Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bildiyimiz kimi, Azərbaycan millisinin son oyununda - Şimali Makedoniya ilə yoxlama matçında (3:1) gənc futbolçularımız öz oyunları ilə diqqət mərkəzinə düşməyi bacardılar. "Sabah"dan Ceyhun Nuriyevin debüt etdiyi görüşdə "Qarabağ"ın gənc futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı fərqlənə bildilər. Şimali Makedoniya ilə görüş Ceyhunun millidəki birinci oyunu olduğu kimi, bu qollar da Musa və Elvinin yığmada ilk qolları olub. Həmçinin onlar matçın nəticəsinə təsir etməklə yanaşı, öz uğurlu və inkişafa yönələn çıxışları ilə də diqqət çəkiblər.
Buna görə də Qol.az gənclərimizin millidəki oyunu ilə bağlı futbol mütəxəssislərinin fikirlərini öyrənib. Futbol mütəxəssisi Bəxtiyar Musayev Elvin və Musanın millidə ilk qolunu vurmasını sevindirici hal kimi qiymətləndirib:
"Çox sevindirici haldır ki, millimizdə gənc futbolçular fərqləndilər. Onlar həm öz oyunları ilə həm də vurduqları qollarla qələbəyə töhfə verdilər. İstər Elvin Cəfərquliyev, istərsə də Musa Qurbanlı yığmamızın perspektivli gənc futbolçularıdırlar".
Mütəxəssis "Sabah"ın oyunçusu Ceyhun Nuriyevin millimizdə debütü barədə də danışıb: "Mən onu uşaqlıq illərindən tanıyıram. Ceyhun çox fərqli düşünən, kreativ fikirlərə malik, topla rəftarı yaxşı olan bir futbolçudur. Bir az güc və sürət baxımından axsamaları var. Ümid edirəm ki, Ceyhun topla daha da yaxşı rəftar edib, iti düşünərək bu sadaladığım əksiklərin yerini doldurar".
B.Musayev gənc futbolçularımızın yığmadakı oyununu xüsusi dəyərləndirib: "Qeyd etdiyim kimi, gənclərin oyunu çox xoş təsir bağışladı. Mən onlara uğurlar arzulayıram. Mənim gənc futbolçulardan gözləntim nə ola bilər? Stabil çıxışlarını davam etdirsinlər, daim milli komandaya namizəd futbolçular kimi göstərilsinlər və yığmanın əsas heyət oyunçusu olsunlar. Gənclər nəyə görə komandaya cəlb olunurlar? Ona görə ki, bu futbolçuların bugün normal oynamaq, sabah da daha çox inkişaf etmək qabiliyyətləri var".
Mütəxəssis bunu da qeyd edib ki, gənc futbolçuların yaxşı tərəfləri olduğu kimi, mənfi xüsusiyyətləri də var: "Onların xoş təsir bağışlaması və yaxşı keyfiyyətlərinin olmasından əlavə, bir sıra mənfi xüsusiyyətləri də var. İstərdim ki, onlar daim öz üzərində işləsinlər, bəzi əksiklikləri aradan qaldırsınlar. Bu futbolçular artıq 21-22 yaşlı oyunçulardırlar. Onların gənclik dövrləri də başa çatmaq üzrədir. Buna görə də onlara məsləhət görürəm ki, hər gün, hər saat, hər dəqiqə öz üzərlərində işləsinlər. Rejimlərinə diqqət etsinlər. Çünki futbolçu ömrü çox azdır. Əgər böyük bir futbolçu olmaq, daha da inkişaf etmək istəyirlərsə, bu amillər mütləqdir".
B.Musayev gənc oyunçuların uzun müddət milli komandada oynayaraq yığmaya fayda verə biləcəklərini düşünür: "Belə futbolçuların milliyə faydası bundan ibarət ola bilər ki, çox uzun illər yığmada çıxış edə bilərlər. Hər bir baş məşqçi də istəyər ki, yığmanın sabit heyəti olsun. Əgər uzun zaman öz üzərlərində işləyəcəklərsə, sabit çıxış edəcəklərsə, milliyə dəvət alacaqlarsa, onların komandaya ancaq faydası dəyə bilər. Bunun üçün də çox diqqətli olmalıdırlar, daha çox çalışmalıdırlar. Mən bütün gənc futbolçulara uğurlar arzulayıram. İndi fürsət var. Bir az bacarığı olan futbolçular dərhal milli komandaya namizəd göstərilirlər. Çüki o qədər də çox yaxşı keyfiyyətli oyunçularımız yoxdur. Ona görə də hər bir gənc futbolçunun bunun dəyərini bilməsini istəyərdim. Onların uzun zaman milli komandamıza faydalı olmasını arzulayıram".
Futbol mütəxəssisi Şahin Diniyevin də bu mövzuda fikirlərini öyrəndik. O, gənc futbolçuların Azərbaycan millisində çıxış etməsinin müsbət tendensiya olduğunu deyib:
"Əlbəttə ki, futbol inkişaf edirsə, bir-birini əvəz edən futblçular da gəlməlidirlər. Son vaxtlar belə gənc futbolçuların oynaması müsbət tendensiyadır. Ümumiyyətlə, dünya futboluna baxanda görürük ki, 18-19 yaşlı futbolçular dünya çempionatlarında oynayırlar. Bu, təəccüblü gəlməməlidir. Elvin Cəfərquliyev, Musa Qurbanlı, Ceyhun Nuriyevin 17 yaşı yoxdur. Onlar artıq yetişmiş futbolçulardırlar. Həm də Elvin və Musa milliyə yaşlarına görə yox, "Qarabağ"da nümayiş etdirdikləri oyuna görə dəvə olunublar. Elvin və Musa 20-21 yaşındadırlar. Buna görə də onların millidəki çıxışa müsbət tendensiya kimi yanaşıram. "Qarabağ"la Avropa Liqasında oynayan gənc futbolçularımız var. Onlar artıq təcrübə toplayıblar və beynəlxalq arenada özlərini rahat hiss edirlər. Bir çox futbolçular var ki, onlar gələcəkdə millidə oynaya bilərlər".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi