“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 9-cu turu çərçivəsində “Şamaxı” ilə qarşılaşma haqda danışıb.
QOL.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
- Ayxan Abbasova uğurlar arzulayıram. Bizim üçün elə də asan oyun olmadı. İstərdim daha dinamik oyun getsin. Əfsuslar olsun ki, alınmırdı. Rəqibin oyun üslubu belə idi. Onların oyunçuları çox tez əks-hücuma keçirdilər. Top itkisi olanda oyuna istədiyimiz kimi başlaya bilmirdik. Ümumən yaxşı oynadıq. "Şamaxı" yaxşı mübarizə apardı, məşqçinin əl işi hiss olunur. Belə oyunlar bizə asan olmur. Çünki oyun tez-tez dayanırdı. Dəfələrlə bunu demək istəmişəm. Oyunun tez-tez dayanmasının bəlkə də Azərbaycan çempionatında kiməsə faydası olur. Sırf bu matç üçün demək istəmirəm. Çox istərdim ki, kimlə oynamağımızdan asılı olmayaraq hakimlər bizim oyunlara fərqli yanaşsınlar. Daha diqqətli, daha ciddi olsunlar. Oyunu uduzaq, eybi yox. Çempionlar Liqası matçlarından sonra oynamayan futbolçulara şans verirəm. Onların da dinamikaya, sürətə uyğunlaşması komanda üçün çox vacibdir. Bu qədər vaxt keçirmək... Həkimlər bəlkə də beş dəfə meydana girdilər. 1 dəqiqəyə oyunçunun yanına çatırlar, 1 dəqiqəyə qayıdırlar. Ayxan Abbasov da futbolçularına hirslənir, durun deyir. Gərək buna hakimlər nəzarət etsinlər. Belə olmaz da. Qapıçı qurtarış edib yıxılır, zədə alıb sanki. Bu, bizim heç birimizə fayda verən bir şey deyil. Biz istəyirik ki, Avropa ilə ayaqlaşaq. Birdən-birə 180 dərəcə temp dəyişir. Əlbəttə ki, bizim üçün asan deyil. "Atletik"lə matçdan 5 gün sonra oynayırdıq. Səfər oyunlarından sonra futbolçularda yorğunluq olur. Rəvan Həmzəzadənin idarə etdiyi matçlarda rəqibin kimliyindən asılı olmayaraq temp olur. Cərimə zərbələrini çox da saxlamır. Belə hakimlər var. Çempionatı buna uyğunlaşdırmaq lazımdır. Top 15 dəqiqə oyunda olmursa, futbolçuların vaxt keçirməsinə göz yumulursa... 1-2 dəqiqə tempi qaldırırsan, rəqibi cərimə meydançasına sıxışdırırsan, oyun dayanır. Oyunçular da istər-istəməz əsəbləşirlər, oyundan çıxırlar. Bu, onlara heç də fayda vermir. Hər dəqiqə həkim meydana girir. Hələ görmədim bir nəfərin harasısa yarıldı. Çıxırlar, təzədən qayıdırlar. Belə detallara diqqət ayrılsa, yaxşı olar. Hər bir halda Ayxan Abbasova uğurlar arzulayıram, oyuna yaxşı hazırlaşmışdı. Bəlkə də udmağa layiq idi. Udsaydıq da, bu sözləri deyəcəkdim. Futbol mübarizədir. Hər dəfə oyunu saxlamaq yaxşı olmaz. Oyuna gəldikdə xallarımızın üzərinə 1 xal gəldi. Görünən odur ki, çempionat heç də asan deyil. Son oyunlara kimi gərgin mövsüm gedəcək.
- Oyun demək olar ki, "Şamaxı"nın qapısının qarşısında keçdi. Rəqibin müdafiəsini yara bilmədiz?
- Buna "Şamaxı" imkan vermədi. Biz cəhd edirdik. Burada daha çox iş "Şamaxı" müdafiəsinin üzərinə düşür. Diqqətli oynayırdılar. Sonlarda yaxşı oyun görə bilərdik. 1-2 dəqiqə görürdük, sonra dayanırdı. Bunun sayı çox olmalıdır.
- Növbəti turda "İmişli" ilə qarşılaşacaqsınız. Çempionlar Liqasındakı matçınızı nəzərə alsaq, çempionat oyununun təxirə salınmaq ehtimalı var?
- Xeyr. Oynayacağıq.
- Millinin son oyunlarından sonra "Qarabağ"ın hücum xəttində məhsuldarlıq azalıb. Bunu nə ilə əlaqələndirərsiniz?
- Ola bilər. Belə period olur. Həmişə istədiyimiz kimi alınmaz. Rəqiblər də bizə ciddi yanaşırlar. Komanda həmişə sağlam olmur. Normal haldır. Bütün dünya futbolunda belədir. İstərdim ki, daha da məhsuldar oynayaq.
- Son dönəmlər mediada "Qarabağ"ın Çempionlar Liqasındakı ev oyunlarını "Tofiq Bəhrəmov"da deyil, Olimpiya stadionunda keçirilməsi gündəmdədir. Belə bir hal baş verərsə, "Qarabağ"ın oyun fəlsəfəsinə və yaxud digər psixoloji amillərə təsir edə bilərmi?
- Bizim üçün "Tofiq Bəhrəmov"da oynamaq daha rahat olur. Lakin 2017-ci ildə də Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını Olimpiya stadionunda keçirmişdik və yaxşı oyunlarımız alınmışdı. Bizim üçün elə də fərqi yoxdur. Olimpiya stadionu tam hazır deyil. Hazır olsaydı, orada da oynaya bilərdik.
- "Atletik"lə oyundan sonra ən çox müzakirə olunan mövzülardan biri də Elvin Cəfərquliyevə matç zamanı verdiyiniz reaksiya idi. Oyundan sonra bununla bağlı hər hansı söhbətiniz oldumu?
- Normal bir qaydada söhbətimiz oldu. Oyun zamanı daha çox əsəbiləşdim. Amma sonradan sakit söhbətimiz oldu. Belə oyunlarda bu cür halların olması normaldır. Bu səviyyədə keçən oyunlarda futbolçuların səhv etməsi təbii ki, normaldır.
- Sizcə, Premyer Liqada xarici hakimlərə ehtiyac varmı?
- Xeyr. Öz hakimlərimizin olması daha münasibdir. Bir çox hakimimiz var ki, avrokuboklarda oyunlar idarə edirlər. Hakimlər haqqında dediyim fikirlərdə məqsəd onların bizi dinləməsi və növbəti oyunlarda daha ürəkli olmasını istəmiyimizdir. Öz hakimlərimiz inkişaf etsin. Xarici hakimlərə ehtiyacımız yoxdur (sportal.az).
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu