Ən az iki oyunu buraxacaq
DÇ-2026: Bombardirlik yarışında vəziyyət gərginləşir
Misir - İran oyununun ən yaxşısı seçildi
Dembelenin het-triki - Video
Mundialın 1/16 finalının müəyyənləşən - 9 cütlüyü
Bugünkü oyunların nəticələri - DÇ-2026
Byelsa: “Uruqvay futboluna heç nə qoyub getmədim”
Het-trik etdi, oyunun ən yaxşısı seçildi
DÇ-2026-da 1/16 finalın 5 cütü məlumdur
Fransadan ardıcıl üçüncü qələbə, Seneqaldan darmadağın
Dembeledən son 72 ilin ən sürətli het-triki
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu