Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan igidlərinin döyüş meydanlarında qazandığı qələbələr idman meydanlarına da öz təsirini göstərir. 2 il əvvəl 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra Azərbaycan idmanının bütün sahələrində əldə edilən uğurlar daha da artıb. Sözsüz ki, bunun əsas səbəblərindən biri idmançılarımızın alnı açıq, üzü ağ, azad, tam, bütöv Azərbaycanı təmsil etmələrinin qürur hissi dayanır.

2 ildir ki, biz artıq sadəcə siyasi meydanda deyil, bütün meydanlarda mübariz, üstün, güclü tərəfik. Çünki vətən oğullarının Qarabağı işğaldan azad etməsi hər birimizdə stimul, əlavə güc, inam yaradıb. Təsəvvür etmək heç də çətin deyil. Arxanda qalib ordu dayanıb, sən isə artıq dünyada hamının hörmətlə yanaşmağa məcbur olduğu, çəkindiyi bir dövlətin vətəndaşısan, təmsilçisisən və döyüşçüsüsən.
Elə bu hisslərin, qürurun bəhrəsidir ki, bir çox idman növü üzrə təmsilçilərimiz əzmkarlıqla mübarizə aparır, medallar qazanırlar. 2 il əvvəl işğaldan azad olunmuş Qarabağa sancılan bayraq idmançılarımızın sayəsində dünyanın dörd bir yerində ehtiramla dalğalandırılır.

Azərbaycan idmanının qürur səhifələrinə yazılan son uğurlardan biri də yunan-Roma güləşçilərimizin Bakıda keçirilən dünya kubokunda göstərdiyi nəticələrdir. Güləşçilərimiz finala gedən yolda Dünya yığmasını məlub ediblər - 22:19. Yığmamız turnirin finalında İran millisi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçilərimiz əzmkarlıq nümayiş etdiriblər. Nəticədə görüş 5:5 hesabı ilə başa çatıb. Ancaq İran yığması xal hesabında millimizi üstələyərək (20:19) yarışın qalibi olub. Beləliklə, daha əvvəl Avropa çempionu olan, dünya çempionatının mükafatını qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda dünya kubokunun gümüş medalını əldə edib. Bununla Eldəniz Əzizli, Nihad Məmmədli, Taleh Məmmədov, Həsrət Cəfərov, Ülvi Qənizadə, Sənan Süleymanov, Rafiq Hüseynov, Murad Əhmədiyev, Arif Niftullayev, Beka Kandelakidən ibarət yığma da Zəfər Gününə öz töhfələsini verib, güləşsevərləri sevindirib.
Bakı İdman Sarayındakı dünya kubokuna Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla yanaşı, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, həmçinin UWW Avropanın prezidenti Karl-Martin Ditman iştirak edib. Bu da yarışın nə qədər nüfuzlu bir turnir olduğunu, güləşçilərimizin necə əhəmiyyətli bir uğura imza atdığının göstəricisidir.
Yeri gəlmişkən, Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovun Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 3-cü yer uğrunda Ermənistan təmsilçisi Qraçya üzərində qələbəsini də xatırlamamaq olmaz. Axı, Taleh də erməni güləşçini ordumuz düşməni yerə çırpan kimi qaldırıb əməlli-başlı yerə çırpmışdı...

2 ildir ki, bütün qələbələri - güləşçilərimizin, şahmatçılarımızın, cüdoçularımızın və s. qazandığı qələbələri yalnız bir məqsəd, amal birləşdirir: Onların şəhidlərimizə, vətənimizə, xalqımıza həsr olunması.

Artıq bunu tam əminliklə deyə bilərik ki, idman meydanlarında qazandığımız uğurların sayı daha da artacaq. Hələ bayrağımız çox ölkədə, çox arenada dalğalanacaq. Hələ erməni idmançılar və bu millətin havadarları çox yerə çırpılacaqlar. Çünki ölkəmizdə mübariz ordunun qələbəsinə şahidlik edən gənclər, uşaqlar yetişir. Bu milli ruh hələ bizə çox qələbə gətirəcək.
Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə isə can sağlığı diləyirik.
Medalın və Zəfər Günün mübarək, Azərbaycan!
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?
Konate klubunu dəyişə bilər
FİFA prezidenti narazılıqlara aydınlıq gətirdi
"Sabah" - "Zirə" : Heyətlər
Millimiz Türkiyədə yoldaşlıq oyunu keçirəcək
“Neftçi”nin qızlar komandası yenə Azərbaycan çempionu oldu
PSJ davadan sonra onu hədəfə aldı
"Napoli"dən gedir
Dibaladan yeni müqavilə iddialarına cavab
Meksika millisinin DÇ-2026 üçün geniş heyəti
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
ABŞ İraq millisinin beş futbolçusuna viza vermir
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
"İnter"də 5 illik müqavilə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi oldu
Künc zərbəsinə görə VAR - İngiltərədə tətbiq ediləcəkmi?
Məşhur serialın ulduzu peşəkar futbolçu oldu
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı
İsveç millisinin DÇ-2026 üçün ilkin heyəti
Nərimanın illik maaşı açıqlandı - Rəsmi
Elitaya yüksələn komanda Madzarriyə tapşırıldı
21 il sonra yenidən Çempionlar Liqasında
Premyer Liqaya vəsiqə üçün finalda oynayacaqlar
"Əl-Nəsr" - "Əl-Hilal" oyununda dava - Video
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
Avropa kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
"Qollarımı ailəmə həsr edirəm" - Cəlal Hüseynov