Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Ölkə xaricində çıxış edən azsaylı futbolçularımızdan biri də Rauf Novruzovdur. Rusiyada doğulan 20 yaşlı müdafiəçi futbola bu ölkədə başlayıb. 12 yaşında Moskvada futbol məktəbinə yazılan Rauf paytaxt birinciliyi yarışlarında öz oyunu ilə seçilib. Daha sonra “Qarabağ”ın da diqqətini cəlb edən futbolçu Ağdam klubunun ikinci komandasında baxışda olub. U-17 millimizə də dəvət alan mərkəz müdafiəçisi hazırda Rusiya 2-ci liqasında çıxış edən “Peresvet” klubunda oynayır.
Gənc futbolçu Qol.az-ın müxbiri ilə söhbətində əvvəlcə klubu “Peresvet”in çıxış etdiyi liqa haqda danışıb:
“Rusiyanın güclü akademiyalarından – “Spartak”, SSKA, “Zenit”dən çıxan uşaqlar 2-ci liqaya düşmək istəyirlər. Çünki Premyer Liqada rəqabət çox güclüdür, ora düşmək çətindir. Ona görə də bütün futbolçular 2-ci liqadan başlayır. Rusiyada klubların sayı həddindən artıq çox olduğundan 2-ci liqanın səviyyəsi yüksəkdir. Premyer Liqada oynamaq istəyən futbolçular əvvəlcə 2-ci liqada “bişirlər”, daha sonra 1-ci liqaya, sonra isə elitaya düşürlər. Demək olar ki, 1-ci və 2-ci liqa eyni səviyyədədir. Bu liqalarda oynayan futbolçuların hamısı yüksək səviyyədə çıxış edir. Ölkədə bu liqaya maraq böyükdür. Yarışın bütün oyunları televiziyada nümayiş etdirilir. Skautlar bu liqanı daim izləyirlər və lazım olan futbolçuları Premyer Liqaya qədər qaldırırlar.
Hazırda bizim çempionatda fasilədir. Birinci dövrədə 22 oyun keçirmişik. 24 komanda arasında 18 xalla 12-ci pillədə qərarlaşmışıq.
Mən əsas komandanın üzvüyəm. Bizdə yaşı 20-dən 30-a qədər olan futbolçular var. Baş məşqçi bizim kimi gəcləri təcrübə toplamaq üçün ikinci komandaya da göndərir. Bu il əsas komandada 3 çempionat oyununda 90 dəqiqə oynamışam. Rusiya kubokunda da meydana çıxdım. Mərkəz müdafiəçisi olsam da, həmin görüşdə sağ cinahda rahatlıqla oynadım”.
R.Novruzov qeyd edib ki, Rusiyanın 2-ci və 1-ci liqasının futbolçuları Azərbaycan Premyer Liqasında oynaya bilər: “Hamısı yox, amma çoxu o səviyyədədir. Bəlkə də “Qarabağ” və “Neftçi”də olmasa da, digərlərində oynaya bilərlər. Çünki bu liqalardakı futbolçular çox yaxşı akademiyalardan çıxıblar. Akademiyanı bitirənlər hamısı 2-ci liqaya düşmək istəyir. Son vaxtlar bu liqalara maraq daha da artıb. Oyunlara 4-5 min azarkeş gəlir”.
Azərbaycanın U-17 millisinə dəvət almasından danışan Novruzov Misli Premyer Liqasında çıxış edən klublarımızda oynamaq potensialının olduğunu düşünür: “Həmişə istəyib o olub ki, Azərbaycanda oynayım. Azərbaycanlı olduğuma görə ora məni çox maraqlandırır. Düzdür, hələ 20 yaşım var, təcrübəm azdır. Amma üzərimdə çox işləyirəm, hazırlaşıram. Hazırda Azərbaycan Premyer Liqasında ilk dördlükdə olan komandaları çıxmaq şərtilə digərlərində oynaya bilərəm. Qeyd etdiyim kimi, yaxşı hazırlaşıb daha da güclü gəlmək istəyirəm.

2018-ci ilin yayında Azərbaycanın U-17 millisinə dəvət aldım. İki həftəlik məşq prosesində iştirak etdim. İranla yoxlama matçına da çıxdım. Baş məşqçi Ramin Quliyev dedi ki, fiziki durumun, zərbələrin və ötürmən yaxşıdır. Avropa çempionatının seçmə mərhələ oyunu üçün iştirak ərizəsində olmadığım üçün heyətə bir qədər gec qoşulmuşdum. Baş məşqçi dedi ki, səni Avropa çempionatından sonra yenidən dəvət edəcəyik. Sonra bilmirəm baş məşqçi dəyişdi, yoxsa pandemiyaya görə oldu, bir xəbər gəlmədi.
2019-cu ilin yayında isə “Qarabağ”ın düşərgəsində oldum. İkinci komandada iki həftə məşqlərdə iştirak etdim. Əslində bəyənilmişdim. Ancaq hələ 17 yaşım olduğuna görə atam belə məsləhət gördü ki, bir qədər də təcrübə yığım”.

R.Novruzov “Krılya Sovetov” (Rusiya), “Başakşehir” (Türkiyə) və “Şkupi” (Makedoniya) klublarının düşərgəsində də olub: “2019-cu ilin yanvarında Rusiya Premyer Liqasında çıxış edən “Krılya Sovetov”a çağırıldım. O klubun ikinci komandasında iki həftəlik baxışda oldum. 2021-ci ilin yanvarında Antalyada toplanış vaxtı Şimali Makedoniyanın “Şkupi” klubuna baxışa çağırıldım. Rusiyanın “Axmat” klubu ilə yoxlam oyununda iştirak etdim. “Şkupi” əsas komanda üçün oyunçu seçirdi. Yaşım az olduğu üçün dedilər daha sonra dəvət edərik Bu ilin yanvarında Türkiyə Superliqa təmsilçisi “Başakşehir”in gənclər komandasında baxışda oldum. Dedilər bir də dəvət edəcəyik”.
Futbolun sirlərinə Rusiyada yiyələnən və daha sonra Azərbaycan yığmasını seçən Ramil Şeydayevi nümunə göstərən Rauf deyib ki, onun da arzusu əsas millimizdə çıxış etməkdir: “Ramilin oyununu uşaqlıqdan izləyirəm. Futbola “Zenit”də başlayıb. Çox güclü hücumçudur. Milli komandaya düşməyi çox gözlədir. Mənim də məqsədim və arzum budur. Bütün gücümü ortaya qoyacağam ki, milli komandaya qədər yüksəlim. Azərbaycanın güclü klublarından birində oynamaq istəyirəm. Bundan sonra özümü göstərib, milli komandaya da düşə bilərəm. Bu, çox yaxşı olardı. Mən vətənpərvərəm. Həmişə istəmişəm ki, öz milli komandamda oynayım”.
R.Novruzov yaşadığı Moskva şəhərində özündən başqa azərbaycanlı futbolçuya rast gəlmədiyini bildirib: “Mən neçə ildir Moskvadayam. Burada bir nəfər də azərbaycanlı futbolçu görməmişəm. Varsa da, 1-2 nəfər olar. Sankt-Peterburqda, “Zenit”in akademiyasında 17 yaşlı biri var (Nahid Əliyev – R.A). 2005-ci il təvəllüdlüdür. Amma Moskvada azərbaycanlı futbolçuya rast gəlməmişəm. Həmişə internetdə də axtarıram, amma qarşıma çıxmır”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı