Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bakıda 44 günlük Vətən müharibəsi qəhrəmanlarının daxil olduğu “Difai” futbol komandası yaradılıb. “Difai” İdman Klubunun nəzdində təşkil olunan komanda artıq AFFA-da qeydiyyatdan keçib və oktyabr ayında start götürəcək Region Liqasında iştirak edəcək.
Bugünkü mövumuz da məhz “Difai”yə həsr olunub. “Difai” haqqında daha geniş məlumatlar almaq üçün klubun prezidenti Asəf Məlikovla söhbətləşdik.
- Asəf bəy, əvvəlcə oxucularımıza özünüz haqqında məlumat verə bilərsinizmi?
- Əvvəla deyim ki, özüm Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Zabit olaraq Daxili Qoşunların tərkibində Füzuli, Cəbrayıl istiqamətində 1994-cü ilin yanvar-mart aylarında vuruşmuşam. Əlil Arabasında Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Leninqrad Ali Hərbi Məktəbinin, Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu, qılıncoynatma üzrə beynəlxalq dərəcəli məşqçiyəm.
- Necə oldu ki, “Difai”ni yaratmaq qərarına gəldiniz?
- 2009-cu ildə "Fencing" İdman Klubunu təsis etmişik. Əsas məqsədimiz gənclərimizin idman ətrafında birləşməsi idi. 2012-ci ildə Milli Paralimpiya Komitəsinin dəstəyi ilə klubumuzun nəzdində Əlil Arabasında Qılıncoynatma idmanı tədris olunmağa başlanıb. İlk tələbələrimizdən biri Qarabağ müharibəsi qazisi Qalib Əliyev olub. 2017-ci ildə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası yaradıldı. Sonra da “Difai”ni yaratmaq qərarına gəldik. 2018-ci ildə hüquqi şəxs statusu olmayan "Difai" İdman Klubu Bakı şəhəri Gənclər və İdman Baş İdarəsində qeydiyyatdan keçib. Öncə klubun nəzdində Qılıncoynatma və Əlil Arabasında Qılıncoynatma idmanları tədris olunurdu. Klub federasiyanın üzvüdür və bütün tədbirlərdə daim iştirak edir. Vətən müharibəsindən sonra federasiya olaraq Bakı şəhəri və bölgələrdə 500-ə yaxın qazi evi ziyarət etdik, onların idmana, paralimpiya hərəkatına cəlb olunması üçün işlər görüldü. Müharibəsi iştirakçılarının da idmana cəlb olunması, onların bir komanda şəklində mübarizə aparmasını təşkil etmək məqsədi ilə klubun nəzdində futbol komandası yaratmaq qərarına gəldik.
- Bəs, idman klubunun və komandanın adı niyə məhz “Difai” oldu?
- Azərbaycanın tarixində önəmli rol oynamış, rus imperiyasının dəstəyi və havadarlığı ilə erməni daşnakları tərəfindən azərbaycanlıların qətliamının qarşısını almaqda önəmli rol oynamış "Difai" təşkilatının adını yaşatmaq istədik. Ona görə də komandanın adını “Difai” qoyduq. İstəyimiz Azərbaycan tarixinin gənc nəsillər tərəfindən öyrənilməsi və onunla qürur duyulmasıdır.
- Bildiyimiz kimi, komandaya 44 günlük Vətən müharibəsi iştirakçılarını cəlb etmisiniz…
- Komandaya əvvəllər futbol oynamış, həvəsi və istedadı olan gəncləri cəlb etdik. Hal-hazırda komandada 2 qazimiz, 2 Vətən müharibəsi iştirakçısı və onların ailə üzvləri var. Daha bir neçə qazimiz komandada oynamağı arzulayır.
- Bəs, “Difai”də futbol istedadı olan başqa gənclər var?
- Bəli. Komandada digər gənclərimiz də yer alıb.
- Asəf bəy, “Difai” artıq AFFA-da qeydiyyatdan keçib və Region Liqasında iştirak edəcək. Yarışda hədəfiniz nədir?
- Məqsədimiz bu il Region Liqasının çempionu olmaq, UEFA Regionlar Liqasına vəsiqə qazanmaqdır. Gələn il isə Birinci diviziona vəsiqə qazanmaq istəyirik.
- Bu ilin may ayında Qarabağ savaşının 50 qazisi ilə birlikdə “Alanyaspor”un qonağı olmusunuz…
- Bəli, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının, Dövlət Təhlükəsizliyi Xidməti və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə cari ilin may ayında Alanyaya səfər təşkil olunmuşdu. Səfər çərçivəsində 50 qazimizin Alanyada bir həftəlik istirahəti həyata keçirildi. Bu səfərdə iştirak etmiş bir qazimiz artıq komandadadır, 1 nəfər də komandaya qoşulmaq istəyini bildirib.
- Bəs, “Difai” hazırda məşqlərini və oyunlarını harada keçirir?
- Oyunlarımız “ASK Arena”da olur. Elə məşqlərimizi də burada keçiririk.
- Klub necə maliyyələşdirilir?
- Klub şəxsi vəsaitimiz və federasiyanın dəstəyi ilə maliyyələşir. Burada çətinliklərimiz var. Amma biz məqsədimizdən dönmək fikrində deyilik. Düşünürük ki, hər şey yaxşı olacaq.
- Asəf bəy, işğaldan azad olunmuş bölgələrimizdə infrastruktur tam təmin olunduqdan sonra orada oynamağı və bunun üçün işlər görməyi planlaşdırırsınız?
- Bəli. İnfrastruktur yaradılmasa belə, özümüz şərait yaradaraq torpaqlarımızda fəaliyyətə başlamağa hazırıq. Hər bir bölgəmizdə, Zəngilan, Cəbrayıl, Şuşa....Bölgələrimizi açmağa və fəaliyyətə başlamağa hazırıq. “Difai”nin adını eşidən kimi hamı maraqlanır. Bu səbəbdən də biz bu adın daim ən yüksək zirvədə səslənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər