Uzun müddətdir “Sabah”ın uğurları üçün çalışan, klubun tarixinə ən çox oyun keçirmiş futbolçu kimi düşən Saşa Stamenkoviç dünən “Səbail”lə oyundan sonra komanda ilə yollarını ayırdı. Qol.az xəbər verir ki, təcrübəli qolkiper oyundan sonra klubun rəsmi saytına müsahibəsində verdiyi qərar, azarkeşlər və Azərbaycan karyerası barədə danışıb:
– 3,5 illik “Sabah” karyeranı bitirdin. Necə oldu ki, ayrılmaq qərarına gəldin? Nə hislər keçirirsən?
– İlk növbədə onu deyim ki, bu qərarı vermək mənim üçün çox çətin oldu. Çünki 3 ildən çoxdur ki “Sabah”daydım və özümü burda evdəki kimi hiss edirdim. Bu qərarı verərkən çox düşündüm, lakin sonda mənim üçün futboldan daha vacib olan bəzi şeylərin olması qənaətinə gəldim. Bunun necə çətin olduğunu təkcə özüm bilirəm. Qərarımı anlayışla qarşıladıqlarına görə klub rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm.
– Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk mövsümdən burdaydın. Klubun qısa tarixinə ən çox oyun keçirən futbolçu kimi düşmüsən…
– Onu deyim ki, mən “Sabah”dan ancaq fiziki olaraq ayrılıram. Lakin həmişə bu klubun azarkeşi olaraq qalacam. Komanda Premyer Liqaya vəsiqə qazandığı ilk ildən burdaydım. Hər şey sıfırdan qurulurdu, çox çətin idi. Burda olduğum müddətdə gənc futbolçulara meydanda və ondan kənarda futboldan zövq almaq və uğur qazanmaq üçün necə davranmalı olduqlarını izah etməyə çalışdım, öz təcrübəmi onlarla paylaşdım. Onlara həmişə əsas işə yanaşmanın, peşəkarlığın olduğunu, maddi qazancın vaxt keçdikcə öz-özünə gələcəyini dedim. “Sabah” gənc klubdu, amma inanın ki, gələcəkdə böyük klub olacaq.
– “Sabah”da çıxış etdiyin müddətdə ən yaddaqalan qələbə hansı oldu?
– Həm mənim, həm də hər bir azərbaycanlı üçün ən vacib qələbə 8 noyabrda oldu.
– Sən Azərbaycanda çıxış etmiş legionerlər arasında azarkeşlər tərəfindən ən çox sevilən futbolçulardan birisən. Necə düşünürsən, onların sənə sevgisinin səbəbi nədir?
– “Sabah” ən uzun müddət üzvü olduğum, ən çox əmək sərf etdiyim klublardan biridir və bununa fəxr edirəm. Azarkeşlər həmişə formanın önündəki emblemi formanın arxasındakı addan üstün tutan oyunçulara daha çox rəğbət bəsləyirlər. Düşünürəm ki, onlar bunu dərhal hiss edirlər və mənə sevgilərinin əsl səbəbi də budur. Onu deyim ki, bu sevgi qarşılıqlıdır. Hər birinə təşəkkür edirəm.
– “Sabah” azarkeşlərinə nə demək istərdin?
– Onlara demək istərdim ki, həmişə klubla qalsınlar. “Sabah” nəhayət ki, ayağa qalxıb, uğurlar uzaqda deyil. Sağlıq olsun, çox istərdim ki, karyeramı bitirəndə vida oyunumu “Sabah”ın formasında və məşhur futbolçuların iştirakı ilə, azarkeşlərin zövq alacağı şəkildə, dolu tribunalar önündə keçirim. Həyatda sahib olduğum hər şeyi mənə Azərbaycan hədiyyə edib. Bunu heç vaxt unutmuram. Burdan xoş hisslərlə ayrılıram.
– Saşa, bir daha hər şeyə görə təşəkkür edir, gələcək karyeranda və həyatda uğurlar arzulayırıq.
Mənə həm oyunçu, həm də şəxsiyyət kimi özümü göstərməyimə şərait yaratdığınıza görə mən də sizə təşəkkür edirəm. Yaşasın “Sabah”! Yaşasın Azərbaycan!
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi