“Səbail”in baş məşqçisi Aftandil Hacıyevin Qol.az saytına müsahibəsi
- Artıq Premyer Liqamızda mövsüm yekunlaşmaq üzrədir. Komandanızın turnir cədvəlində sonuncu olması dəqiqləşib. Heyətə baxanda bilinirdi ki, “Səbail” medallar uğrunda yarışa bilməyəcək. Siz bu mövsümü necə dəyərləndirərdiniz?
- Bəli, çempionat başlayanda biz seleksiyada, rəqabətdə uduzurduq. Bəlli idi ki, yüksək yerlər uğrunda mübarizə aparmaq real görünmür. Rəqiblərdən də çox şey asılı idi. Bizimlə əsas mübarizə aparan “Sumqayıt” və “Keşlə”nin heyəti qat-qat güclü idi. Onlar heyətlərini qorudular. Qeyd etdiyim amillərə baxmayaraq, çempionata ümidlərlə başlamışdıq. Gedişatda yaxşı oyunlarımız oldu. Gürcüstanda keçdiyimiz təlim-məşq toplanışı bizə kömək etmişdi. Sonra komandadakı rəqabətsizlik üzə çıxdı. Qışdan sonra isə artıq mübarizə gərginləşdi, rəqiblər daha gücləndi. Bizdən gedənlərin yerini doldurmaq çətin oldu. Çempionata ciddi maliyyə ayırmamışdıq. Ona görə də o qədər heyfsilənmirik. Amma idman prinsipləri var, istəmərik ki, belə durumda olaq. Yaxşı məqamlardan onu deyə bilərəm ki, çempionu məğlub edən yeganə komanda kimi məncə, tarixə düşə bilərik. Bu, yadda qalan olacaq.
- Yəqin artıq yeni mövsümü düşünürsünüz. Heyətdə dəyişiklik çox olacaq?
- Bəli, istəyirik ki, növbəti mövsüm ən azı indiki rəqbətsizliyi aradan qaldıraq və layiqli bir komanda yaradaq. Təbii ki, dəyişiklik çox olacaq. Biz 2-3 ildir ki, heyətimizi qoruya bilmirik. Hər il çox dəyişiklik baş verir. İndi isə yenidən bir heyət formalaşdırmalıyıq. Ən azı 80 faiz dəyişiklik gözlənilir.
- Bir çox futbolçunun müqaviləsi başa çatır. Dəyişikliyin çox olması bununla bağlıdır, yoxsa komandanın gücləndirilməsi nəzərdə tutulub?
- Həm bu amil var, həm də rəqabəti daha da artırmaq istəyirik. Cəlb etmək istədiyimiz futbolçuları nə dərəcədə inandıra biləcəyik, zaman göstərəcək. Son iki ildə heyət çox zəif idi. Gələn futbolçunu inandırmaq asan olmayacaq. Amma çalışırıq. Rəhbərlik də istəyir ki, komandanı qaldırmağa yönələn ciddi addımlar atılsın. Artıq işə başlamışıq.
- Gedəcək futbolçular müəyyənləşib?
- İndi daha çox qalan futbolçular haqqında düşünürük. Bilmirik ki, dəvət etdiyimiz futbolçuların keçidi alınacaq, yoxsa yox. Ona görə də məndə sual kimi qalıb. Onsuz da geniş seçimimiz yoxdur. Üstəlik iki komanda da Premyer Liqaya gəlir. Ona görə də saya da çox ehtiyac olacaq. Bu səbəbdən heç kimə “gedə bilərsən” demirik. Gedişatda hər şey dəyişə bilər.
- Nikolas Raysel, Şimkus Domantasın komandanı tərk edəcəyi deyilir.
- Dediyim sözlər hər kəsə aiddir. Ona görə də qərar verməkdə tələsmək istəmirik.
- Təcrübəli futbolçulardan Əfran İsmayılov karyerasını başa vura bilər. Bununla bağlı sizinlə məsləhətləşəcəyini bildirmişdi.
- Yəqin ki, son oyundan sonra Əfranla müzakirə aparıb ortaq məxrəcə gələcəyik. Özü oynamağa istəklidir. Düşünürük ki, təcrübəli futbolçudur, komandaya lazımdır. Amma özünün qərarı da önəmlidir. Bizim meydançamız da sintetikadır. Bu amil də var. Məsləhətləşib birlikdə qərar verəcəyik.
- “Səbail”lə yeni müqavilə imzaladınız. Klubdan hər şeyin daha yaxşı olacağına söz verdilər?
- Klubu idarə edən şirkətin tarixi çoxdur, idarəçilik baxımından təcrübəli insanlardır. Vəziyyəti düzgün təhlil etməyi bacarırlar. Ona görə də böyük təcrübəyə sahib insanlarla söhbətimiz alındı. Amma yenə deyirəm ki, durumumuzdan heç birimiz razı deyilik. Bununla belə, bu vəziyyətdə çempionatı başa vurmaq böyük bir səbr, şücaət tələb edir ki, buna görə futbolçularıma təşəkkür edirəm. Zədəli halda oyunlara çıxdılar. Elə futbolçu vardı ki, iynə vurdurub oynayırdı. Yəni onlar komandanın ayaqda qalmağına böyük kömək oldular. Çempionatın son dövrəsində rəhbərliyin diqqətini daha çox hiss etməyə başladıq. Onlar da çox istəyirlər ki, “Səbail”in uğurları olsun. Artıq 5 il olacaq ki, bu klubda bir yerdə işləyirik. Düşünürəm ki, yenidən komanda formalaşdırmaq üçün gecəmizi gündüzümüzə qatmalıyıq. Asan olmayacaq. Amma bu çətinlikdən də çəkinmirik. “Səbail”də keçirdiyim bu illər maraqlı oldu. Gələcəkdə daha yaxşısını edə bilərik.
- Konkret olaraq büdcə artırılacaq?
- Büdcə sözsüz artırılacaq. Başa çatmaqda olan mövsüm biz olduqca aşağı büdcə ilə heyət formalaşdırmışıq. İnanmıram ki, son 15 ildə hansısa çempionatda belə aşağı məbləğlə komanda iştirak etsin. Bacardığımız qədər çalışdıq ki, o büdcə ilə də mübariz komanda formalaşdıraq.
- Yəni yeni mövsümdə iddialı “Səbail” görə bilərik?
- Təbii ki, indikindən daha güclü bir heyət formalaşdırmaq istəyirik. Transfer edəcəyimiz futbolçulardan çox şey asılıdır. Niyyətimiz daha güclü komanda formalaşdırmaqdır.
- Komandanız yay təlim-məşq toplanışını Azərbaycanda keçirəcək, yoxsa ölkə xaricində?
- Planımızda ölkə xaricinə getmək var. Variantlar da qoşnu ölkələrdir. Türkiyə variantı da var, Gürcüstan da. Bunu müzakirələrdən sonra dəqiqləşdirəcəyik.
Ramiq Ağaməmmədov
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər
Litva - Azərbaycan oyunu bu kanalda
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
“Mançester Siti” rəhbərliyi istefaya gedə bilər
İspaniya millisi 39 oyundur uduzmur
Tuhel: “Bu qədər səhvə yol verməyimizi başa düşmürəm”
İngiltərə uduzdu, Xorvatiyadan qələbə
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı