“Mançester Siti”dən “Mançester Yunayted”ə 1 həftədə 2-ci keçid

“Mançester Siti”dən “Mançester Yunayted”ə 1 həftədə 2-ci keçid
DÜNYA FUTBOLU 27 Sentyabr 2026 / 13:43 59
-  A +

“Mançester Yunayted” “Mançester Siti”nin 16 yaşlı yarımmüdafiəçisi Devid Ezeni heyətinə qatıb.

QOL.az xəbər verir ki, İngiltərə millisinin aşağı yaş qruplarında çıxış edən futbolçu “qırmızı şeytanlar”a azad agent kimi keçib.

Bu, “Mançester Yunayted”in bu həftə “Mançester Siti”dən etdiyi ikinci transferdir.

Üç gün əvvəl isə 17 yaşlı yarımmüdafiəçi Kərim Kəssəm “Mançester Siti”dən “Mançester Yunayted”ə keçib.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 5 xalla 12-ci pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner