Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
(Birinci hissə)
Bugünkü mövzumuz ölkəmizdə gimnastikaya olan maraq və bu sahədə qazandığımız uğurlar haqdadır. Daha çox hansı bölgələrimizdə uşaqların gimnastikaya marağı var? Azərbaycanın azyaşlı gimnastları hansı uğurlara yiyələniblər? Necə yetişdirilirlər?
Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə ilə söhbətləşdik.
- Nurlana xanım, Azərbaycan Gimnastika Federasiyasında gimnastikanın hansı növləri üzrə məşqlər keçirilir?
- Hazırda Azərbaycan Gimnastika Federasiyasının fəaliyyətinə 9 idman növünün inkişafı daxildir. Bunlar bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, parkur, “team gym” və “gimnastika hamı üçün” növləridir. Hazırda ölkəmizdə kütləviliyin artırılması və əhalinin sağlam həyat tərzinə cəlb olunması çərçivəsində “gimnastika hamı üçün” növü xüsusi rol oynayır. Çünki burada nə yaş məhdudiyyəti var, nə də yüksək fiziki bacarıq. Yəni, hər bir insan bu növ ilə məşğul olaraq, özünü gimnastikanın bir parçası kimi hiss edə bilər. Ümumiyyətlə, Azərbaycan Gimnastika Federasiyası əsasən, yığma komandaların formalaşdırılması, o cümlədən millinin üzvlərinin beynəlxalq yarışlarda iştirakının təmin edilməsi ilə məşğuldur. Həmçinin Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də bizim fəaliyyətimizə daxildir. Bununla yanaşı, milli yarışların təşkilində də federasiya fəallıq göstərir. Biz Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq edərək Azərbaycan çempionatı və birinciliklərini keçiririk. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə əməkdaşlıq edərək Bakı çempionatı və birinciliklərini təşkil edirik.

- Bəs, ölkəmizdə daha çox inkişaf edən gimnastika növü hansıdır?
- Həmin növlərdən Azərbaycanda ən çox inkişaf edən məhz bədii gimnastikadır. Demək olar ki, Azərbaycanda bədii gimnastika qızların sevimli idman növüdür.
- Uşaqların, valideynlərin gimnastikaya marağını necə qiymətləndirirsiniz?
- Valideynlərin də, uşaqların da gimnastikaya marağı böyükdür. Amma onlar daha çox bədii gimnastika növünə maraq göstərirlər.
- Hazırda hansı yaş qruplarında nə qədər uşaq gimnastika ilə məşğul olur? Onlara hansı növlər üzrə məşqlər keçirilir?
- Son statistik göstəricilərə görə, ölkəmizdə ümumilikdə 2500 nəfərdən artıq idmançı gimnastika növləri ilə məşğul olur. Onların yaş kateqoriyalarına gəlincə isə, bu, müxtəlif yaş qruplarını əhatə edir. Yeni başlayanlardan tutmuş, kiçiklər, yeniyetmələr, böyüklər və s. ayrılır.
- Yəqin ki, gimnastika ilə məşğul olanlar arasında qızlar çoxluq təşkil edir…
- Bəli, daha çox qızlar maraq göstərir. Qeyd etdiyim kimi, bədii gimnastikaya maraq çoxdur və bu növ ilə yalnız qadınlar məşğul olur. Qadın idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası ilə məşğul olan xanımlarımız da var.

- Uşaqlar həftədə neçə dəfə məşq keçirlər?
- Yığma komandaların üzvləri bazar günü istisna olmaqla hər gün məşq edirlər. Onların məşqləri əsasən, gün ərzində 2 hissədən ibarət olur: günortaya kimi keçirilən məşqlər və günortadan sonra keçirilən məşqlər. Bu, təbii ki, yığma komandalara aiddir. Azərbaycanda fəaliyyət göstərən digər idman klublarına və cəmiyyətlərinə gəlincə isə, onların da öz məşq cədvəlləri var. Buna uyğun olaraq məşqlər keçirlər.
- Gimnastika ilə məşğul olan uşaqlar yarışlara qatılırlarmı?
- Ümumiyyətlə, qeyd edim ki, bir qayda olaraq Azərbaycan Gimnastika Federasiyasının lisenziyasına malik bütün idmançılar milli yarışlarda iştirak edə bilirlər.
- Bəs milli komandaların üzvləri hansı uğurlara imza atıblar?

- Milli komandamızın üzvləri müxtəlif miqyaslı yarışlarda iştirak edirlər və uğurlar qazanırlar. Bunları həm gimnastikanın olimpiya növlərinə, həm də qeyri-olimpiya növlərinə şamil etmək olar. Olimpiya növlərinə gəlincə, ötən il Tokio-2020-də Azərbaycan 3 gimnastika növündə təmsil olundu. Bədii gimnastika üzrə həm fərdi proqramda, həm də qrup hərəkətlərində yarışdıq. O cümlədən kişi idman gimnastikası və qadın idman gimnastikası üzrə yarışlarda təmsilçilərimiz mübarizə apardı. Azərbaycanın gimnastikası tarixində biz ilk dəfə Olimpiya Oyunlarında qadın idman gimnastikası üzrə təmsil olunduq. Azərbaycan Gimnastika Federasiyası 2002-ci ildə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın federasiya prezidenti seçilməsi ilə yenidən quruldu. Bu illər ərzində bədii gimnastika daha çox inkişaf edib. Bakı məktəbi də formalaşıb. Hazırda Azərbaycana təlim-məşq toplanışlarında iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən idmançılar, məşqçilər gəlirlər. Bizim idmançılarımız dünya və Avropa çempionatları kimi irimiqyaslı yarışlarda müxtəlif əyarlı medallar qazanıblar. Bunu həm gənc gimnastlarımız, həm də böyüklər haqqında demək olar. Onlar həm fərdi, həm də qrup hərəkətləri üzrə komandaların tərkibində uğur əldə ediblər. İdman gimnastikasına gəlincə isə, kişilər arasında təmsilçilərimiz dünya çempionatı və Avropa Oyunlarında, qadınlarımız isə dünya kuboklarında, beynəlxalq yarışlarda mükafatlara layiq görülüblər. Batut gimnastikası bizim üçün nisbətən yeni növdür. Çünki Azərbaycanda 2013-cü ilin sonlarından etibarən inkişaf etməyə başlayıb. Amma buna baxmayaraq, bizim təmsilçimiz 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında bürünc medal qazanmışdı. Bu yaxınlarda Bakıda batut gimnastikası üzrə dünya kuboku oldu. Azərbaycanlı gimnastımız fərdi qadın proqramında gümüş medala layiq görüldü. Qeyri-olimpiya növlərinə gəlincə isə, Azərbaycan üçün ən ənənəvi idman növü akrobatikadır. İdmançılarımız bu növdə də son illər ərzində həm Avropa yaş qrupları yarışlarında, həm dünya yaş qrupları yarışlarında, həm də Avropa çempionatlarında mükafatçılar sırasına düşüblər. Onu da qeyd edim ki, bu ilin mart ayında Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə dünya çempionatı keçirildi. Həmin yarışda Azərbaycan dünya çempionatında ilk medallarını qazandı. Aerobika gimnastikası da batut gimnastikası kimi bizim üçün yeni növ sayılır. Çünki 2013-cü ilin sonundan etibarən inkişaf etməyə başlayıb. Aerobika gimnastikasında da naliyyətlərimiz var. Azərbaycanda 2019-cu ildə keçirilən Avropa çempionatında bizim aerodans komandamız qızıl medal qazanıb. 2021-ci ildə isə Bakıda aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışları və dünya çempionatı təşkil olundu. Aerodans komandamız Avropa çempionatında göstərdiyi uğuru təkrarladı və dünya çempionu adına layiq görüldü.
Ardı var…
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər