Hamidu Keyta “Zirə”nin qış transfer pəncərəsində etdiyi uğurlu transferlərdən sayıla bilər. 27 yaşlı hücumçu komandada keçirdiyi ilk 7 oyunda 3 qol vurub. Bugünkü həmsöhbətimiz də məhz Hamidu Keytadır.
- Artıq 2 aya yaxındır ki, Azərbaycandasınız. Göstərdiyiniz oyuna görə komandaya uyğunlaşdığınızı demək olar. Bəs, burada yaşamağa uyğunlaşa bilmisinizmi? Bakıda yaşamaq necədir?
- Bəli. Hər şey qaydasındadır. Buradakı hər kəsin mənə dəvranışı çox xoşdur. Düşünürəm ki, Bakıda problemsiz bir şəkildə yaşaya bilərəm.

- Bir neçə ölkədə çıxış etmisiniz. Bizim çempionat digərlərindən nə ilə fərqlənir?
- Azərbaycan Premyer Liqasını Fransa ilə müqayisə etsək, deyə bilərəm ki, orada təşkilatçılıq özünü daha qabarıq şəkildə göstərir. Keyfiyyətə gəldikdə isə Azərbaycanda da yaxşı futbolçular var. Burada ön plana çıxan oyunçuların fiziki hazırlığıdır. Fransada, Avropanın digər komandalarında daha çox oyunun intensivliyinə, tempinə əhəmiyyət verilir. Amma düşünürəm ki, Azərbaycan çempionatının səviyyəsi yaxşıdır.
- ”Zirə”dən əvvəl Portuqaliyanın “Santa Klara” klubunda çıxış etmisiniz. Portuqaliyadan Azərbaycanda oynamaq üçün gələnlər çox azdır. Sizin “Zirə”yə keçidinizdə əsas kim, nə rol oynadı?
- Bəli, “Zirə”yə gəlməzdən əvvəl Portuqaliyanın “Santa Klara” klubunda çıxış edirdim. Amma təəssüf ki, orada hər şey mənim istədiyim kimi getmədi. Tanrıya şükürlər olsun, daha sonra hazırkı baş məşqçimiz Rəşad Sadıqovla danış olduq. Onunla söhbətləşdik. O, elə ilk tanışlığımızda məndə xoş hisslər yaratdı. Rəşad Sadıqov məni “Zirə”nin proyekti, planları ilə tanış etdi. Bu, məni qane etdi. Mən də Azərbaycana gəlməyə qərar verdim.
- Azərbaycan Premyer Liqasının səviyyəsi sizi qane edir?
- Əlbəttə. Mən özüm də çox ambisiyalıyam. Bacardığım qədər özümü müsbət tərəfdən göstərib, ən yaxşı səviyyə üçün addım atmalıyam. Premyer Liqada oynayan “Qarabağ”, “Neftçi”, “Sabah” kimi yaxşı səviyyədə olan klubları nümunə gətirmək istərdim.

- “Sent-Etyen” və digər Fransa klublarında çıxış etmisiniz. Orada azarkeşlər çox çılğın davranırlar. Azarkeşlərin sayı da çox olur. Bu mənada bizim çempionat darıxdırıcı deyil ki?
- Bəli, azarkeş dəstəyinin çox olması daha yaxşıdır. Amma yoxdursa, bu, elə də böyük fərq yaratmamalıdır. Bunun mənim üçün fərqi yoxdur. Bilirsiniz, futbol meydanda oynanılır. Təbii ki, azarkeşlərin dəstəyi çox xoşdur. Amma düşünürəm ki, azarkeş olmasa belə, insanın, futbolçunun özündə şəxsi motivasiya olmalıdır. Fransada azarkeşlərin çoxluğu ilə Azərbaycanda azarkeşlərin az olması mənim üçün böyük fərq yaratmır.
- “Qəbələ” ilə 2 gün davam edən oyun haqda fikirlərinizi öyrənək. İndiyədək belə halla üzləşmişdiniz?
- Düzünü desəm, xeyr. İlk dəfə idi ki, belə bir situasiya ilə qarşı-qarşıya qalırdım. Bir dəfə Rumınyada olanda hava şəraiti buna bənzər idi. Amma yenə də biz oyunu saxlamamışdıq, tamamlamışdıq. Bilirsiniz, “Qəbələ”yə qarşı belə hava şəraitində oynayanda həm psixoloji, həm fiziki cəhətdən çətin duruma düşdük. Lakin düşünürəm ki, bu sınaqdan da üzüağ çıxdıq. Hər iki komanda yaratdığı qol vəziyyətlərinə görə qələbəyə çox yaxın oldu. Amma düşünürəm ki, komandaların gücünü nəzərə alsaq, görüşün nəticəsi ədalətli oldu.
- “Qəbələ” ilə oyundan sonra yenidən 2-ci pilləyə yüksəldiniz. “Qarabağ”ın çempionluğa ən real namizəd olduğu və “Zirə” də daxil olmaqla 2-3 klubun 2-cilik uğrunda mübarizə aparması haqda fikirlər səsləndirilir. Bəs, sizin əsas hədəfiniz nədir?
- Mən “Zirə”nin mümkün qədər ən yüksək pillələrdə qərarlaşmasını istərdim. “Qarabağ”la bu qədər xal fərqimizi nəzərə almasaydıq, hətta çempionluq uğrunda mübarizə aparmağı çox istərdik. Amma bu gün 2-ci yerdəyik. Düşünürəm ki, əlimizdən gələn hər şeyi edib bu möqemizi qoruyub-saxlamalıyıq. Məncə, buna layiqik.
- Yerli gəlmişkən, növbəti oyunununuz “Qarabağ”a qarşı olacaq. Bu haqda nə düşünürsünüz?
- Hər iki komanda yaxşı futbolçulardan təşkil olunub. Düşünürəm ki, çox maraqlı bir oyun alınacaq. Həm “Qarabağ”da, həm də “Zirə”də yüksək keyfiyyətlərə malik kifayət qədər futbolçu var.
- “Zirə”nin heç vaxt “Qarabağ”a qalib gələ bilmədiyindən xəbərdarsınız? Bu tilsimi qıra bilərsiniz?
- Rəqib istər “Qarabağ” olsun, istərsə də digər komandalar, biz hər oyuna qalibiyyətə yönəlmiş bir motivasiya ilə çıxırıq. Əgər qələbə qazana biləcəyiksə, nə xoş bizə. Çalışmalıyıq ki, meydançada bacardığımızın ən yaxşısını nümayiş etdirək. Uduzmağı heç istəmərik. Qələbə qazanmalıyıq. Amma bu mümkün deyilsə, ən azından heç-heçə ilə barışmalıyıq.
- “Zirə”yə gələndən sonra 7 oyunda 3 qol vurmusunuz. Həmin qollar ilk 4 oyunda oldu ki, bunu da uğurlu başlanğıc hesab etmək olar. Baş məşqçi sizdən hansı oyunu istəyir, irəlidə olub qol vurmağı, yoxsa qol vurmağa kömək etməyi? Çünki siz həm hücumun mərkəzində, həm də cinahda oynayırsınız.
- Cinah hücumçusu və ya hücumçu kimi oynamağın hərəsinin özünə məxsus xüsusiyyətləri var. Amma bunun mənim üçün fərqi yoxdur. Hücumun hansı mövqeyində oynamağımdan asılı olmayaraq həmişə əlimdən gələni etməyə çalışmışam. Əsas olan qol vurmaq, qol ötürməsi vermək, komanda yoldaşlarıma kömək etməkdir. Baş məşqçimiz də bizi hər dəfə matçdan əvvəl oyuna kökləyir. Amma mən sol cinah hücumçusu kimi oynamağı sırf hücumçu kimi oynamaqdan daha üstün tuturam. Lakin məşqçi müəyyən oyunlarda məni ən öndə oynadirsa, yenə də onun tapşırıqlarının icra etməyə çalışacağam. Bu futboldur...
Ramiq AĞAMƏMMƏDOV, Qol.az
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı