Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Şahmat üzrə 20 yaşadək qızlar arasında dünya çempionu olan millimizin üzvü Gövhər Beydullayevanın Qol.az müsahibəsi
İkinci hissə
Birinci hissə burada
- Gövhər, şahmata gəlişin necə olub?
- 4 yaşında şahmata başlamışam. Şahmatı mənə atam öyrədib. Mən Səudiyyə Ərəbistanında doğulmuşam, orada 5 il yaşamışıq. Həmin illər ərzində atam mənə bu idman növünü sevdirib. Atam hələ də bu günə kimi mənimlə şahmatla məşğul olur və hər zaman mənə dəstəyini nümayiş etdirir. O, peşəkar şahmatçı deyil. Gənc yaşlarında 1-ci dərəcəyə kimi oynayıb, amma hazırda cərrahdır. Atamın şahmata böyük marağı var. Onun dünya çempionu olmağımda payı çoxdur. Təkcə atamın yox, Azərbaycan xalqının dəstəyini bu yarışda hiss etdim. Sosial şəbəkələrə çox da girmirdim. Ancaq görürdüm ki, baxırlar, izləyirlər və çempion olmağımızı istəyirlər.
-Bəs Səudiyyə Ərəbistanında hər hansı yarışda iştirak etmişdin?
-Xeyr, çünki 5 yaşına kimi Səudiyyə Ərəbistanında yaşadıq. Orada şahmatı öyrənmişəm və sadəcə komputerlə oynamışam. Ancaq Azərbaycana gəldikdən sonra Həmkarlar İttifaqının Respublika Şahmat və Dama məktəbinə üzv oldum. Orada ilk müəllimim Xanım Allehverdiyeva idi. Hazırlıqları həmin məktəbdə davam etdirdim.
- Son illər stabil çıxışınla seçilirsən. Şahmat hazırlıqlarını necə qurmusan?
- Şahmatla 10 ildən çox müddətdir məşğul oluram. Uğursuz yarışlarım da çox olub. Ancaq son illər uğurlu çıxış etdim. Mən turnir oldu-olmadı hər zaman gündə 8-10 saat şahmatla məşğul oluram. Təkcə şahmatla deyil, fiziki və psixoloji hazırlıqlarıma çox önəm verirdim. Buna da davam edəcəyəm. Dünya çempionu olmaqla şahmat karyeram bitmədi. Daha böyük uğurlar üçün çalışacağam. Bu, mənə stimul verir ki, daha çox çalışım və daha böyük uğurlara nail olum.
- 8-10 saatlıq şahmat hazırlığının nə qədər müddətini fiziki və psixoloji hazırlığa ayırırsan?
- Daha çox bu müddətinin hamısını şahmata ayırıram. Ancaq bəzi günlər bir az onu azaldaraq 1 saat fiziki və psoxoloji hazırlığa yer verirəm. Psixoloji hazırlıqda yarışda öncə qalib olacağıma inanmaqla özümü motivasiya edirəm. Dünya çempionatında da hər oyuna həmin motivasiya ilə çıxırdım.
- Millimizin üzvü, şahmat tariximizdə tarix yazan bir qrossmeyster kimi gənc və yeniyetmə şahmatçılara hansı tövsiyələrin var?
- Şahmatçılar özlərinə inansınlar və çalışsınlar. Mən bütün şahmat karyeram boyunca çox çalışmışam, çox əziyyət çəkmişəm. Dostlarımla az görüşmüşəm. Dediyim kimi günə ən azı 8-10 saat şahmatla məşğul olurdum. Nəhayət, dünya çempionu adını qazandım. Təbii ki hazırlıqdan başqa insanda inam da olmalıdır. Fiziki və psixoloji hazırlıqlar güclü olmalıdır. Qələbə əzmi də vacibdir ki, daha çox uğurlar qazana biləsən.
- Şahmatla təhsili birgə davam etdirmək çətin deyil? Azərbaycan şahmatçılarından həm millinin üzvü olan, həm də ali təhsilini başqa sahələr üzrə alan xeyli sayda şahmatçı var.
- Mən Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsiyəm. Əslində təhsillə şahmatı davam etdirmək çətindir. Ancaq digər şeylərə çox az vaxt ayırıram. Kitab oxumağa, dil öyrənməyə, başqa sahələrdə özümü inkişaf etdirməyə çalışıram. Azərbaycan şahmatında yüksək ballarla universitetə qəbul olan, eyni zamanda millidə üzv olan şahmatçılarımız var. Misal olaraq Ülviyyə Fətəliyevanın, Nicat Abbasovun adını çəkə bilərəm. Çətin olsa da, bunu bacarmaq mümkündür.

- Şahmatçı karyeranı bitirəcəyin vaxtla bağlı yaş həddi qoymusan?
- Xeyr, yaş həddi qoymamışam. Gücüm çatana qədər şahmatı davam etdirməyi düşünürəm. Artıq müəyyən yaşdan sonra şahmatın digər sahələrinə və ya şahmatın inkişafı üçün məşqçiliyə yönələ bilərəm. Amma hazırda belə bir fikrim yoxdur.
- Dünya çempionatında daha çox kombinasiyalardan ibarət hücum şahmatı oynadın. Oyun üslubunla xarakterin arasında oxşarlıq varmı?
- Əslində hər kəs məni sakit xarakterli olaraq tanıyır. Amma özümə sakit deməzdim. Oyunlarımdan göründüyü kimi hücum xarakterli və kombinasiyalı oynamağa çalışıram. Xaraktercə də tam sakit deyiləm. Cəsarətli biriyəm. Bunu bəzən göstərə bilirəm, bəzən yox. Nə qədər sakit görünsəm də, risk etməyi xoşlayıram.
- Qarşıdakı hədəflərin nədir?
- Bu yarışdan sonra dünya kubokuna vəsiqə qazandım. Dünya kubokunda da uğurlu çıxış etmək hədəfim var. Bundan sonra qadınlar arasında dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil etmək istəyirəm. Bu il ərzində isə heç bir klassik yarış oynamaq planım yoxdur. Daha çox rapid və blitz turnirlərində oynayacağam. Bu ilin sonunda bu növlər üzrə dünya çempionatı keçiriləcək. Həmin turnirdə də uğurlu çıxış edərək medalçılar sırasına düşməyi arzu edirəm.
Aysel Adıgözəlli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Oyunçularımla fəxr edirəm" - Valdas Dambrauskas
Azərbaycandan UEFA-nın avrokuboklarına kimlər gedəcək?
“Sabah”dan “qızıl dubl”
Avrokuboklardan kənarda qala bilərlər
DÇ-2026 finalında fasilə daha uzun olacaq
41 yaşlı Silva dünya çempionatına yollanır
Mbappe, Rafinya, Kurtua...
Arbeloa Madrid klubunda qalacaq?
Konate klubunu dəyişə bilər
FİFA prezidenti narazılıqlara aydınlıq gətirdi
"Sabah" - "Zirə" : Heyətlər
Millimiz Türkiyədə yoldaşlıq oyunu keçirəcək
“Neftçi”nin qızlar komandası yenə Azərbaycan çempionu oldu
PSJ davadan sonra onu hədəfə aldı
"Napoli"dən gedir
Dibaladan yeni müqavilə iddialarına cavab
Meksika millisinin DÇ-2026 üçün geniş heyəti
Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
ABŞ İraq millisinin beş futbolçusuna viza vermir
MEDİA jurnalistlər üçün müsabiqə elan edib
"İnter"də 5 illik müqavilə
"Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi oldu
Künc zərbəsinə görə VAR - İngiltərədə tətbiq ediləcəkmi?
Məşhur serialın ulduzu peşəkar futbolçu oldu
“Araz-Naxçıvan”ın legioneri milliyə dəvət aldı
İsveç millisinin DÇ-2026 üçün ilkin heyəti
Nərimanın illik maaşı açıqlandı - Rəsmi
Elitaya yüksələn komanda Madzarriyə tapşırıldı
21 il sonra yenidən Çempionlar Liqasında
Premyer Liqaya vəsiqə üçün finalda oynayacaqlar
"Əl-Nəsr" - "Əl-Hilal" oyununda dava - Video
Gəncədə məktəblilər arasında minifutbol turniri keçirilib
Avropa kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları
"Qollarımı ailəmə həsr edirəm" - Cəlal Hüseynov