Mourinyo ilə bağlı sensasiyalı iddia (VİDEO)

VİDEO 24 Noyabr 2010 / 17:40 3399
-  A +



İspaniya mətbuatı Çempionlar Liqasının dünən Madridin «Real» və Hollandiyanın «Ayaks» klubları arasında keçirilmiş oyununda Serxio Ramos ve Xabi Alonsonun iki sarı vərəqə alaraq meydandan qovulmasıyla bağlı ilginc iddia irəli sürüb. Qol.Az-ın xəbərinə görə, futbolçular «Real»ın baş məşqçisi Mourinyonun təlimatına uyğun olaraq bilərəkdən belə addım atıblar. Birinci yeri tutaraq 1/16 final mərhələsinə vəsiqə qazanan «Real»ın qrupdakı son oyunu əhəmiyyətini itirdiyindən portuqaliyalı mütəxəssis əvvəlki matçlardan sarı vərəqələri olan Ramosla Alonsoya dünənki matçda qırmızı vərəqə almağı tapşırıb. Bu isə o deməkdir ki, adları çəkilən futbolçular qrupdakı son oyunu avtomatik olaraq buraxacaq və 1/16 finala «təmiz» çıxacaqlar.

Hürriyet Video'larını izlemek için Flash 7 veya daha yüksek eklenti yüklenmeniz gerekmektedir. Yüklemek için tıklayınız!!!

Daha çox


Son xəbərlər