“Qəbələ”nin kapitanı Asif Məmmədovun Qol.az saytına müsahibəsi
- "Qəbələ" bu mövsüm nəticələri ilə çoxlarını təəəccübləndirir. Komandanızın uğurunun səbəbini nədə görürsünüz?
- Əslində biz ötən il də yaxşı oynayırdıq. Sadəcə əlimizə düşən imkanlardan, şanslardan yararlana bilmirdik. Amma bu il imkanlarımızdan maksimum istifadə edirik. Yay transfer pəncərəsində komandaya gələn futbolçular da çox yaxşı oyunçulardır. Yəni onların da bu uğurda rolu var. Komandamızda hamı öz işinə ciddi yanaşır. Həm də mövsümün əvvəlində ilk matçlarda yaxşı çıxış etdiyimizə görə özümüzə inam artdı.
- Öz çıxışınızla bağlı da müsbət fikirlər söyləyirlər. Deyirlər ki, Asif Məmmədov sanki ikinci gəncliyini yaşayır. 36 yaşınızda olmasına baxmayaraq, belə çıxış etməyinizin səbəbi nədir?
- Yəqin ki, səbəb çox məşq etməyimdir. Artıq yaşım çoxalıb. Bu yaş da elədir ki, gərək, istirahətə, məşqə, yuxu saatına, qidalanmaya xüsusi diqqət edəsən. Əks-halda çox çətin olardı. Məncə, fiziki formamı qorumağımın səbəbi özümə yaxşı baxmağımdır.
- Bəs, komandanızın bu uğurlu gedişatından sonra rəhbərlik tərəfindən qarşınızda yeni bir hədəf qoyulubmu?
- Hədəflər həmişə var. Yəni biz əgər bu gün Premyer Liqada oynayırıqsa, məqsəd avrokuboklarda çıxış etmək olur. Bu mövsüm ötən 2-3 ilə nisbətən şanslarımız daha çoxdur. Avrokuboklara vəsiqə qazanmağa çox yaxınıq. Hədəfimiz Konfrans Liqasıdır.
- Hazırda lider "Qarabağ"dan cəmi 5 xal geridəsiniz. Heç çempion olmaq fikri beyninizdən keçirmi?
- Düzü, o barədə düşünməmişik. Çünki heyətimiz də çox geniş deyil. Yəni mən indi desəm ki, çempionluq üçün mübarizə aparırıq, bu, bir az ciddi qarşılanmaz. Dediyim kimi, əsas hədəfimiz Konfrans Liqasıdır. Çempion olmağı fikirləşmirik.
- Bəs, Konfrans Liqasına vəsiqə uğrunda hansı komandaları özünüzə rəqib kimi görürsünüz?
- Bütün komandalara güclü rəqib kimi yanaşırıq. Məsələn, “Səbail” öz meydanında “Qarabağ”a qalib gəldi. Premyer Liqada hazırda zəif komanda yoxdur. Ola bilər ki, hansınınsa oyunu alınmasın və ya hansısa daha yaxşı çıxış etsin. Amma mən elə bir fərq görmürəm. Sonuncu pillədə olan komanda da, digərləri də avrokuboklarda iştirak etmək istəyir. Ona görə də ad çəkə bilmərəm.
- Hazırda çempionatın gedişatında başqa hansı komandalar oyunu ilə sizi daha cox cəlb edir?
- “Zirə” də inkişaf görürəm. Komanda son vaxtlar çox yaxşı çıxış edir. “Sabah” da öz oyununu yaxşılaşdırmağa çalışır. Bu, hiss olunur. “Qarabağ” həmişə yaxşı oynayır. Amma “Zirə”də xüsusi inkişaf var.
- Bir az Azərbaycan millisindən danışaq. Yığmamızın baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsi üçün "Qəbələ"dən çox az oyunçu dəvət etdi. Buna münasibətiniz necədir?
- Az yox, demək olar ki, ümumiyyətlə, futbolçu çağırmamışdı. Düzü, bizim heç sonuncu oyunlarımıza baxılmamış artıq millinin heyəti müəyyənləşir. Bu, nə dərəcədə doğrudur? Bəlkə, mən nəyisə səhv bilirəm? Bu gün “Qəbələ” 2-ci yerdədir və bizdən milliyə futbolçu dəvət olunmursa, amma 4-5 pillə aşağıda olan komandadan 4-5 oyunçu dəvət olunursa, deməli, bu, düzgün deyil. “Qəbələ”də yerli, gənc futbolçu çoxdur. Ola bilər ki, onlar millidə yaxşı çıxış edib, komandaya uğur qazandıra bilməsinlər. Amma yığmada oynayıb oyun təcrübəsi qazana bilərlər. Onsuz da millinin son 2 matçda heç bir məqsədi yox idi, nəsə əldə edə bilməyəcəkdi. Yəni nəticə üçün oynamırdı. Belə olan halda yeni, gənc futbolçuları meydana daxil etmək, onlara təcrübə qazandırmaq lazım idi. Futbolçuları kənardan baxmaqla yox, daha çox onlarla işləyərək kəşf etmək olur. Söhbət təkcə “Qəbələ”nin oyunçularından getmir. Başqa klublardan da gənc futbolçular dəvət etmək olardı. Hərdən deyirlər ki, Azərbaycan millisində oynaya biləcək bir futbolçunu hardan tapaq. Bəs, bu futbolçuları çağırıb, onların oyunlarına baxmaq lazımdır da. Məsələn, hansısa bir klub məni dəvət edib, amma 1 dəqiqə də oyun şansı verməyibsə, necə bilər ki, yaxşı futbolçuyam, yoxsa pis? Oyunçunu yoxlamaq üçün ona şans vermək lazımdır.
- Təcrübəli bir futbolçu sizin də fikrinizi öyrənək, yeni baş məşqçi olaraq komandada hansı mütəxəssisi görmək istəyərdiniz?
- Mən kiminsə adını çəkə bilmərəm. Amma komanda belə çıxış edəcəksə, yeni gələn xarici baş məşqçi də cəmi 1 xal, 3 xal qazandıracaqsa, elə yığmanı yerli mütəxəssis çalışdırsa yaxşıdır. Milliyə 1 xal qazandıran baş məşqçi lazım deyil. Yeri mütəxəssis həm çempionatı izləmiş olar, həm futbolçularımızı yaxından tanıyar, həm də oyunlara gəlib, baxar. Məncə, milliyə yerli baş məşqçi gətirilsə, çox yaxşı olar.
- Son olaraq öz karyeranızdan danışaq. Gələcək planlarınız nədir? Düşünürük ki, hazırkı formanıza görə karyeranızı bitirmək istəmərsiniz...
- Mənim artıq 36 yaşım var. Legioner həyatı da yaşaya bilmərəm (gülür). Karyeramı “Qəbələ”də bitirmək istəyirəm. Yəni, futbolla vidalaşmağı düşünmürəm. Əgər mən bu gün meydana çıxıb, 70-80 dəqiqə oynaya bilirəmsə, deməli, hər şey yaxşıdır. Yalnız zədə alacağım, gözlənilməz hadisə baş verəcəyi halda karyeramı bitirərəm. Hələlik futbol oynamağı düşünürəm.
- Bəs, bu klubda məşqçi kimi fəaliyyət göstərmək istəyərsinizmi?
- Bəli, əlbəttə. “Qəbələ” kimi bir klubda işləməyi kim istəməz ki?
Nur ZEYNALOVA
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"