"Çempionatın startı həmişə həyəcanlı olur. Amma nəticədən, oyunçuların yanaşmasından və oyun keyfiyyətindən razı qaldım. Azarkeşlərə xüsusi təşəkkür düşür. Onlar həmişəki kimi bu gün də bizə çox yaxşı dəstək göstərdilər".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın birinci turunun "Sumqayıt"la (3:0) oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
- Vurduğunuz hər üç qol baxımlı alındı. Ev tapşırıqları idi, yoxsa təsadüfən alındı?
- "Sumqayıt" çox kompakt oynayırdı, boş zonalar az idi. İlk yarıda hücumlarımızın əksəriyyəti cinahlardan olurdu. Qol vurandan sonra rəqib boş zonalar verdi və daha böyük güclə hücuma keçdik. Artıq hücumlarımız mərkəzdən və cinaha yaxından alınırdı. Kombinassiyalı futbol oynamağa hər zaman çalışacağıq.
- Rəhbərlik qarşısınıza konkret hansı məqsədi qoyub?
- Bir addım önə gedib, avrokuboklara vəsiqə qazanmaq minimum tapşırıqdır. Ancaq təbii ki, medallar uğrunda mübarizə aparmaq istəyərdik.
- Bu, "Sabah"ın real gücü idi, yoxsa "Sumqayıt" zəif idi?
- Deməzdim ki, rəqib pis oynadı. Onlar bizə çox çətin anlar yaşatdı. Biz də çox işləməliyik. Çempionatın ilk oyunudu, böyük təriflərdən qaçmaq istəyərdim.
- Deyəsən, hakim rus dilində başa düşmədiyinə görə sizə sarı vərəqə göstərildi...
- Həmin epizodda biz hücuma çıxırdıq və hakim vərəqə göstərməkdə tələsdi. Mən orada hakimi təhqir etmədim. Ona sadəcə emosional şəkildə dedim ki, hücum bitdikdən sonra da vərəqəni göstərə bilərdin.
- Ötən mövsüm sona bir tur qalmış "Sumqayıt"ı məğlub edə bilmədiniz deyə, avrokuboklar uğrunda mübarizəni dayandırdınız. Bu dəfə isə onları asanlıqla məğlub etdiniz. Bu müddətdə "Sabah" güclənib, yoxsa "Sumqayıt" zəifləyib?
- Nəsə demək çox tezdir. Minimum 4-5 oyundan sonra analizlər aparmaq olar. Bu oyunu unudub qarşıdakı "Zirə" matçına hazırlaşmalıyıq. "Sumqayıt" çempionat başlamamışdan qabaq bir neçə transfer etmişdi. Onlara qarşı oynamaq çətin olacaq.
- Rusiya mətbuatına açıqlamanızda demisiniz ki, VAR futbolun klassikasını öldürür. Sabah hansısa epizodda VAR sizə kömək olarsa, fikrinizi dəyişəcəksiz?
- Siz məni düzgün başa düşməmisiz. Mən iki əlli VAR-ın tərəfdarıyam. Rusiyadakı VAR-ı demişəm, orada dayanmalar çox olur. Avropada 20-30 saniyəyə hər şeyə qərar verirlər. Bu gün bizdə də dayanmalar çox olmadı.
- Rusiya klubları avrokuboklarda iştirak etmir. Hazırda Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi rusiyalı Stanislav Çerçesov olduğu üçün ruslar onları dəstəkləyir. Bu komanda Çempionlar Liqasında "Qarabağ"la qarşılaşacaq. Matç haqda nə düşünürsüz?
- "Qarabağ" haqda çox yaxşı şeylər deyə bilərəm. Onlar Azərbaycanın fəxridir. Yaxşı oyunlar oynadılar. "Ferentsvaroş"la ilk matçda itkiləri var idi. Cavab oyunda üstünlükləri olacaq. Kadi oyunun taleyini həll edə biləcək oyunçudur. "Qarabağ"ın mərhələ adlayacağına ümid edirəm. Amma çətin olacaq. İki mərkəz müdafiəçisinin olmaması böyük itkidir. Medina və Maksim Medvedev olmayacaq. Çətin olacaq, ciddi itkilərdir. Bakıdakı oyunda ciddi dəstək var idi. Fanatlar arenanı doldurmuşdu. İstərdik ki, daxili turnirə də fanatlar belə maraqla yanaşsın.
- "Qarabağ"ın necə oynamalı olduğunu düşünürsüz?
- İllərdir stabil oynayırlar. Öz üslubları var. Məncə, öz oyunları ilə istədikləri nəticəyə nail ola bilərlər.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu