Noyabrın 4-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə regional medianın inkişafına dair müzakirələrin aparılması məqsədilə Quba şəhərində media nümayəndələri ilə görüş keçirilib.
Media Agentliyinin yaydığı xəbərə görə, Mətbuat Şurası, Audiovizual Şura və UNEC Tədqiqat Fondunun da təmsil olunduğu görüşün məqsədi regional medianın inkişafı istiqamətində effektiv və zəruri addımların atılması, bu mövzuda həllyönümlü müzakirələrin aparılması, regional mediada sahə yeniliklərinin təbliğinin sürətləndirilməsi və bu prosesdə peşəkar kadrların yaxından iştirakının təmin edilməsidir.
Zəfər günü ərəfəsində baş tutan görüşdən əvvəl tədbir iştirakçıları Qubada Ulu Öndər Heydər Əliyevin abidəsi və “Media şəhidləri” parkını ziyarət edib.
Görüşün əvvəlində dövlət himni səsləndirilib, Ümummilli liderin və Vətən müharibəsi şəhidlərinin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin ölkə mediasının fəaliyyətində böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb, region mediasının kadr potensialının gücləndirilməsinə töhfə verilməsi, media nümayəndələrinin fərdi və peşəkar inkişafının təmin edilməsi məqsədilə müxtəlif layihələrin icrasının zəruriliyini qeyd edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid regional medianın inkişafı istiqamətində MEDİA Agentliyinin və MŞ-in birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib, region mediasında yeniliklərin tətbiqi məqsədilə atılan addımların ümumilikdə ölkə mediasının inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Görüş regional medianın texniki infrastrukturunun gücləndirilməsi, kadr peşəkarlığının və iqtisadi müstəqilliyinin artırılması mövzusunda müzakirələrlə davam edib.
Görüş çərçivəsində MEDİA Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova və Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında region gənclərinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim baş tutub. Təlimdə regionlarda media savadlılığı ilə bağlı vəziyyətin müəyyənləşdirilməsi, bu istiqamətdə müxtəlif tədbirlərin təşkili ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Yuxarı
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər