"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"la oyundan (0:0) sonra mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, o, matçla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, çətin oyun olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardılar. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar.
- Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?
- Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir.
- "Qarabağ" bu gün müdafiə xəttinizi yara bilmədi, yoxsa siz yaxşı oynadınız?
- “Qarabağ" ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, "Qarabağ"da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə yüz faizlik epizod vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdu.
- Qol epizodlarınız oldu, amma vura bilmədiniz. Futbolçular təzyiq altında bunu reallaşdıra bilmirdi, yoxsa işləmək lazımdır?
- Hücum çətin plandır. Onu daimi işləməlisən ki, oyunçular bir-birini yaxşı başa düşsün. "Qarabağ"la oyunda belə epizodlara girməyin özü də, istək və işdir. Rafael Məhərrəmli və Kərim Rossinin zərbələri daha kənara getsəydi, qol ola bilərdi. Hücum planında dayanmırıq. Mənim üçün önəmli olan odur ki, lider komandalara qarşı hücum etməliyik. Çalışırıq, vaxt lazımdır.
- Edqar Adilxanovu çoxdandır ki, görmürük...
- Əməliyyat olunub. U-21 yığmasının heyətində Portuqaliyaya qarşı görüşdən qabaq da zədəli idi. Fikirləşirdik ki, bu ağrı ilə qışa qədər oynaya bilər. Qasıq nahiyyəsində problem var idi. Get-gedə Edqarı itirə bilərdik. AFFA Almaniyada əməliyyat etdirdi onu. Məşqlərə başlayıb. Yəqin ki, gələn turda 23-lükdə olacaq.
- Həm klubda, həm də yığmada işləmək sizə çətinlik yaratmır?
- Onsuz da, hər yerdə çətindir. Fərq etmir, milli, ya klub. Yükü bilirik. Çalışırıq ki, öhdəsindən gələk. Nə qədər effekt verəcək, onu sonda görəcəyik.
- Millidə işləməyinizin "Şamaxı"ya mənfi təsiri də var? Bu baxımdan peşman deyilsizki?
- Yox. Onsuz da, mövsümün əvvəlində bu prosesi bilirdik. Düzdür, planda U-21 yığması idi. "Şamaxı" rəhbərliyi ilə də danışmışdıq. Komandamızda 8-9 futbolçu U-21 yığmasına gedirdi. İş elə alındı ki, A millidəyik. Əlbəttə, "Şamaxı"ya təsiri ola bilər. Amma burada klubun qazancı da var. Biz bu təhlükəni qabaqcadan bilirdik və buna hazır idik (sportal.az).
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu