Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Yüz illərdir özünü Qafqazda nifrətin, təcavüzkarlığın simvolu kimi tanıdan Ermənistan mənfur əməlləri ilə canlar almaqda davam edir. Bu bədnam qonşuya nə qədər “dəmir yumruq” dəysə də, ağıllanmır ki, ağıllanmır.
Hamımızın bildiyi kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Son bir neçə gündə məhz bunun nəticəsində nəticəsində xalqımız hüzn içindədir. Müdafiə Nazirliyinin açıqladığı kimi, Ermənistan təxribatının qarşısı alınarkən Azərbaycan 80 şəhid verib, 282 hərbi qulluqçumuz isə yaralanıb. Məsələnin rəqəm tərəfi belə dəhşət doğurur. Bir də bu rəqəmlərin hər birinin insan, can olduğunun, böyük əmək və illər sayəsində yetişdiyinin dərinliyinə vardıqda… Biz illərdir ki, Ermənistanın təcavüzkar siyasətinin nəticəsində canımızdan can, qanımızdan qan veririk. Bu insanlar bizim ailə üzvümüz, qonşumuz, dostumuz, tanışımızdır. Aramızdan gedən insanların heç biri bizə yad deyil. Elə ona görə də hər itki xəbərini alanda sanki bədənimizdən bir parça qopur.
Bügünkü yazımız da məhz Ermənistan təxribatı nəticəsində həyatını itirən şəhidlərimizə həsr olunub. Və məsələnin idman tərəfi…
Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan hərbçilərimizdən 5-i bir zamanlar futbolçu olub. 2002-ci il təvəllüdlü Qədim Xəlilov, 2003-cü il təvəllüdlü Elvin Abdullayev, 2004-cü il təvəllüdlü İbrahim Həsənov, 2002-ci il təvəllüdlü Nicat Qarazadə və 2003-cü il təvəllüdlü Elmir Hüseynov… Onların hər biri müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olublar.

Həmçinin bu təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələnlərdən Xəyal Əhədzadə boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olub. O, yeniyetmələr arasında ölkə çempionatında da iştirak edib.

Xəyal "Qarabağ" futbol klubunun da azarkeşi idi. Şəhidimiz dəfələrlə Ağdam təmsilçisinin matçlarını stadiondan izləyib. Bu barədə elə “Qarabağ” öz sosial şəbəkə hesablarındakı palyaşımda da bildirmişdi. X.Əhədzadənin stadiondakı şəklini paylaşayan klub "Şəhid Xəyal Əhədzadə. Ruhun şad olsun, Şəhidim" sözlərini yazıb.
Xatırlatmaq istəyirəm ki, 44 günlük Vətən müharibəsi zamanı da “İmarət” azarkeş qrupunun üzvü, “Qarabağ”ın qatı tərəfdarı Məhəmmədəli İbrahimli də şəhidlik zirvəsinə yüksəlmişdi.

Hə, yeri gəlmişkən, “Qarabağ” son Avrokubok oyununda Ermənistanın havadarı olan Fransanın klubunu - “Nant”ı 3:0 hesabı ilə məğlub etdi. Bəlkə də bu şəhid olan “Qarabağ” azarkeşlərinin ruhlarını az da olsa, şad edir. Qurban Qurbanov isə öz açıqlamasında 3:0-ı şəhidlərimizə həsr etdiklərini bildirmişdi.
Sonda isə bu acılar, bu göz yaşları, nisgil, ağlayan şəhid anaları, yarım qalan xoşbəxtliklər, atasız uşaqlar - bu itirilən canlar ilk deyil. Amma çox istəyərəm ki, son olsun, zəfərlərimizin isə ardı gəlsin. Çünki ancaq içimizdən bir parça vermədən qazanılan zəfərə ürəkdən sevinmək mümkündür.
Allah bütün şəhidlərimizə rəhmət etsin, Azərbaycan Ordusunu qorusun!
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə